Ceyhun Bayramov: Vətən müharibəsində Türkiyənin dəstəyi əsl qardaşlığın təzahürü idi
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
"Müharibə günlərində Türkiyənin və onun lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstəyi əvəzolunmaz idi".
BAKU.WS xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, 2020-ci ildə hərbi əməliyyatların davam etdiyi 44 gün ərzində Türkiyənin o dövrdəki xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana beş dəfə səfər edib.
"Həmin günlərdə Ankaradan Türkiyənin xaricdəki bütün nümayəndəliklərinə bir mesaj gedib. Bütün Türkiyə səfirliklərinə bildirilib ki, Ankaradan gələn təlimatla Bakıdan gələ biləcək təlimatlar eyni qüvvəyə malikdir. Türkiyə diplomatlarına tapşırılıb ki, əgər Bakıdan hansısa təlimat gələrsə, bunu Ankara ilə yoxlamadan həyata keçirə bilərsiniz", - deyə C.Bayramov açıqlayıb.
Onun sözlərinə görə, Bakı heç vaxt diplomatik etiketi aşaraq birbaşa Türkiyənin xaricdəki səfirliklərinə müraciət etməyib, bütün təmaslar yalnız Türkiyə XİN xətti ilə həyata keçirilib.
"Bu dünya diplomatiyası tarixində bənzəri olmayan bir qərar idi və bu, sözdə yox, əməldə əsl qardaşlığın təzahürü idi", - XİN rəhbəri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 08 Noyabr 2025 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















