Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Ədalət Verdiyev əslində niyə həbs olundu?

Ədalət Verdiyev əslində niyə həbs olundu?

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hərbi ekspert Ədalət Verdiyevin həbsi - xüsusilə onun hərbi sirr hesab olunan bir məlumatı yayması səbəbindən – sensasiyadırmı?

Tərcümeyi-halına baxın: 7 noyabr 1969-cu ildə anadan olub, 1986–1990-cı illərdə Almatı Ali Ümumqoşun Komandirlər məktəbində ali-hərbi təhsil alıb, Rusiya ordusunda 2 il xidmət edib, 1992-ci ildə ölkəmizə qayıdıb, Azərbaycan Ordusunun hərbi mütəxəssisi olaraq texniki, mühəndislik və kəşfiyyat kimi əsas hərbi sahələrdə peşakar təcrübəyə sahibdir.

“Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, İsrail, Gürcüstan, Fransa, İtaliya, İngiltərə və s. ölkələrin silahlanmasında mövcud olan bir çox silah sistemlərinə aid araşdırma yazıları vardır. Qarabağ ərazisində aparılan döyüş əməliyyatlarının araşdırılması və yeni döyüş metodlarına dair tədqiqatları mövcuddur”, - biaoqrafiyasında yazılır.

Yüksək statusu da var: Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi, ehtiyatda olan zabit!

Yəni adam gənc deyil – 55 yaşını adlayıb; savadsız deyil – yüksək təhsil alıb; təcrübəsiz deyil – illərə dayanan peşəkarlığı var.

Dövlət televiziyasından müstəqillərə, internet kanallarından sosial şəbəkə platformalarındakı debatlara, qəzetlərdən saytlara, agentliklərə qədər – hər yerdə fikri öyrənilən peşəkar mütəxəssis sayılır.

Bütövlükdə media xüsusilə həssas məqamlarda onun rəyinə üz tutub, fikirləri mötəbər sayılıb, onun məsləhətinə ehtiyac duyub.

İşğaldan azad edilən ərazilərə MN-dən (Müdafiə Nazirliyi) tutmuş MN-ə (Mədəniyyət Nazirliyi) qədər, bütün rəsmi dövlət qurumlarının (az qala) təşkil etdikləri “tur”larda başda yer alıb.

Və birdən, heç gözlənilmədən onun həbsi haqda məlumat yayılır. Məlum olur ki:

“İstintaqla işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib”.

Yəni rəsmi qurumların da etibar etdiyi şəxsdir və o, məhz mediatur zamanı hərbi sirr sayılan məlumatları çəkib-yayıb.

Əslində sensasiya sayıla bilərdi: bir hərbi-ekspert, ixtisaslı peşəkar kadr necə bir sirri yaymalıdır ki, onun haqda həbs qərarı verilmə qaçılmazlığı yaransın?

Amma sensasiya deyil qətiyyən! Bu, ümumilikdə cəmiyyətin problemidir.

Onillərdir müstəqilik, bizim peşəkar, müstəqil, erudisiyalı, həddən artıq informasiyalı, regionu və dünyanı təhlil etmək, yazmaq, baş verən proseslərə anında reaksiya vermək, sosial şəbəkələrdə gedən prosesləri yönəltmək qabiliyyətinə malik nə qədər iqtisadçı, siyasətçi, politoloq, hərbi ekspert, sosioloq, psixoloqumuz var? Sayları nə qədərdir? Hansılarının fikri mötəbərdir, güvənilirdir, xarici ölkə mediası regional məsələlərdə onların rəyini öyrənməyi vacib sayır?

Avropa demirəm, hansı rus, gürcü kanalları, mediası bizim neçə politoloqumuzla əməkdaşlıqdan qürur duyur?

Biz xalq olaraq yetkinik, döyüşçüyük, istedadlıyıq – qəti şübhə etmirəm. Bəs hanı bizim son 30 ildə yetişdirib ortaya çıxardıqlarımız?

Hələ bunlarla da kifayətlənməyin – yazıçısını, şairini, rəssamını, filosofunu... da əlavə edin!

Xırda, bir əlin barmaqları sayda istisnalarla, kim gəldi ağlınıza?

Normal bir siyahı hazırlaya bilməzsiniz!

Çünki ağıllı fikrə, düşüncəyə yox, söyüşə, təhqirə, əxlaqsız sözlərə qulaq asır, dinləyirsiniz!

Çünki sizin üçün baxşəliyevlərin şousu hər şeydən ucadadır – onların baxış reytinqi aşağı düşmür ki, kanallar o səviyyəsiz verilişləri proqramdan çıxartsın!

O qədər şouya meyillisiniz ki, bu ölkənin normal gənc yazarı da sizə xoş gəlmək üçün şoumenlik edir, hərbi eksperti də şounun şitinə qaçır!

Bu ölkənin normal imkana malik şəxsləri LGBT-çiyə “şir” atır;

Bu ölkənin normal imkanlı şəxsləri böyük istedadların arxasında durmur, əksinə, nəyə görəsə dodağı silikonluları “müğənni” adıyla efirə dürtüşdürmək üçün var-yoxunu xərcləyir...

Nəticədə hər yerdə qeyri-peşəkarlıqla üz-üzəyik: istər mediası olsun, istər iqtisadçısı, istər politoloqu... – nadir istisnaları çıxmaqla.

Gör nə günə qalmışıq ki, ölkənin ciddi media adına iddia edən qurumları belə “başına sərçə qonacaq bürclərlə” ayaqda qalmaqdan utanıb yerə girmir!

Sizlər o səviyyəsizlərin utanmadan ortada gəzməsinə şans tanıyırsınız: çünki onları izləyirsiz, onlara qulaq asırsınız, onların olmayan səsi ilə oxuduqlarına feyziyab olursunuz...

Bu səviyyəsizləri blok etmirsiniz, silmirsiniz, əksinə, “məzə üçün” məntiqi ilə dolayı dəstək verirsiniz!

Dünyanın müxtəlif ölkələrində erməni milyonçular milli ideyalara görə milyonlar xərcləyəndə bizim varlılar xaricdən baboşlara maşın göndərir!

Onillərdir bu ölkənin fikir mərkəzlərinin qurulması, orda kadrların yetişdirilməsi üçün nə etmişik? Dövlətin açıq-gizli o istiqamətə ayırdığı vəsaitlər hara sovrulub?

Bu ölkənin rəsmi və qeyri-rəsmi kanallarında “meydan sulayan” politoloqu belə Rusiya casusu çıxırsa, hərbi ekspert hərbi sirri yaydığını anlamırsa, artıq dayanmaq lazımdır! Biz hara gedirik axı? Bu düşüncə, bu yaşam tərzi, bu baxışla hədəfimiz nədir?

Necə yəni bir tiktoker onu təhqir etdiyinə görə ayaq öpdürür? Ümumiyyətlə, niyə təhqir edirsiniz ki bəyənmədiyiniz insanları?!

Axı heç bir qonşumuzun ictimai-sosial-virtual həyatında bunlar yoxdur!

Axı heç bir qonşumuzun sosial şəbəkələrində bu qədər aşağı səviyyəli, vulqar, təhqiramiz ifadələrlə bir-birinə kin qusmaq yoxdur!

Yəqin siz də görürsünüz ki, heç nə düz deyil, heç nə yolunda getmir – bir azdan bir düz-əməlli hərbi, siyasi, iqtisadi ekspert, bir normal media tapa bilməyəcəyik təbliğat üçün!

Hər yer baboşlaşacaq!

Həyəcan üçün bizə daha nə lazımdır ki?!

Daha nə baş verməlidir ki, biz belə getməyəcəyini anlayaq?!

Katarsis lazımdır - əgər cəmiyyət özü ləpələnib, özünü təmizləyə bilmirsə, onda yuxarıdan olmalıdır bu proses...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Noyabr 2024 03:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri