Icma.az
close
up
RU
Ədalət Verdiyev həbs edildi

Ədalət Verdiyev həbs edildi

Tribuna info-dan əldə olunan məlumata görə, Icma.az məlumat verir Ədalət Verdiyev həbs edildi.

Prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə birgə dövlət sirri təşkil edən məlumatların, habelə paylaşılması qanunvericiliklə qadağan edilən informasiyaların media subyektləri və internet resurslarında yayılması hallarına qarşı mütəmadi olaraq tədbirlər görülür.

Tribunainfo.az Baş Prokurorluğa istinadən xəbər verir ki, bu tədbirlərin davamı kimi, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı cari il noyabrın 22-də Azərbaycan Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İstintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə iş üzrə ibtidai istintaq davam etdirilir. İş üzrə təqsiri müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://tribunainfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır

12 Fevral 2025 08:39see132

Ənvər İbrahim Ərdoğana təşəkkür etdi

12 Fevral 2025 08:27see132

Münahisə etdiyi arvadını belə ÖLDÜRDÜ

12 Fevral 2025 16:50see128

Bu gün hansı bürcün bəxti gətirəcək?

12 Fevral 2025 08:34see128

Şuşa abadlaşdırma ilə əlaqədar 361 min xərclənəcək

12 Fevral 2025 08:27see128

Rus evi nin bağlanması mesajdır? AÇIQLAMA

12 Fevral 2025 14:13see126

Küçə musiqiçisi reper P.Diddini zorlamaqda ittiham edib

12 Fevral 2025 07:20see121

Suriya Rusiya və İrandan müsbət siqnallar aldığını açıqlayıb

12 Fevral 2025 15:54see120

ABŞ Energetika Nazirliyi Rusiya neft sənayesinə qarşı sanksiyaların nəticələrini açıqlayıb

12 Fevral 2025 07:54see120

Türkiyə sakini üç ildən sonra ögey anası ilə görüşmək istədi: Çürümüş cəsədini və sümüklərini tapdı

13 Fevral 2025 04:02see118

Fənərbaxça Futbol Akademiyasının inşasına başlanıldı

12 Fevral 2025 16:54see118

Peşə təhsilinin stimullaşdırılması müəyyən güzəştlərin tətbiqi ilə məhdudlaşmamalıdır Deputat

12 Fevral 2025 16:32see118

Rusiya Kiyevi raketlə vurdu: Ölən var

12 Fevral 2025 13:28see118

Liverpul derbisində 4 qol

13 Fevral 2025 01:35see117

“Bağdan”ın tomat pastaları kiflənib Foto

12 Fevral 2025 13:47see117

Şvartsenegger oğlunun çılpaq səhnələrinə şərh verib…

12 Fevral 2025 20:07see116

Elon Maskın oğlu Trampla mətbuat konfransında iştirakçılardan birinə sus deyib Video

12 Fevral 2025 18:48see115

Avtomobil sənayesində tarixi birləşmə Sərfəli yeni model istehsal ediləcək KONKRET

12 Fevral 2025 09:21see115

Stresi atmaq üçün göbəklərinə sürtürlər

13 Fevral 2025 04:04see114

Qərbin anti Rusiya blokadası yarıldı Slutski

12 Fevral 2025 22:49see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri