Icma.az
close
up
RU
ƏDALƏT TANRISININ SƏSSİZLİYİ

ƏDALƏT TANRISININ SƏSSİZLİYİ

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Vüsal MEHDİYEV

“Ədalət Tanrısının səssizliyi” ifadəsi poetik və dərin mənalı bir ifadədir. Ədalətsizliyə qarşı susqunluq, yəni dünyada baş verən ədalətsizliklərə qarşı tanrısal və ya ali bir gücün müdaxilə etməməsi.

Başlığı belə də qoymaq olardı: “Ədalət Tanrısının yaratdığı, ədalətsizliyə məhkum edilən dünyamız”. Gündəlik hallarda - işdə, evdə, tədris mərkəzlərində, cəmiyyətdə ədalətsizliklə hər birimiz qarşılarışıq. Biz haqqı və ədaləti ancaq və ancaq içimizdəki vicdan sayəsində görə, tanıya, seçə bilərik.

Gəlin, ədalət mövzusunun geniş şəkildə üzərində dayanaq. Allah ədalətlidir, dünyamızı ədalətli yaradıb. Amma gəlin, baxaq, ədalət varmı? Haradadı ədalət? Niyə bu qədər ədalətsizlik baş verir?

Bu sualları çox qoymaq olar. İkinci məsələ, deyirik Tanrı ədalətli yaradıb, bəs bu ədalətsizliklərlə bizi barışmağa məcbur etməyə səbəb nədir?

İkinci sual geniş müzakirə ediləcək mövzudur, bunun cavabını da tapmaq qeyri-mümkündür deyə bilərik.

Ümumiyyətlə, nə vaxtsa ədalət olacaqmı? Bu həm çox sadə, həm də dünyanın ən çətin sullarından biridir. Cavabı bir cümləyə sığmaz. Qan torpağa axır, amma torpaq ədaləti bitirmir... Məşhur fransız filosofu, yazıçısı Jan Jak Russonun belə bir ifadəsi var: “Yaradanın əlindən çıxan nə varsa, gözəldir. Hər şey insanın əlində pozulur”. Mən də bu düşüncədəyəm. 

Ümumiyyətlə, bəzi sualların cavabı yoxdur. Məsələn, dünya özü niyə yaranıb? Nə zaman yaranıb? Nə zaman bitəcək? Bu mövzular ətrafında çox danışılıb, müzakirələr edilib. Lakin cavab yoxdur. Qayıdaq əsas mövzuya. Bəs ədalət nədir? Qeyd edək ki, ədalətin bir üst mərtəbəsidə rəhmətdir. Bu da bir başqa mövzudur.

Kainatda həm fiziki, həm də mənəvi nizam var. Planetlər, səma cisimləri toqquşmadığı, hərəsi öz orbitində üzdüyü kimi, mənəvi məsuliyyət cəhətdən də varlıqların nizami, öz “Orbiti” öz hərəkət trayektoriyası var. Bu nizamın adı hikmət və ədalət nizamıdır. Ədalət – qərəzsiz, düzgün, əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyasıdır. Ədalət “ədl” sözündəndir, ərəb dilində bərabərlik və insaflılıq mənalarını daşıyır. Ədalət zülm etməmək, hər kəsə haqqını və ən əsası, laiq olduğunu verməkdir. Ədalətli adama “adil” deyirlər. Bir insanın sahib olması vacib olan ən əsas xüsusiyyət onun adil olmasıdır. Ədalətli olmaq vicdanlı olmaq deməkdir. Vicdan da ya olur, ya olmur. Belə bir ifadə var: “Bir insanda vicdan varsa var, yoxdursa bir gün yatıb qalxmaqla vicdanlı olmayacaq”. Vicdan ibadətin təməlidir. Hz.Əbu Bəkir deyirdi ki, ədalət yer üzündə Allahın tərəzisdir.

O zaman tərəzinin pozulmasına səbəb nədir? Nə üçün bu qədər zülm, haqsızlıq, qeyri-bərabərlik hökm sürür? Ən əsası, bu qədər müharibələr və bunun nəticəsində heç bir günahı olmayan körpələr şəhid olur. Mən onlara “şəhid” deyirəm. Çünki heç bir günahları yoxdur. Buna dözmək, bununla barışmaq çox çətindir, mümkün deyil. Ədalətin gecikməsi ədalətsizlikdir...

Düşünürəm ki, ədalət gecikir. Gəlin, belə təsəvvür edək, valideyn uşaq dünyaya gətirir, onu böyüdür, bəsləyir, yaxşı olmasını istəyir və bunun üçün əlindən nə gəlir, edir. Sual: bəs Tanrımız niyə dünyamızı bəsləmir? Niyə pisliklərdən qorumur? Yaxşı olmasını istəmir? Yenə cavabsız suallar...

Müasir nəzəri fizikanın yaradıcılarından biri, 100 ən nüfuzlu şəxs siyahısına daxil edilən Albert Eynşteynin maraqlı ifadəsi var: “Dünyamız pislərin etdiyi şeylərə görə deyil, səssiz qalanlara görə təhlükəli bir yerdir”. İnsan susduqca -ədalət boğulur və hər susqunluq bir zülmə can verir. Kim danışacaq? Bəlkə də Tanrı – biz danışanda danışar. Çünki bəziləri gücü həqiqət sanır, bəziləri susqunluğu razılıq bilir. Çünki qorxanlar çox, danışanlar azdır. İnsan bəzən başqasının ağrısını hiss etmədikcə, öz rahatlığını pozmaz. Haqsızlıq olur, çünki ədalət zamanla yorulur, ya da unudulur. Çünki zalımlar danışanda susmaq asandır, bəzən də doğru olmaq kifayət etmir, çünki səsin çıxmır.

Yaxın Şərqdə yerləşən Fələstin dövləti, Suriya dövlətində baş verən müharibələr və bunun nəticəsində əziyyət çəkənlər. Maraqlı bir məqam, bu dövlətlər müsəlman dövlətləridir, səssiz qalan da müsəlman dövlətləridir. Maraqlı görüntüdür, elə deyilmi? Maraqlı olması ilə yanaşı ağır görüntüdür.

Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri Angela Merkel deyirdi ki, “Biz uşaqlarımıza deyəcəyik ki, Suriya və İraq qaçqınları bizə sığındılar. Baxmayaraq ki, Məkkə onlara daha yaxın idi...”

Gəlin, müharibələrin verdiyi acı rəqəmlərə baxaq: Öncə xatırlayaq, necə başladı bu müharibələr. Başlanğıcda Suriya xalqı hökumətə qarşı etiraz aksiyaları ilə mübarizəyə başladı. Bu etirazlar zamanla vətəndaş müharibəsinə çevrildi. 2011-ci ilin mart ayı idi. 2011-ci ildən 30 228 uşaq həyatını itirib. Bu uşaqların 23 045-i Suriyanın hökumət qüvvələri tərəfindən öldürülüb. 2 055 uşağı isə Rusiya qüvvələri öldürüb. 959 uşaq “İslam Dövləti” (İŞİD), 76 uşaq isə Hayat Tahrir al-Sham (HTS) tərəfindən öldürülüb. Bundan əlavə 1 010 uşaq müxtəlif qruplar tərəfindən, 926 uşaq isə ABŞ rəhbərliyindək Beynəlxalq koalisiya qüvvələri tərəfindən öldürülüb. (Mənbələr: Presstv.ir, Uscirf, Amnesty.org)

2014-cü ildə müharibədə dünyasını dəyişən 3 yaşlı körpənin ölümündən 10 dəqiqə qabaq dediyi söz dünyanı indi də silkələyir: “Sizdən Allaha şikayət edəcəm!” Buna göz yummaq da, dözmək də çox çətindir. Rəqəmlər ürək ağrısıdır. Digər ərəb ölkəsi Fələstindəki müharibəyə baxaq. 2006-cı ildən bəri Həmas və İsrail arasında beş müharibə olub, ən sonuncu 2023-cü ildən başlayıb və hələ də davam edir. 2023-cü ilin oktyabrından 2025-ci ilin mart ayına qədər 15 613 uşaq həlak olmuşdur. Ümumi 50 082 nəfər ölən arasında uşaqlar təxminən 31%-i təşkil edir. BMT-nin məlumatlarına görə, müharibə yenidən başladıqdan sonra hər gün təxminən 100 uşaq öldürülür və ya yaralanır. 2025-ci ilin aprel ayına qədər 39 000-dən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirmişdir. Sual yaranır: zülmün cavabın kimlər verəcək? Yaxud cavab verən olmayacaq? Bu müharibələr kimə lazımdır, axı?

Müharibə ölümdür, desəm, düzgün olmayacaq. Çünki həyatın sonu da ölümdür və bu deyim həyatla müharibəni eyniləşdirir. Ola bilməz axı, həm həyat, həm də müharibə ölümlə ifadə olunsun. Demək müharibə ölümdən də betərdir. Mənə sual versəniz ki, müharibə nədir, mən deyərdim, müharibə yarım qalmış ömürlərdir, yarım qalmış arzulardır, əbədi kədərdir, nisgildir, həsrətdir, zülmdür.

Allahın yaratdığını düşündüyümüz mükəmməl nizam, sanki xaosdan ibarətdir, deyərdim. Bəzən deyilir ki, zamanla hər şey düzələcək. Başa düşmək lazımdır ki, zaman gəlmir gedir...

Qlobal sistemlərin mexanizmləri - dünyanın idarə olunma tərzindəki oyunlar, siyasət, güc savaşları və insan həyatının bu sistemlərdə dəyərsizləşməsi acı reallıqdır. İnsanların sadə insan kimi yaşamaq istəyi, azad yaşamaq arzusu bu qədər çətin olmamalıydı. İçimdə bir ümid var ki, Dünyamızı yaxşlıq xilas edəcək. Mevlananın dediyi kimi, “İlahi Ədalətdə vaxt məhdudiyyəti yoxdur, o bir gün mütləq özünü göstərəcək”.

Dünyamızın əsl üzü bu olsa da, Ədalət Tanrısının əbədi səssiz olmayacağına inanıram və ümid edirəm.

Sonda deyim ki, Dünyamızı bu günə qoyanlar bilməlidirlər ki, zaman ən böyük və ən güclü olandır. Zaman acı bir reallıqdır, o hər kəsi silər, sizi də siləcək, heç var olmamışsınız kimi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 May 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri