Icma.az
close
up
RU
“Şaka”nın azərbaycanlı dostu

“Şaka”nın azərbaycanlı dostu

Icma.az bildirir, Azpost portalına istinadən.

Hindistanın məşhur kino aktyoru Dxarmendra 89 yaşında vəfat edib.

AzPost bildirir ki, film tarixind öz rolları ilə imzasını qoymuş aktyor dünya ölkələrində də sevilirdi.

Onun filmləri SSRİ-də baxılırdı. Dxarmendra SSRİ-Hindistanın birgə çəkdiyi “Əlibaba və 40 quldur” filmində də baş rola çəkilib.

Azərbaycanda da Dxarmendranın böyük pərəstişaklar ordusu olub.

Bu pərəstişkarlardan biri məşhur aktyor ilə şəxsi dosluğu yaranıb.

Telejurnalist Namiq Qurban Dxarmendra ilə ailəvi dostluğu olub. O, 2017-ci ildə Hindistanda Dxarmendranın qonağı olub. Jurnalist əfsanəvi aktyorla bağlı sənədli film də çəkib.

2017-ci ilin dekabrında Bakıda Namiq Qurbanın hazırladığı “Dharmendra-Məhəbbət Elçisi” adlı sənədli bioqrafik filmin təqdimat mərasimi keçirilib.

47 dəqiqə xronometrajlı film dünya və Hindistan kinosunun veteran aktyoru, “He, man” ləqəbli, dünyada sülh, məhəbbət və qardaşlıq carçısı kimi tanınan, Azərbaycanda da çox sevilən ‪Dharmendra Deolun məhəbbət işığında yaşadığı xoşbəxt ömrü, bərəkətli yaradıcılığı və hikmətli həyat ibrətlərinə həsr edilib.

Film 60 il kino ekranlarının sevilən qəhrəmanı Dharmendra Deolun zəngin şəxsiyyətinə yeni və fərqli baxışdır. Bu film Azərbaycan-Hindistan mədəniyyətləri arasında bir dostluq körpüsüdür”,- deyə Namiq Qurban çıxışında vurğulayıb.

Film Azərbaycan dilində hazırlanıb və ingilis, rus dillərinə tərcümə olunub.

AzPost-a açıqlamasında Namiq Qurban bildirmişdi ki, Dxarmendra ilə Hindistanda onun şəxsi evində görüşüb.

“Bu evdə o birinci həyat yoldaşı ilə yaşayırdı. Hema Malini ona arada baş çəkirdi. Hema parlamentin üzvü olduğu üçün daha çox Dehlidə olur”-deyə Namiq Qurban vurğulayıb.

Dxarmendranın Azərbaycana gəlmək arzusu da olub.

“Bakıya gəlmək istəyirdi. Dxarmendra deyirdi ki, Daşknd və Tehranda olub”.

Bir neçə il sonra Dxarmendra Namiq Qurbanı nəvəsinin toyuna dəvət edib.

Dxarmendranın oğlu, məşhur kino aktyoru Sanni Deol 2023-cü ildə övladına toy çaldırıb. Namiq Qurban Azpost.info-ya bildirib ki, Dxarmendra ona dəvətnamə göndərsə də, müəyyən səbəbdən toyda iştirak edə bilməyib. Amma Dxarmendranı təbrik edib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Noyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see427

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see312

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see304

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see302

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see301

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see300

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see299

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see295

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see292

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see276

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see264

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see261

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see258

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see255

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see254

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see253

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see253

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see251

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri