Icma.az
close
up
RU
Səlim Babullaoğlu Moldovada yüksək mükafatlara layiq görülüb

Səlim Babullaoğlu Moldovada yüksək mükafatlara layiq görülüb

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Bu il mayın 20-dən 23-dək rumındilli ədəbiyyatın klassiki, həm Moldovanın, həm də Rumıniyanın görkəmli şairi, Moldova azadlıq hərəkatının liderlərindən olan Qriqore Vyerunun adını daşıyan XVII beynəlxalq poeziya festivalı keçirilib.

525.az xəbər verir ki, Festival bu il Rumıniyanın Yaş şəhərində start götürüb, 22-23 may tarixlərində Moldovanın paytaxtı Kişineuda davam edib. Festivalda şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu da iştirak edib.

Babullaoğlu açıqlamasında bildirib: “Mən festivalın yalnız Moldovada, Kişineuda keçirilən hissəsinə qatıla bildim, çünki əvvəlki günlərdə biz özümüz Rumıniyadan şairləri qəbul edirdik. Mənim festivalda iştirakımın əsas səbəbi buydu ki, biz bu il görkəmli rumın şairi Qriqore Vyerunun “İynənin nəğməsi” adlı seçmə şeirlər kitabını nəşr etmişdik. Fevralın 14-də Azərbaycan Yazıçılar Birliyində Moldova və Rumıniyanın Bakıdakı səfirlərinin iştirakı ilə kitabın təqdimat mərasimini təşkil etmişdik. Kitabın tərtibçisi, əsas tərcüməçisi və ön sözün müəllifi mən idim. Əsas tərcüməçisi ona görə deyirəm ki, kitaba  Xalq şairi Ramiz Rövşənin və Qəşəm İsabəylinin şairin daha əvvəlki tərcümələrindən də nümunələr daxil etmişdim. Ramiz müəllimin Vyerudan 8-9 tərcüməsi, Qəşəm müəllimin də şairin uşaq şeirlərindən 15 tərcüməsi  vardı. Mən isə 70-ə yaxın şeir çevirmişdim, nəticədə əsaslı kitab ərsəyə gəlmişdi və şairin yaradıcılığına bu həcmdə ilk müraciət idi.

Yeri gəlmişkən, deyim ki, kitabın tərcüməsi təklifini bir çox hallarda olduğu kimi dostum, hüquq elmləri doktoru, tanınmış iş adamı və ictimai xadim Vüqar Novruzov vermişdi və nəşrinə də o dəstək vermişdi, çox sağ olsun. Sonra isə festival gerçəkləşəndə Vüqar müəllim kitabı şairin ailəsinə, festivala təqdim etmişdi. Onlar da nəşri, sağ olsunlar, yüksək dəyərləndirdilər. Festivalın əsas proqramına saldılar, müxtəlif nominasiyalar üzrə Qriqore Vyeru festivalının mükafatlarını verdilər ki, mükafatçılar sırasında Moldova və Rumıniyanın tanınmış ədibləri, mədəniyyət xadimləri də vardı, tərcümə üzrə baş mükafatı isə mənə verdilər. Təqdimetmə mərasimi festivalın ilk günün axşamı, mayın 22-də Kişineunun mərkəzində, "Teatrul fără nume" dəki Qala-konsertdə baş tutdu.

Ümumiyyətlə, festival çox maraqlı və təntənəli təşkil olunmuşdu. Görünür Vyerunun 90 illik yubileyinin olması da bu təntənəni artırıdı.
Kişineunun mərkəzində “Klassiklər xiyabanı”nda şairin büstünə əklil qoymaqla başlayan festival, İon Kryange adına Dövlət Pedaqoji Universitetində, “Prometeu-Protalent” Yaradıcılıq və İxtiraçılıq Liseyində, Krikovada – məşhur yeraltı şərab şəhərciyində, çox müxtəlif və maraqlı məkanlarda yaddaqalan tədbirlərlə müşayiət olundu.

Mən həm açılış mərasimində, həm universitetdəki tədbirdə, eyni zamanda Qala-konserdə çıxışlar etdim, şair haqqında danışdım, onun ana dilimizdə şeirlərini səsləndirdim.

Şairin oğlu və onun irsini yaşadan, eyni zamanda festivalın rəhbəri Kelin Vyeru, görkəmli Moldova şairi, ölkəmizin dostu, akademik İon Hadırka, tanınmış şair və yazıçı Nikolae Spetaru, İqor Volnitski, Qriqore Kiper və başqa həmkarlarla maraqlı debatlar, söhbətlər baş tutdu...
Moldova televiziya kanallarına, radio və qəzetlərdə xeyli müsahibələr verdim.

Əlbəttə ki, mənim üçün xüsusi əhəmiyyət kəsb edən məsələ Vüqar Novruzola, Moldova və Azərbaycan mədəni əlaqələrində çox böyük işlərə imza atmış dostumla uzun fasilədən sonra yenidən görüşmək, ünsiyyətdə olmaq, bir yerdə olmaqdı.

Bir sözlə yaddaqalan və dolu bir proqram idi...”

Mayın 22-də 2025-ci ildə Moldova Elmlər Akademiyasının “Gümüş” zalında Elmlər Akademiyasının prezidenti, akademik İon Tiginyanu, rəyasət heyətinin üzvləri və elmi bölmələrin əməkdaşları ilə XVII “Qriqore Vyeru” Beynəlxalq Poeziya Festivalı çərçivəsində Moldovada səfərdə olan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist, tərcüməçi Səlim Babullaoğlu ilə görüş keçirilib.

Görüş zamanı Moldova Respublikası Elmlər Akademiyasının prezidenti, akademik İon Tiginyanu mədəniyyətlərarası dialoqun təşviqinin vacibliyini qeyd edib, Azərbaycan Respublikasının qarşıdan gələn Müstəqillik Günü münasibəti ilə qonağı təbrik edib və qeyd edib ki, bu münasibətlə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirinə təbrik məktubu göndərilib. Moldova və Rumıniya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə ardıcıl tərcüməsi və nəşri məsələlərindən, son 8 ildə 16 kitabın çap edilməsindən, Moldova Azərbaycanlıları Konqresinin sabiq prezidenti Vüqar Novruzovla Səlim Babullaoğlunun dostluq münasibətlərinin bu məsələdə xüsusi rolundan, səmərəli əməkdaşlıqdan, Mihay Eminesku, Ana Blandiana, İon Hadırka, İon Deakonesku, Arkadi Suçevyanu, Leo Butnaru, Nikolae Spetaru, İqor Volnitski, Griqore Kiperin şeir topluları və romanlarının nəşri, bu kitabların böyük əksəriyyətinin Babullaoğlu tərəfindən tərcümə, tərtib və redaktə olunduğunu, habelə “Dünya ədəbiyyatı” dərgisinin Moldova və Rumıniya ədəbiyyatı xüsusi saylarının nəşrindən söz açılıb.
Tədbirə akademik İon Hadırka, Arkadu Suçevyanu və digər natiqlər çıxışlar ediblər.

Akademiyasının prezidenti, akademik İon Tiginyanu Moldova-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində və rumın ədəbiyyatının xaricdə təbliğində müstəsna xidmətlərinə görə Səlim Babullaoğlunu akademiyanın ali mükafatlarından sayılan “Nicolae Milescu Spătărul” medalı ilə təltif edib.

Səlim Babullaoğlu akademiyanın prezidentinə, rəyasət heyəti üzvlərinə görüşə və təltifə görə minnətdarlıq edib, ölkələrimiz və xalqlarımız arasında ədəbi-əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Səlim Babullaoğlu şair İon Hadırkaya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsini, habelə hüquq elmləri doktoru, tanınmış ictimai xadim Vüqar Novruzova Azərbaycan Yazıçılar Birliyi sədrinin, eləcə də Moldova və Rumıniyanı Azərbaycandakı səfirlərinin birgə imzaladıqları Fəxri diplomu təqdim edib.

Görüşdən sonra xatirə şəkli çəkilib.

Moldova KİV və mediası hər iki hadisəni diqqətdə saxlayıb, Babullaoğlu ilə xüsusi müsahibələr hazırlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri