Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ədəbiyyat məğlubların yeridir, burda qalib olmur Eyvaz Əlləzoğlu

Ədəbiyyat məğlubların yeridir, burda qalib olmur Eyvaz Əlləzoğlu

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün tanınmış yazıçı Eyvaz Əlləzoğlunun doğum günüdür. Yaşasaydı 69 yaşı tamam olacaqdı. Eyvaz Əlləzoğlu Azərbaycan ədəbiyyatında 80-ci illər nəslinin ən parlaq nümayəndələrindən biridir.

Tribunainfo.az Dəniz Pənahovanın “Yenidən doğulan Eyvaz Əlləzoğlu” yazısını təqdim edir.

Özünü Borxesin güzgüsündə görə bilməyənlər Borxesdən uzaq dursunlar. Onu yazıçıların yazıçısı adlandırırlar. Bu günün oxucusu güzgüdə özünü görmək üçün öncə üzündəki bir ton makiyajı təmizləməlidir.

Eyvaz Əlləzoğlunun güzgüsündə özünü görmək istəyənlər makiyajla da baxa bilərlər. Gərək ki, güzgüyə təmiz və şərəfli gözlərlə baxasan. Çünki onun güzgüsü Borxesinkindən daha çox mistikdir. Onun güzgüsü heç vaxt çirklənmir…

Nə səsini eşitdim, nə üzünü gördüm. Sadəcə, isti bir təbəssümlə mənə baxdı divardakı şəkli… Onun haqqında kimsə nəsə danışanda həmişə tüklərim biz-biz olur. Heyif ki, onu görə bilmədim, ondan öyrənə bilmədim.

Kirilcə yazılmış saralmış iki kitabını oxudum: “Ölü yay” və “Yatan dinozavrlar”.

İki dövr arasında girinc qalan, müstəqilliyə uyğunlaşa bilməyən yazıçının hekayələrindəki obrazlar da dövrdən-dövrə keçə bilməyən adamlardı…

O özü də yaşadığı yerdə yadlıq hissi duyurdu. Hətta ikili yadlıq hissi. Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində doğulmuşdu. Doğma yurdla çiyin-çiyinə dayanan gürcülər – doğma və yad adamlar… Onun bir hekayəsində dayanacaqda gürcünün ona baxışları təsvir olunub. Yazıçının yadlığını bu hekayədə sezmişdim. Sonra Bakıya gəlir, havasına, suyuna alışmadığı bir şəhərdə yaşamağa başlayır, gürcücə tərcümələr edir. Şərif Ağayarın dediyi kimi, gürcü hərflərindən son ümid yeri kimi yapışır.

Onu Əkrəm Əylisli ilə müqayisə etsək belə bir mənzərə çıxar qarşımıza: Əylislinin hekayələrindəki obrazlar doğma yurdundan ayrı düşmüş, kənddən şəhərə gələnlərin xoşbəxtlik axtarışıdır. Məsələn, Mirzə Manaf obrazı öz ailəsində belə, xoşbəxt deyil. O, ailəsində istədiyi doğmalığı hiss etmir. Beləliklə, mənəvi təklik həm çıxdığı kənddə, həm də yaşadığı şəhərdə Mirzə Manafa əbədi tale olaraq boynuna dolanır. Kökündən ayrı düşənlərin aqibəti acınacaqlı olur. Mirzə Manaf kimi obrazların, adamların cəzasını nə yazıçı, nə də Tanrı vermir. Ürəkləri cəza kəsir onlara. “Ürək yaman şeydir” axı…

Eyvaz Əlləzoğlunun hekayələrindəki obrazlar isə şəhərdən kəndə gələn intellektual, darıxan adamlardı.

Saday Budaqlının hekayələrində daxili monoloqun səsi eşidilir, Eyvaz Əlləzoğlunda isə sosial ağrıların…

Hekayələrində rəssam baxışı, gürcü-azərbaycanlı münasibətləri, Markezvari mistik göndərmələr var. Məsələn, “Doğum” hekayəsində “Bəqərə” surəsinə, nağıllardakı “cin” obrazına göndərmə mastercəsinə işlənib.

Çexovun “Qüssə” hekayəsindəki adam atla dərdləşir. Əlləzoğlunun “Atcıl Sədrəddin” hekayəsindəki kişi də atla söhbətləşir. Oğlu Ayxan onunla bağlı bu xatirəsini danışanda “mövzunu Çexovdan götürmüsən” deyir, ancaq o, Sədrəddin obrazını realda görüb, qonşusu olub, dərdini atla bölüşən adamı yaxından görüb və qələmə alıb.

Hazırda Fransada yaşayan məşhur gürcü rejissoru Otar İoselianidən dərs alıb. Dediyinə görə, ilk dəfə Folknerin adını ondan eşidib. Rejissor ona əsl sənətin harda olduğunu göstərib.

Gənclik dönəmindəki əsərləri lirikdir. Hekayələri ilk dəfə çap olunanda maraqla qarşılanıb, onu yenilikçi hesab ediblər. Çünki əsərlərindəki posmodernist göndərmələr, fərqli yazı növü olan “Pop art” silsilə hekayələri ilə dövründə təəccüb və diqqət doğurub. “Pop art” ilk oğlu Oğuza həsr olunub. Bu hekayələri gecəyarı oğlunun ağlamasına oyananda qələmə alıbmış.

Hekayələrindəki maraqlı bənzətmələri kimi Kafkaest bənzətmə də var həyatından. Onun atası maldar olub. Eyvazı avara zənn edən ata ilə oğul arasında mübarizələr, bəzən küslüklər yaşanıb. Buna bənzər olayı ilk oğlu Oğuzla yaşasa da uzun sürməyib. Oğlunun futbola marağı Eyvazın heç könlüncə deyilmiş, ancaq buna mane olmağa da çalışmayıb. Amma fələk öz çarxını elə döndərir ki, ədəbiyyatdan Çin səddi qədər uzaq olan oğlu Oğuzun yolu poeziyadan düşür.

Prezident Aparatında işlədiyi dönəmlər qələmə aldığı hekayələri iclasdakı fasilələrdə yazarmış. Həmin hekayələrdə yazıldığı rəsmiliyi, ciddiliyi duyulur.

Onun həm də çox maraqlı və təsadüfi rastlantısı olur. 2004-cü ildə Sahil bağında Orhan Pamukla rastlaşır. Həmin gün Pamuk AYB-yə qurultaya çağırılıbmış. Və Eyvazı Sahil bağında görəndə “Yazarlar Birliyi nerede?” – deyə soruşub. Eyvaz onu tanıyır və AYB-nin binasını göstərir. Pamukun bir az vaxtı varmış, ayaqüstü onunla söhbətləşir. Aralarında “kənd-şəhər mövzusu” mübahisəsi yaranır. Eyvaz Pamuka yazıçının içində olduğu problemlərdən doğduğunu və bunu qələmə almağın vacibliyini bildirib. Deyib ki, kənddən də yazmaq olar, şəhərdən də, əsas sənətkarlıqdır. Pamuk isə qərblilər kimi düşünməliyik deyir. Onların qısa söhbəti bilmirəm indi Pamukun yadında olar, ya yox.

Eyvəz Əlləzoğlunun taleyinə Barış Manço ilə görüşmək də qismət olub. Hətta keçmiş Gürcüstan prezidenti Saakaşviliylə araları yaxşıymış.

“Əli və Nino” kitab mağazasının təsis etdiyi Milli Kitab mükafatında “Odunçu geri qayıdır” romanı xüsusi mükafatla təltif olunmuşdu. Əslində, müsabiqəyə romanı özü göndərmir. Hətta bundan xəbərsiz olur. Çünki yazıçının nə dünya ədəbiyyatına düşmək kimi bir iddiası, nə də şan-şöhrətli yazıçı olmaq niyyəti heç vaxt olmayıb. Onun belə bir fikri də var: “Ədəbiyyat məğlubların yeridir, burda qalib olmur”.

Romanı müsabiqəyə kiçik oğlu Ayxan göndərir. Onluğa düşdüyünü biləndə xəbərsiz edilən hərəkətə görə bir az əsəbləşsə də qaçıb gizlənməyə çalışan sevinci üzündən oxunur.

Onun doğulduğu kənd gürcü kəndlərinin arasındaymış. Dörd tərəfi yadlarla örtülü. Bir-birindən xəbərsiz iki yazıçıdan söhbət açacam sizə. Qavri çayı iki kəndin arasından axırmış. Çayın bir üzündə Eyvaz Əlləzoğlu yaşayırmış, o biri üzündə də Revaz İnanişvili. Sonradan bunu öyrənən Eyvaz onun hekayələrini tərcümə edir və qəribə bir mənzərə ilə qarşılaşır: onların həyata baxışı demək olar, eynidir. İki yazıçı, əslində, eyni şeyləri yazırmış, sadəcə, dekor fərqliymiş.

Tanıyanlar balaca qızımı ona oxşadır. Ən çox da isti təbəssümünü. Qızım güləndə ev əhli, sanki yapışıb o gülüşü saxlamaq istəyir. “Dədə kimi gülür”, – deyir Gülbəs, Oğuz o tərəfdən əlavə edir:

– Həm də dədə kimi əsnəyir.

Ayxan asqırmağını bənzədir ona…

Eyvaz Əlləzoğlu istedadını özü ilə aparmayıb. Rəssamlığını Gülbəsə, nəsrini Ayxana, poetikasını və film sevdasını da Oğuza əmanət edib. Və bir də, bir də… isti gülüşünü qızıma. Bəlkə də, Eyvaz Əlləzoğlu bir təbəssüm olaraq yenidən doğulub…

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Yanvar 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri