Icma.az
close
up
RU
Tarixi ədalətsizliyə son qoyulmalıdır!

Tarixi ədalətsizliyə son qoyulmalıdır!

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan möhtəşəm qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Hazırda bizim qarşımızda duran mühüm məsələlərdən biri zamanında Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın tarixi yurd yerlərinə ləyaqətli qayıdışına nail olmaqdan ibarətdir. Bu ümummilli ideya yeni mərhələdə qalib Azərbaycanın gündəliyinə Prezident İlham Əliyev tərəfindən gətirilib. Dövlətimizin başçısı bugünlərdə Bakıda “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına ünvanladığı müraciətində bəhs olunan məsələyə yenidən diqqət çəkib. Qaçqınların hüquqları ilə bağlı müzakirələrin önəminə toxunan Prezident İlham Əliyev “Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvə?lərindən başlayaraq Qərbi Azərbaycandan - Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır”, - deyə bildirib.

Xalqımıza qarşı dəhşətli deportasiyalar

Prezident İlham Əliyev müraciətində azərbaycanlıların Ermənistan ərazisindən zorla çıxarılmasını “dəhşətli deportasiyalar” kimi səciyyələndirib. Soydaşlarımızın tarixi yurd yerlərindən qovulması bir neçə mərhələdə reallaşdırılıb. Bu baxımdan XX yüzillik xüsusilə faciəvi olub.  Belə ki, bir əsrdə 4 dəfə - 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib. Bu deportasiyalar və soyqırımları bizim tariximizin bir hissəsidir və gələcəkdə də belə faciələrlə üzləşməmək üçün tariximizi yaxşı öyrənməliyik. Beləliklə, bəzi ştrixlərə diqqət çəkmək yerinə düşər. Xatırlayaq: 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Prezident İlham Əliyev bunu çox doğru olaraq bağışlanmaz bir addım,  xəyanət və cinayət kimi səciyyələndirib.

Zamanında bir çoxları düşünürdülər ki, ermənilər İrəvana sahibləndikdən və tarixi Azərbaycan ərazisində öz dövlətlərini qurduqdan sonra daha dayanacaqlar, bir daha ərazi iddialarından çıxış etməyəcəklər. Ancaq unutmamalıyıq ki, söhbət ermənilərdən - bütün düşüncələri və ruhları ilə “dənizdən-dənizə Ermənistan” mifinə uyan bir toplumdan gedir. Əlavə edək ki, bu toplumun iliyinə həm də “türkə nifrət” ideologiyası yeridilib, hər bir erməni körpəsinin ana laylası məhz bunu təlqin edir.

Beləliklə, ermənilər İrəvana sahiblənməklə kifayətlənmədilər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız  olan Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da səbəbləri və məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə yerləşmişdilər və siyasi qərarlar verilməsinə təsir göstərmək imkanlarına malik idilər. Zəngəzurun Ermənistana verilməsi Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq, bununla da eyni zamanda, Türk dünyasını parçalamaq üçün atılmış bir addım idi.

İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə Qərbi azərbaycanlıların faciələri bitmədi - 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qaldı. Bu, keçmiş sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törətdiyi növbəti cinayəti idi.

Etnik təmizləmənin sonuncu mərhələsi

1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə məkrli proseslərin qarşısı alındı, xalqımız Ermənistan ərazisində növbəti deportasiya və etnik təmizləməyə məruz qalmadı. Lakin 1987-ci ildə Heydər Əliyevin keçmiş ittifaq rəhbərliyindən uzaqlaşması ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın növbəti qara günləri başladı. Belə ki, 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu mərhələsi həyata keçirildi. Ağır işgəncələrlə, çoxlu sayda insanın məqsədli şəkildə qətlə yetirilməsi ilə müşayiət olunan sonuncu etnik təmizləmə tariximizə ən amansız deportasiya kimi düşdü. Xatırladaq ki, həmin dövrdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə də böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə və şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı və işgəncələrə məruz qaldılar. Verilən məlumatlara əsasən, azərbaycanlıların Ermənistan ərazisində yerləşən ata-baba yurdlarından sonuncu deportasiyası zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən təxminən 300 min soydaşımız zorla qovulublar, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar isə ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib.

İndiki Ermənistan ərazisində soydaşlarımızın sonuncu deportasiyası 1991-ci ilin avqustinda azərbaycanlıların Nüvədi kəndindən qovulması ilə yekunlaşdı. Həmçinin XX yüzilliyin sonlarına yaxın Qarabağın və Şərqi Zəngəzurun işğalı xalqımızın növbəti faciəsi idi.

Bölgədə sülhün təmin olunması üçün vacib şərt - tarixi ədalət bərpa edilməlidir

Qərbi Azərbaycana qayıdış özündə bir neçə mühüm  məqamı ehtiva edir. Burada söhbət həm beynəlxalq hüququn, həm tarixi ədalətin bərpasından, həm də insan haqlarının təmin edilməsindən gedir. Qərbi Azərbaycan icması böyük bir toplumdur. Bu icma doğma yurd yerlərini zorla tərk etmək məcburiyyətində qalan  yüz minlərlə soydaşımızı və onların qanuni varislərini əhatə edir. Bu icmanın adı zamanında soydaşlarımızın yaşadıqları tarixi ərazilərimizin adından götürülüb.

Müxtəlif dövrlərdə çap edilmiş xəritələr və digər sənədlər Ermənistan yaradılarkən  böyük saxtakarlıqlara  yol verildiyini təsdiqləyir. Bəhs olunan xəritələrdə onlarla yaşayış məntəqəsinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. Təəssüf ki, sonradan yeni bir saxtakarlıq edilərək tarixi toponimlərimiz eybəcər adlarla əvəzlənib. Erməni saxtakarlıqları yalnız toponimlərin dəyişdirilməsi ilə bitmir. Burada ermənilər özlərinə xas olan tərzdə yerin altına xaçlar basdırıblar. Sonradan təlimatlar əsasında yaradılan ekspedisiyalar “arxeoloji” qazıntılar aparıblar və necə deyərlər, evrika kəşf ediblər. Belə ki, onlar bəlli yerlərdə qazıntılar aparmaqla torpağa basdırılmış xaçları “tapıblar” və bununla da həmin ərazilərin ermənilərə aid olduğunu “sübut ediblər”...

Ermənilər tarixdə əl atdıqları saxtakarlıqları bu gün başqa bir formada və məzmunda davam etdirməyə çalışırlar. “Azərbaycanla sülh sazişi imzalamağa hazırıq” deyən Nikol Paşinyan iqtidarı soydaşlarımızın tarixi ərazilərimizə qayıtmaq istəklərini beynəlxalq ictimaiyyətə Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları kontekstində təqdim etməyə çalışır. Bu, Ermənistan rəhbərliyinin növbəti manipulyasiyasıdır. Qalib Azərbaycanın heç bir qonşu dövlətə qarşı hər hansı bir ərazi iddiası yoxdur. Soydaşlarımızın yurd yerlərinə qayıtmaq istəyi isə insan haqları məsələsidir və  bilavasitə beynəlxalq hüquqdan irəli gəlir. Ermənistan rəhbərliyi beynəlxalq hüquqa və tarixə hörmətlə yanaşaraq azərbaycanlıların ləyaqətli şəkildə qayıdışını təmin etmək üçün üzərinə öhdəliklər götürməlidir. “Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir. Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 İyun 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

08 İyun 2026 12:45see539

Lotus şirkətinin baş direktoru şirkətin hiperkarı haqqında rəy bildirib

08 İyun 2026 20:45see333

Bakıda şagirdin saçı qırxıldı Dərsdə saqqız çeynədiyinə görə VİDEO

08 İyun 2026 23:04see276

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see275

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see249

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see233

Azərbaycanda minlərlə iş yeri bağlandı Nə baş verir?

08 İyun 2026 14:16see229

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see212

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see198

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see189

Gənc ana və oğulları

09 İyun 2026 03:48see174

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see171

Dünyada tanınan azərbaycanlılar arasında Tünzalə Ağayevanın adı var FOTO

08 İyun 2026 13:49see170

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see170

Azərbaycan gimnastları üç “qızıl” qazandı

08 İyun 2026 18:18see170

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see165

Xaricdə təhsil üzrə Dövlət Proqramında müsahibə mərhələsi BAŞLADI

08 İyun 2026 18:15see163

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see161

Ofelya Sənanidən emosional arzu

08 İyun 2026 21:32see161

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri