Icma.az
close
up
RU
Ədəbiyyat həm də inam və iman işidir... Səlim Babullaoğlu

Ədəbiyyat həm də inam və iman işidir... Səlim Babullaoğlu

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Səlim Babullaoğlunun "Mütaliə, yazar, istedad..." haqqında fikirlərini təqdim edir.

Soruşursuz ki, mütaliəmi vacibdir, istedadmı? Biri digərinə köməkmi edir, manemi olur?

Sualınız gözəl bir esse üçün əsas veirir. Kim yazacaqsa, ona əhsən.

Mütaliənin yazıçıya xeyri və ziyanı sualında, yəqin, siz bədii mətnin mütaliəsini nəzərdə tutursuz. Hər halda, mənə elə gəlir. Gəlin şərti olaraq ilk yazıçını təsəvvür etməyə çalışaq. Dünyadakı ilk yazıçını, romançını…

Əlbəttə ki, o mütaliə eləməmişdi, çünki ilk yazıçıydı. Bu mümkündürmü? Əlbəttə. Dünya nəsri (=romançılığı) tarixinin ilk romançısını tanımasam da, hərdən mənə gəlir ki, bu Daniel Defo da ola bilərdi, Servantes də. Robinzon Kruzo da, Don Kixot da ilk roman qəhrəmanları kimi olduqca maraqlı görünürlər. Razılaşın, bu romanları yazmaq üçün əvvəlki bədii irsi bilmək o qədər də vacib görünmür. Amma tutalım, biz Coysun "Uliss"i haqqında eyni şeyi deyə bilmərik.

Daniel Defonun variantında ”mütaliəsizlik”, Coysun variantında “mütaliəlilik” eyni qədər vacib, çəkici, inandırıcı görünür.

***

Ədəbiyyat tarixində çoxlu yazıçılar var ki, keçmiş tarixlə öz yaradıcı bioqrafiyaları üçün dərin təəssüf hissi keçiriblər. Tolstoy məsələn. Yaxud yazıçılar olub ki, bir və ya bir neçə əsərdən sonra susublar. Özlərini müəyyən mənada sükuta ithaf ediblər. Selincer, tutalım. Bu və ya bunabənzər misalllarda sizin suallar üçün o qədər əhəmiyyətli cavablar gizlənib ki. Düzü, indi mən düşüncəmi işğal edən bütün cavabları yığıb-yığışdıra bilmirəm. Bir az da həvəssizəm.

***

Çağdaş dünyamızda məqsədi ədəbiyyat olanlar üçün daimi mütaliə qaçılmazdır, həyatları boyu davam edən proses olmalıdır. Məqsədi həqiqət olan adamlar üçün kəmiyyət vacib deyil. Bütün dövrlər üçün də, indi də. Bir böyük kitabı oxuyub bütün ədəbiyyatları hiss etmək qabiliyyətini formalaşdıra bilərsən, on minlərlə kitab oxuyub “quru yurdda” da qala bilərsən.

***

İnam məsələsində qoca qarı istənilən filosofdan çox bilir. Ədəbiyyat həm də inam və iman işidir.

***

Uilyam Batler Yeyts “Anima Mundi”də Hötenin bir məktubundan sitat gətirərək yazır: “Bir gənc dostum hədsiz intellektualizmdən və “yaradıcı sonsuzluq”dan əziyyət çəkirdi. Halbuki obrazlara doğuracağı müxtəlif assosiasiyalarla birgə formalaşmaq imkanı vermək lazımdır, yalnız bundan sonra intellektualizmin doğurduğu tənqidi yanaşma bacarığı işə salına bilər. Əgər sonuncu qabağa düşsə, obrazlar, ümumiyyətlə, doğulmayacaq. Amma tənqidi yanaşma bacarığı vaxtında boğularsa (ola bilsin dualar, meditasiyalar vasitəsi ilə), obrazlar sel kimi axmağa başlayacaq, hətta təkcə o bacarıq deyil, üstəlik, həmin obrazlara münasibətdə şəxsi arzular da boğula bilsə, obrazlar mütləq azadlıq və bütünlük, parlaqlıq qazanmış olacaqlar…” Düşünürəm Yeytsin Höte təcrübəsindən gətirdiyi nümunədə də sizin sualınıza cavabın bir hissəsi gizlənib.

***

Oktavio Pas yazır ki, şeir sözün gücsüzlüyü, acizliyi qarşısındakı təşvişdən yaranır ki, axırda sükutun hakimi-mütləqliyi qarşısında baş əysin.

***

Mütaliə - unikal sükut prosesidir, biz sükut edərək gözlə dadır, eşidir, ağrıyır, danışır, həmdərd olmağı öyrənirik. Onun vasitəsilə biz sanki ”Ümumdünya sükutu” içində öz sükut ərazimizi yaradır, oranı mütaliə vasitəsilə o vaxta qədər bizə çox da tanış olmayan sözlərlə, mənalarla doldururuq. Amma həmin sözlər o əraziyə yazıldığı kimi düşmür, bizim hisslərimizin, qavrayışımızın süzgəcindən keçərək düşür. Bir gün biz öz mətnimizi yazanda ola bilsin ki, mütaliə vaxtı əxz elədiyimiz sözlər - amma dəyişmiş, başqalaşmış sözlər, bizimki olmuş sözlər ordan yavaş-yavaş qələmin ucu ilə vərəqlərə axır. Əlbəttə, bizim hamımızı əlifba kitabından və şifahi nitqdən plagiatda ittiham eləsələr yanılmazlar…

****

Şəksiz ki, mütaliə təsir altına salır. Amma havaya çıxıb da həmin havanı udmamaq öldürücü bir şeydir, bunu iddia etmək isə gülüncdür. Məqsədi ədəbiyyat yazmaq olanlar bundan qorxurlar, məqsədi həqiqət olanlar bilir ki, bu qızılca kimi şeydir, peyvənd yoxdur, qəbirdə də olsa yaşayacaqsan bu mərəzi. Yaxşı olar, tez keçsin.

***

İstedad verilir. Bu mənada hamı seçilmiş, hamı istedadlıdır. Bütün körpələr gözəl olan kimi. Amma istedad cilalanır. Əlbəttə ki, zəhmətlə. İstedad hamıda cilalanmır.

***

Yazarın ən böyük işi sükutdur - mütaliə ilə sükut, düşüncə ilə sükut. Yalnız bundan sonra yazmaq kimi başqa bir sükut gəlir (yazmaq da sükutdur).

Yaxşı olar ki, biz düzgün kitabları düzgün oxuyaq. Düzgün sükut edək. Bilirsiz, bir var pəhriz, bir də var oruc…. İkisi də xeyirlidir, amma başqa-başqa şeylərdir. Məsələn, mənə hərdən elə gəlir ki, Borxes oruc tuturdu, Koelyo isə pəhriz saxlamağa cəhd edir.

“Küçə sənətçiləri” layihəsinin qalibləri məlum oldu Qalmaqallı açıqlama: “Koroğlu”nu erməniyə verməyən alimin aqibəti - İki alim üz-üzə Monteneqro Prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Noyabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri