Icma.az
close
up
RU
Ədalət Partiyası qurultaya hazırlaşır Sədr kim olacaq?

Ədalət Partiyası qurultaya hazırlaşır Sədr kim olacaq?

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ədalət Partiyası qurultaya hazırlaşır.

Bu barədə Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli məlumat verib.

O qeyd edib ki, partiya nizamnaməsinə görə sədrin seçilməsi qurultayda həyata keçirilir.

"Buna görə də biz partiya rəhbərliyi yaxın günlərdə toplaşaraq qurultayın keçirilməsi ilə bağlı qərar vermək niyyətindəyik. Partiya rəhbərliyinin qərarı həm qurultayın qərarını, həm də nümayəndəlik normasını müəyyənləşdirəcək. Eyni zamanda onun keçirilməsi üçün qrafik tərtib edəcək. Yalnız bundan sonra Ədalət Partiyasının yeni sədrinin kim olacağı ilə bağlı danışmaq mümkündür. Son qərarı qurultay verir, hesab edirəm ki, qurultaya qədər səbrlə gözləmək lazımdır". - Mütəllim Rəhimli bildirib.

Qeyd edək ki, partiyanın sədri İlyas İsmayılov fevral ayında vəfat edib.

"İlyas müəllimin ən böyük xidmətlərindən biri hüquq sistemində özündən sonra qanunun aliliyini ən üstün hesab edən çoxsaylı kadrlar yetişdirməkdirsə, Ədalət Partiyasında da siyasi partiyanın sədri olmağa qadir insanlar yetişdirib. Eyni zamanda partiyamızın çoxsaylı üzvləri var ki, onlar bu partiyanın sıfırdan qurulmasında iştirak ediblər və partiyanın gələcək taleyi ilə bağlı ən doğru qərarı vermək əzmində və gücündədirlər. Ona görə hesab edirəm ki, Ədalət Partiyasının üzvləri bu partiyanın gələcəyi ilə bağlı İlyas müəllimin qoyduğu xəttə uyğun olaraq ən doğru qərarı qəbul edəcəklər", - partiyanın sədr müavini deyib.

M.Rəhimli qeyd edib ki, namizədlərin kim olduğu hələlik məlum deyil: “Bu təbii olaraq milli-mənəvi dəyərlərimizlə bağlıdır. Yəqin ki, bundan sonra hər kəz öz iddiasını rəsmi şəkildə ortaya qoyacaq. Hesab edirəm ki, bizə bir qədər də zaman lazımdır ki, bu yas əhvalından çıxaq. Ondan sonra Ədalət Partiyası yəqin ki, namizədlərini həm partiya üzvlərinə, həm də cəmiyyətə təqdim edəcək”.

Özünün namizəd olub-olmayacağı ilə bağlı suala sədr müavini belə cavab verib:

“Mən Ədalət Partiyasının qurulmasında və yaranmasında iştirak etmişəm. Hesab edirəm ki, partiya üzvləri də qəbul edər ki, bu partiyada böyük xidmətlərim olub. Əgər partiya üzvləri istəsələr, təbii ki, namizədliyimi irəli sürəcəm. Bu çoxsaylı partiya üzvlərimizdən və rayon təşkilatlarımızdan asılıdır. Təbii ki,mən onlarla məsləhətləşdikdən sonra bu qərarı verməyimin daha doğru olacağını hesab edirəm”-Müsahibimiz bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri