Icma.az
close
up
RU
“Ədalətsizliyə Azərbaycan öz gücü ilə son qoyub...”

“Ədalətsizliyə Azərbaycan öz gücü ilə son qoyub...”

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycanın vacib regional məsələlərin müzakirə edildiyi məkan rolunu uğurla davam etdirdiyini göstərdi. Müşavirədə Prezident İlham Əliyev nitqində bir neçə mühüm məsələni dünyaya çatdırdı: Azərbaycanın dünya siyasətində tutduğu yer, oynadığı rol və yürütdüyü müstəqil xarici siyasət; dünyada iki standartlara yol verilməsi davam etdikcə gələcəkdə təhlükələrin qalması; Azərbaycan xalqının ali keyfiyyətləri. Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın Avrasiya məkanında mərkəz kimi getdikcə daha böyük rol oynadığının nitqdə vurğulanması əhəmiyyətli idi”. 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

O, bildirib ki, ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı regionda təhlükəsizlik sistemini möhkəmləndirir: 

“Əməkdaşlıq zəncirində birləşdirici həlqə olan Azərbaycan bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət yürüdür. Azərbaycan həmişə dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikanın əleyhinə qəti şəkildə çıxıb və çıxır. Azərbaycan dövləti bu yanaşmanı ərazilərinin təqribən 20%-i işğal altında olarkən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsində və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyində görüb. Ədalətsizliyə Azərbaycan öz gücü ilə son qoyub, işğalçını təkbaşına qovaraq ərazilərini azad edib. Qələbə Azərbaycan xalqının bağrından çıxan silahlı qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi zəfərdir. Prezident İlham Əliyevin söylədikləri həm də gələcək üçün qlobal məna kəsb edir. Çünki BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmadıqca, işlək hala gətirilmədikcə müharibələr, münaqişələr davam edəcək, yeniləri də meydana çıxacaqdır. Tarix boyu cəzasız qalan təcavüzkar daha da şirnikləşib, işğallarını genişləndirib. İndi də belədir. Nitqdə Azərbaycan xalqının minilliklər boyu formalaşmış xarakterinin ali keyfiyyətləri bir daha bəyan edildi. Prezident İlham Əliyevin təcavüzkarı müdafiə edənlərin qürurlu, azadlıqsevər, adət-ənənələri və əxlaqi dəyərləri ilə yaşayan Azərbaycan xalqının xasiyyətini yaxşı tanımadıqlarını vurğulaması həmin dairələrə bir dərs, gələcəkdə belə xəyallara düşmək istəyənlərə isə acı xəbərdarlıq idi. Qisasını döyüş meydanında alan, məğlub olana, diz çökənə zərbə endirməyən, sülh əlini uazadan Azərbaycan uşaq qatillərinin, vəhşilərin səviyyəsinə enmədi. Bu, Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərinin və dərin mədəniyyətinin göstəricilərindən biri olmaqla digərlərinə də örnəkdir. Prezident İlham Əliyevin nitqi təkcə yaxın keçmişi və müasir beynəlxalq münasibətlərdə yaranmış şəraiti təhlil etdiyi deyil, eyni zamanda gələcəyə də yol göstərdiyi üçün əhəmiyyətlidir”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Oktyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see349

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see295

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see285

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see265

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see264

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see253

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see239

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see222

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see219

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see215

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see193

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see183

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see174

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see172

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri