Ədəbi nəşrlər hələ də 1997 ci ilin büdcəsi ilə işləyir Deputat
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda elmin inkişafı üçün dövlət tərəfindən investisiyalar qoyulsa da, alimlərin maddi rifahı və gənc tədqiqatçıların dünyanın aparıcı elm mərkəzlərində təmsil olunması məsələləri xüsusi diqqətdə saxlanılmalıdır.
Modern.az xəbər verir ki, bunu deputat Elnarə Akimova 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Elnarə Akimova vurğulayıb ki, Azərbaycan alimlərinin beynəlxalq elmi mühitə inteqrasiyası, onların qabaqcıl tədqiqat mərkəzlərində fəaliyyət göstərməsi və elmi araşdırmalar üçün lazımi imkanlarla təmin olunması ölkənin elmi potensialının gücləndirilməsi baxımından vacibdir. O, 2027-ci ilin büdcə layihəsində alimlərin sosial-iqtisadi rifahının da nəzərə alınacağına ümid etdiyini bildirib.
Deputatın toxunduğu digər məsələ ədəbi mətbuatın maliyyələşdirilməsi olub. O qeyd edib ki, “Ədəbiyyat qəzeti”, “Ulduz”, “Azərbaycan” və “Qobustan” jurnalları 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilməyə başlanılıb. Lakin həmin nəşrlər bu gün də o dövrdə müəyyənləşdirilmiş büdcə ilə fəaliyyətlərini davam etdirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Noyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















