Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Ədəbi mühit lazımdırmı? Yazıçılar öz məclislərindən danışdı

Ədəbi mühit lazımdırmı? Yazıçılar öz məclislərindən danışdı

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Kəramət Böyükçölün müsahibəsində ədəbi mühitlə bağlı səsləndirdiyi fikirlərə ədəbiyyat adamlarının münasibətini təqdim edir.

Elçin Hüseynbəyli:


"Ədəbi mühit geniş anlayışdır. Məncə, yalnız fərdin özünün yaratdığı mühit ədəbi mühiti zənginləşdirir. Əvvəlkinə baxanda indi bizim Azərbaycan ədəbi mühiti çox sönükdür. Bunun da səbəbi oxucu problemidir. Oxucularımızın ədəbiyyata münasibəti zəifdir, sanki müasir ədəbi nümunələri görmürlər. Ədəbi mühitin faydasızlığı fikrində Kəramətlə razılaşmıram. Baxır ədəbi mühit deyəndə onu necə qavrayırsan. Elə bil nəsə umursan, amma vermək barədə düşünmürsən. Ədəbiyyata nəsə vermək lazımdır. Ədəbi mühitdə müxtəlif baxışlar olmalıdır. İndi konkretləşmiş qruplar yoxdur deyə hər şey şəxsi münasibətlər üstündə qurulub. Onlar da bir birini tərifləyirlər. Belə olmamalıdır".

Mirmehdi Ağaoğlu:


"Ədəbi mühit təkcə dost məclisləri deyil, ədəbi mühit kitab çapı, maraqlı bir hekayənin müzakirəsi, oxucularla görüş, şeir gecələri və sair və ilaxırdır. O ki qaldı Kəramət dostumun nəzərində tutduğu məclislər, öyrənməyin bir yolu da məhz bu məclislərdən keçir. Çevrəni düzgün seçəndən sonra bu məclislərin misli yoxdur. Bəzən bu cür “relaks” məclislərdə elə ciddi müzakirələr, elə dərin fikir mübadilələri aparılır ki, özün də təəssüflənirsən ki, kaş əvvəldən bir kamera qoşub bu söhbətləri çəkəydik. Yəni bir tərəfdən bizim tarixi məclisi-ünslərə qohum olan bu məclislərin faydası var ki, zərəri yoxdur".

Samirə Əşrəf:

"Kəramətlə həm razıyam, həm də razı deyiləm. İnsan bir yaşa gəlib çatandan sonra bəzi şeyləri daha aydın başa düşür. Onunla razıyam ki, bizdəki kimi ədəbi mühit heç kimə lazım deyil. Ədəbi mühit, bəlkə, başqa ölkələrdə faydalıdır, ancaq bizdə yox.
Bizdə ədəbi mühit deyəndə yaradıcı qadınların olmadığı, yalnız kişilərdən ibarət çayxana, içki məclisləri yada düşür.
Ancaq 2000-ci illərin əvvəlində Ayoçuların timsalında ədəbi mühit var idi. Bu mühitdə hamımızın tanıdığı yaxşı yazıçılar bişdi. Təəssüf ki, indi Rasim Qaraca kimi gəncləri başına yığıb, ədəbi mühit yaradan novator, qərəzsiz, tolerant müəllif yoxdur. Bax, əsl ədəbi mühit o idi. O vaxt hamımız AYO-ya qoşulmağa can atırdıq.
Şübhəsiz ki, hər bir yazıçı özü-özünə bəs eləməlidir, bununla belə müəyyən yenilikləri öyrənmək, fikir mübadiləsi aparmaq üçün ədəbi mühit lazımdır. Bir çox ədəbiyyat mətləblərini qələm yoldaşlarımla söhbətlərim zamanı mənimsəmişəm, fikir mübadiləsi aparmışıq. Beləliklə, ədəbi mühit olmalıdır, amma sağlam".

İlham Əziz:
"Kəramətin ədəbi mühit haqqında dedikləri məni məyus elədi. Azərbaycan müasir ədəbi mühiti haqqında pis fikir yaradanların biri də elə sənətkarın özüdür. Bunun da obyektiv və subyektiv səbəbləri olub. İmperiya yıxıldı, siyasi dairələrin ədəbiyyata ehtiyacı bitdi. Artıq ədəbiyyat təbliğat kontekstindən çıxdı. Ona görə bu sahəyə dövlət qayğısı dayandı. Həmin dövrlərdə Kəramətgil mühitin parlaq simaları idilər. Yazıçıların düşdüyü ağır iqtisadi-sosial vəziyyət onları içkiyə, avara həyata sövq elədi. Bu vəziyyət ictimailəşdi, bundan istifadə edən qüvvələr, yazıçı kultunu yerdən-yerə vurdu. Amma içlərində bu yoldan tez çəkinənlər də oldu. İndi vəziyyət təmamilə fərqlidir. Yazıçılar “iqlimə” uyğunlaşdılar, iş-güc tapdılar, ictimai həyata qoşuldular. İndi-indi yazıçılarımız cəmiyyətə əsl kimliklərilə tanınmağa başlayıblar.
Kəramət deyir ki, ədəbi mühitə ehtiyac yoxdur. Kökündən səhv fikirdir. İstər Avropada, istər Amerikada, istərsə də şərqdə bütün böyük yazıçılar ədəbi mühitin yetirmələridir. Təcrübə göstərir ki, inzivaya çəkilən yazıçılar ciddi əsər ortaya qoy bilməyiblər. Bu bizim tariximizdə də belə olub. Keçən əsrin əvvəllərindəki ədəbi dərnəkləri yada salın. Mühit deyəndə hər gün yemək masasında oturmaq başa düşülməməlidir. Yazıçıların ünsiyyəti, yazışmaları, bir-biriləri haqqında, əsərləri barədə rəyləri elə ədəbi mühiti formalaşdırır. Ədəbiyyat bir istiqamətli nəsnə deyil. Fikirlər haçalanır, debatlar baş verir, bu da yazıçını yeni əsərlərə stimullaşdırır. Ədəbi mühit yazıçı üçün münbit atmosferdir. Olub, olacaq".

Xəyyam Rəfili:


"Hər nəslin öz məişətinə, həyat tərzinə və imkanlarına uyğun ədəbi mühiti olub. Saraylarda qurulan ədəbi məclislərdən, böyük iclas salonlarındakı qırmızıya bürünmüş qurultaylardan, çayxanalardakı qızğın mübahisələrdən keçən bu yol, indi gəlib, sosial mediada qərar tutub. Bu gün ədəbi mühit deyəndə daha çox sosial mediada aktiv olub, hər mövzuya fikir bildirən yazıçılar yada düşür. Həqiqət isə budur ki, sosial medianın yazıçı yetişdirmək kimi bir imkanı, gücü yoxdur. Sosial media sadəcə hansısa bir fərdi, bəlkə də, bir günün içində məşhur edə bilər, amma o fərdin yazıçı olub-olmaması ədəbi mühitin baxışlarına görə müəyyən olunur.
Ədəbi mühit deyəndə ümumiləşmiş məfhum nəzərdə tutulur, halbuki hər cərəyanın, hər üslubun öz mühiti olur və bu, son dərəcə normaldır. Hər yazıçı özlüyündə hansı mühitə (buna çevrə, kruq, dəstə, nə istəsəz deyə bilərsiz, mahiyyət dəyişməyəcək) aid olduğunu bilir. Dəyər verdiyi, zövqünə, bazasına güvəndiyi qələmdaşlarının fikirləri onun üçün istiqamətverici olur. İstəməsə də, bunu zahirdə təsdiq etməsə də, belədir. Mühit, yazıçı üçün çərçivə deyil, pəncərədir. Doğru pəncərəni tapmaq isə biraz bəxt, biraz da qabiliyyət istəyir.
Sosial media isə ədəbiyyata heç nə verə bilmədi. Əksinə, populyar mövzulara ciddi ədəbiyyat üzərində üstünlük əldə edə bilməsi üçün platforma oldu. Səviyyəni o qədər aşağı çəkdi ki, artıq heç kim başını qaldırıb, yuxarı baxmaq istəmir. İnsanları, aşağılarda olanların arasından yüksək sənət axtarmaq kimi bir paradoksa urcah elədi.
Bütün bunlara baxmayaraq, ədəbiyyatın hələ də var olduğuna, iki nəfərlik də olsa hansısa bir mühitin mövcudluğunu qoruyub-saxladığına və hələ də yaxşı işlər görməyə qadir olduğuna inanıram. Ədəbiyyat hər zaman sabahın hadisəsi olduğu üçün, sabahlara ümidim böyükdür".

Rəşad Səfər:

"Konkret düstur yoxdur. Dövrə görə, cəmiyyətin xüsusiyyətinə görə dəyişir. Amma dəyişməyən şərt odur ki, ortada ədəbiyyat olmalıdır. Jurnallar, müsabiqələr, sərgilər, müzakirələr, nəşriyyatlar, ayrı-ayrı ədəbi çevrələr - bunlar ədəbi mühitin elementləridir. Amma nəticədə ədəbiyyat yaranmırsa, ortada ciddiyyət yoxdursa, hamısı formallıq, kobud ifadə etsək, vaxt itkisidir".

Əli Zərbəli:


"Azərbaycana gələndə bir çox sahələrdə qəbul olunmuş anlayışlar və mövhumlar əsl mahiyyətini itirir, təyinatlar təhrif olunur. Ölkədə bir çox şeylər xüsusi, lokal hallar kimi mövcuddur. Ki, bunları qeyri-azərbaycanlıya izah etmək müşkül məsələdir. Məsələn, Avropa və Amerikada “ədəbi mühit” deyəndə dərdi sırf ədəbiyyat olan ideya mübadilələrinə, ədəbi-estetik, ədəbi-ictimai polemikalara, yeni istiqamətlərin inkişafına, yazıçıların nəşriyyatlarla, redaktorlarla, tərcüməçilərlə qurduğu peşəkar əlaqələrə, tədbirlərə, dərnəklərə, ümumiyyətlə bütün yaradıcılıq imkanlarının genişlənməsinə xidmət edən nəhəng bir mədəni "hovuz" nəzərdə tutulur. Bizdə isə “ədəbi mühit” söz birləşməsi çox vaxt yeyib-içmək, səhərə qədər davam edən içki məclisləri ilə assosiasiya olunur.
Ya görüb götürmək üçün, ya da lokal terminologiyadan qurtulub anlayışları qarışdırmamaq üçün gərək arada barmaqlarımızın ucunda dayanıb digər ölkələrdə gedən prosesləri, müasir ədəbi tendensiyaları, bizdən azı yarım əsr öndə olan mədəniyyətlərin praktikasına bir göz ataq. Əgər kimsə “ədəbi mühit” deyəndə ağlına ancaq yeyib-içmək gəlirsə, bu onun məhdud baxış bucağından və məlumatsızlığından qaynaqlanır. Məlumatsız olmaqda pis bir şey yoxdur, sadəcə belə kor-koranə ehkam kəsmək yaxşı görünmür. Çünki belə hallardan sonra “ədəbi mühit lazımsızdır” kimi yanlış nəticələr ortaya çıxır. Halbuki, yuxarıda sadaladığım o peşəkar və yeganə dərdi ədəbiyyat olan istiqamətləri özündə birləşdirən mühit necə lazımsız ola bilər?
Bəlkə də yalnız Azərbaycanda “ədəbi mühit” yeyib-içməklə assosiasiya olunur. Yeyib-içən xalqıq, başa düşüləndir. Amma başqa bir şeyi də başa düşmək lazımdır ki, kiminsə şəxsi həyat tərzi, şəxsi əyləncəsi, məclislərdə bədahətən dediyi misraları, yazmamışdan əvvəl danışdığı hekayə sujetləri, siqaret dumanına bürünmüş sərxoş xəyalları ümumi “ədəbi mühitin” mahiyyəti və təyinatı ola bilməz. Rəssamlar rəssamlarla, heykəltəraşlar heykəltəraşlarla, yazıçılar yazıçılarla yeyib-içir, şəxsi işləridir.
Bunun “ədəbi mühit” anlayışına əlbəttə ki, qətiyyən aidiyyatı yoxdur.
Azərbaycanda ədəbi mühit varmı? Var. Əgər bu gün mətnlər yazılır və müzakirə olunursa, deməli, mühit də mövcuddur. Bəs bu mühitin vəziyyəti nə yerdədir? Təəssüf ki, ürəkaçan deyil. Çünki yuxarıda sadaladığım peşəkar əlaqələrin, təşəbbüslərin, sırf mətnə yönəlmiş qayğının və yaradıcı sinerjinin olduğu bir məcrada inkişaf etmir. Dəhşətli durğunluq hökm sürür.
Olanımız budur.
Və bu artıq başqa mövzudur. Əgər biz bu gün içində “ədəbi mühit” sözləri keçən bir müzakirə aparırıqsa, bu müzakirə ədəbi mühitin çatışmazlıqları, durğunluğu haqda olmalıdır, biz isə hələ də ədəbi mühitin əslində nə demək olduğundan danışırıq.
Bəs ədəbi mühit lazımdırmı? Bəli, çox lazımdır. Ancaq keyfiyyətli olanından. Çatışmayan da elə məhz budur. Yeyib-içmək həmişə var.
Bunları başa düşmək çox vacibdir".

Fəridə:


"Ədəbi mühit" necə olur, heç bir təsəvvürüm yoxdur. Çünki bizdəki "ədəbi mühit" yox, çayxana səviyyəli söhbətlərdir. "Kim-kimlə-harada-nə edir" janrında söhbətlərdən o tərəfə keçə bilmədiklərinə əminəm.
Beş-altı bekar adam yığışıb çay süfrəsində filankəs istedadlıdır, filankəs istedadsız kimi mövzuları müzakirə edirlər uzaqbaşı. O da əvvəllər.
Heç vaxt "ədəbi mühit" deyilən bu dəstələşmələrin tərkibində olmamışam, orada baş verən söhbətlər ordan-burdan gəlir çatır amma.
Sevdiyim, hörmət bəslədiyim, mütəmadi görüşüb ünsiyyətdə olduğum yaradıcı adamlar, təbii ki var.
"Ədəbi mühit" ifadəsi artıq fikrimcə, çox köhnəlib. Ədəbiyyat cəhənnəm, ən bəsit ədəb olmayan yerdə hansı mühitdən danışmaq olar?"

Məşhur ifaçı ilə bağlı məhkəmə qərarı Türk aktyor yenidən İsmet İnönü rolunda Cennifer Lopez Bakıya gəlir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri