“Xərçəngin əsas səbəbi düzgün qidalanmamaq və zərərli həyat tərzidir” Həkim onkoloq
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Xərçəngin yaranmasında bir çox amillər rol oynayır, lakin ən böyük faiz payı təxminən 30-35% qidalanma amilinə aiddir. Yəni düzgün və sağlam qidalanmamaq, hazır, emal olunmuş məhsullara, şəkərə, trans yağlara üstünlük vermək, həmçinin fast-food kimi qidaları tez-tez qəbul etmək xərçəng riskini əhəmiyyətli dərəcədə artırır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında həkim-onkoloq Afət Cabbarova xərçəng xəstəliyinin geniş yayılmasının səbəbləri barədə danışarkən bildirdi.
"Bundan başqa, həyat tərzi və stres, zərərli vərdişlər – siqaret çəkmə, alkoqol istifadəsi də xəstəliyin inkişafında mühüm rol oynayır. İnsanların fiziki aktivliyinin azalması, oturaq həyat tərzi, yuxu rejiminin pozulması kimi hallar da risk amilləri sırasındadır. Xüsusilə qadınlar arasında bəzi hormonal dəyişikliklər də bu riskləri artırır. Hamiləlikdən uzaq qalmaq, uzun müddət hamiləlikdən qoruyucu həblər qəbul etmək, hormonal pozğunluqların artması son illərdə xərçəng hallarının çoxalmasına təsir edən vacib səbəblərdən sayılır. Göründüyü kimi, bu amillərin əksəriyyəti insanın gündəlik həyat tərzi ilə bağlıdır", - deyə həkim əlavə etdi.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 Oktyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















