Icma.az
close
up
RU
Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı

Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin 5 illiyi hərb tariximizə yazılacaq möhtəşəm paradla yadda qaldı. Buna qədər 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı, 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilmişdi. Bu dəfə isə qələbənin beş illiyi ilə bağlı keçirilən üçüncü parad sözün həqiqi mənasında Zəfərə möhür vuran bir hadisə oldu. Ümumiyyətlə, hərbi parad dövlətin gücünü və vətəndaşların qürurunu nümayiş etdirən bir mərasimdir, xüsusilə də Zəfərin ildönümünə həsr olunmuş parad.

Azərbaycan üçün bu, sadəcə, müharibədə qazanılan Qələbənin 5-ci ildönümü deyil, həm də həqiqətin, ədalətin qələbəsidir. Çünki Vətən müharibəsində Azərbaycan xalqı təkcə öz ərazilərini geri qaytarmadı, həm də birliyini, vətənpərvərliyini nümayiş etdirdi. 8 noyabr paradı isə qalib Ordumuzun düşmən üzərində tam və birdəfəlik Qələbəsinin tərənnümü oldu. Qalib Azəraycan əsgərinin paytaxtın baş meydanında məğrur yürüşü ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs Vətən sevgisinin təzahürü oldu.

Prezident İlham Əliyev Zəfər paradındakı çıxışında Vətən müharibəsi ilə bağlı bir sıra mühüm məsələlərə toxunaraq həqiqətləri bir daha bəyan etdi və xatırlatdi ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda onların tanklarının Bakı küçələrində olacağını, özlərinin isə Bakıda çay içəcəklərini deyirdilər: "Əslində, onların bu arzuları gerçəkləşdi, onu biz gerçəkləşdirdik. Hərbi Qənimətlər Parkında erməni tankları var, erməni cinayətkarlar isə Bakıda istintaq təcridxanasında çay içirlər". Bu erməni separatizmi üçün tarixi dərsdir. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışı da bu təntənənin təzahürü idi. Azərbaycan bu  paradla dünya ictimaiyyətinə, xüsusilə Cənubi Qafqaz bölgəsində sülh və sabitlik arzulayan xarici qüvvələrə də, müxtəlif təxribatlarla regionumuzu qarışdırmaq istəyənlərə də mühüm bir mesaj vermiş oldu.

Ötən beş il ərzində Azərbaycanın bir neçə strateji hədəfi var idi. Onlardan birincisi, ərazi bütövlüyü bərpa edildikdən sonra suverenliyin tam bərpa edilməsi idi. Yəni Qarabağda, o cümlədən Xankəndidə Azərbaycanın üçrəngli bayrağının dalğalandırılması, oradakı erməni separatizminə son qoyulması və suverenliyin təmin edilməsi əsas məqsəd idi.

Azərbaycan bu strateji hədəfə nail oldu və burada ordunun əməyi xüsusi önəm daşıdı. Bu, bir növ diplomatiyada qazanılan zəfərin də paradı hesab oluna bilər. İndiyə qədər hərbi müstəvidə qalib gələn Azərbaycan bu beş ildə diplomatiya sahəsində də qələbə qazandı.  Dövlət bu paradla Azərbaycanın təkcə hərbi üstünlüyünü deyil, həm də siyasi iradəsini və diplomatik strategiyasını yenidən nümayiş etdirdi. Bu tədbir bölgədə digər tərəfləri sülhə və sabitliyə dəvət edən, ölkəmizin öz ərazi bütövlüyünü qorumaq istiqamətində qətiyyətini göstərən mühüm addımdır.

Milli Zəfərimizin  5 illiyi münasibətilə keçirilən paradda Türkiyə və Pakistan dövlət rəhbərlərinin, bu ölkələrin Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirak etməsi, əldə olunan zəfərin bundan sonra da üç dövlət tərəfindən qardaşlıq rəmzi olaraq qorunmasının simvoludur. Bu fakt Azərbaycanın gələcəkdə hansı dövlətlərlə birgə addımlayacağına dair açıq bir mesajdır.

Türkiyə Silahlı Qüvvələri NATO üzvü olan tək türk-müsəlman dövlətidir və dünyanın ən güclü ordulardan birinə sahibdir. Eyni zamanda, nüvə silahına malik tək islam  dövləti olan Pakistan Yaxın və Orta Şərqdə hesablaşılacaq bir gücdür.  Eyni zamanda 8 noyabr paradında nümayiş etdirilən silah-sursat, nizami ordu Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü  ordularından biri olduğunu bir daha təsdiqlədi.

Bir sözlə, Bayrağında ay-ulduz əks olunan üç dost və qardaş ölkənin,  Bakıda hərbi paradda birgə iştirakı beynəlxalq miqyasda türk-islam birliyinə qarşı olan bir çox güc mərkəzlərinə verilən  ciddi siyasi mesaj oldu. Bu baxımdan Bakı paradı həm də bütün əzilən, haqları pozulan, ədalətsizliyə məruz qalan xalqlar üçün gücün yaratdığı ədalətin nümayiş etdirilməsi hadisəsidir.

Fəzail İbrahimli 
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri