Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış konsepsiyası: Tarixi ədalət, milli kimlik və beynəlxalq hüquq kontekstində yeni mərhələ

Qərbi Azərbaycana qayıdış konsepsiyası: Tarixi ədalət, milli kimlik və beynəlxalq hüquq kontekstində yeni mərhələ

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qərbi Azərbaycan anlayışı yalnız coğrafi məkan deyil. Bu, Azərbaycan xalqının yüzillərlə yaşadığı, mədəniyyət yaratdığı, dövlətçilik ənənələri formalaşdırdığı və tarixin müxtəlif dönəmlərində zorakılıqla didərgin salındığı bir mənəvi və milli yaddaşdır. Bu torpaqlar,  indiki Ermənistan Respublikası ərazisində yerləşən İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Vedibasar, Basarkeçər və digər bölgələr bir zamanlar minlərlə azərbaycanlı ailəsinin yurdu, ata-baba məzarı, məktəbi, məscidi, ocağı olmuşdur”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, bu gün isə Azərbaycan xalqı tarix qarşısında yeni bir mərhələyə qədəm qoyur, Qərbi Azərbaycana qayıdış konsepsiyası ideyasını beynəlxalq hüquq, tarixi ədalət və humanitar dəyərlər üzərində formalaşdıraraq sivil və hüquqi müstəvidə gündəmə gətirir: “Bu, revanşizm deyil. Bu, ədalətin bərpasına, insanların doğma yurduna dinc yollarla qayıdışının təmin olunmasına yönəlmiş milli və siyasi bir yanaşmadır”.

Nicat İsmayılov

“XX əsr Azərbaycan xalqı üçün ağır sınaqlar dövrü oldu. 1905–1906, 1918–1920, 1948–1953 və nəhayət 1988–1991-ci illərdə Qərbi Azərbaycanda yaşayan yüzminlərlə soydaşımız öz ev-eşiyindən zorakılıqla qovuldu. Xüsusilə 1988-ci ildən başlayaraq Ermənistan ərazisində sistematik şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində 250 mindən çox azərbaycanlı doğma yurdunu tərk etməyə məcbur oldu”-deyən politoloq bildirib ki, bu deportasiya aktları yalnız demoqrafik yox, həm də mənəvi və mədəni bir soyqırımı idi. Məscidlər dağıdıldı, qəbiristanlıqlar təhqir olundu, toponimlər dəyişdirildi, tarix saxtalaşdırıldı. Bir xalqın varlığına, izinə, mədəni koduna qarşı sistemli hücum həyata keçirildi. Lakin heç bir saxtalaşdırma, heç bir siyasi məkr Azərbaycan xalqının yaddaşından Qərbi Azərbaycan həqiqətlərini silə bilmədi”-deyə Nicat İsmayılov qeyd edib.

Politoloq vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış ideyası ilk baxışda emosional çağırış kimi görünə bilər, lakin əslində bu, aydın hüquqi baza, tarixi faktlar və beynəlxalq normalara əsaslanan dövlət və xalq strategiyasıdır: “Bu konsepsiyanın əsas dayaqları bunlardır:

1. Tarixi əsaslar – Azərbaycanlıların əsrlər boyu bu ərazilərdə məskunlaşdığı arxiv sənədləri, xəritələr, rus və Avropa tədqiqatçıların yazıları ilə sübut olunub.

2. Beynəlxalq hüquq – İnsan Hüquqları Bəyannaməsi, qaçqınların geri dönüş hüququ, mülkiyyətin bərpası və öz yurduna qayıtmaq hüququ beynəlxalq səviyyədə tanınır.

3. Sülh və dinc qayıdış prinsipi – Bu konsepsiya güc və təhdid üzərində deyil, dialoq, beynəlxalq mexanizmlər və hüquqi mexanizmlər üzərində qurulur.

4. Mədəni irsin bərpası – Məscidlərin, tarixi abidələrin, toponimlərin, qəbiristanlıqların qorunması və bərpası konsepsiyanın əsas elementlərindəndir.

Bu, Azərbaycan dövlətinin işğaldan azad olunmuş Qarabağ ərazilərində həyata keçirdiyi “Böyük Qayıdış” proqramının ideoloji və məntiqi davamı kimi də qiymətləndirilə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları müxtəlif beynəlxalq tribunalarda və çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqları təmin olunmalı və bu məsələ beynəlxalq gündəliyə çıxarılmalıdır. Bu bəyanatlar təkcə siyasi mesaj deyil. Bu, Azərbaycan dövlətinin gələcək onilliklər üçün müəyyən etdiyi milli strategiyanın tərkib hissəsidir. Dövlət başçısı cənab Prezident İlham Əliyevin  rəhbərliyi ilə aparılan siyasət sübut etmişdir ki, haqq gec də olsa qalib gəlir. Qarabağ Zəfəri bunun ən parlaq nümunəsidir. Bu baxımdan Qərbi Azərbaycana qayıdış ideyası artıq ümid və arzu yox, strateji məqsəd və milli hədəf olaraq formalaşır”.

Politoloq qeyd edib ki, bu gün dünyada yüzlərlə xalq öz doğma torpaqlarına qayıtmaq hüququ uğrunda mübarizə aparır: “Fələstinlilər, Krım tatarları, Balkan xalqları, yəhudilərin tarixi torpaqlarına qayıdışı bütün bu presedentlər sübut edir ki, beynəlxalq sistem geri dönüş ideyasını qəbul edir və dəstəkləyir. Bu konteksdə azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququ digərlərindən nə artıq, nə əskikdir. Sadəcə bu həqiqətin düzgün kanallarla beynəlxalq ictimaiyyətə çatdırılması və sistemli şəkildə təqdim olunması zəruridir. Bu, təkcə Azərbaycanın yox, ümumilikdə insan hüquqları sisteminin səmimiyyət testi olacaqdır.

Qərbi Azərbaycana qayıdış tankla yox, tarixlə, hüquqla, şüurla və milli birləşmə ilə baş verəcək. Bu yol uzun və çətin ola bilər. Lakin bir həqiqət var: heç bir zor, heç bir yalan, heç bir siyasi oyun tarixi reallığı sonsuzluğa qədər boğa bilməz. Azərbaycan xalqı yaddaşını qoruyursa, tarixini unutmursa və milli iradəsini bir nöqtəyə yönəldirsə, gec-tez öz haqqına çatır. Qərbi Azərbaycan isə bizi gözləyir torpaq kimi yox, Vətən kimi”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Noyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri