Icma.az
close
up
RU
Bizim Eyvaz

Bizim Eyvaz

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

ƏLABBAS

"Nadir şah"ın ilk səhifələrindən hiss etmişdim ki, belə məsuliyyətli bir mövzuya girişməkdə, deyəsən, yazıçı dostumuz Eyvazın bir məqsədi də Nadir şah barədə indiyədək yazılmayanları yazmaq olub. Əsərin sonunda isə bir ayrı təəssürat yarandı məndə, hiss etdim ki, tarixi romanlar düzülən rəfdə "Nadir şah"ın gəlişi ilə mütləq bir təzələnmə, yer dəyişikliyi olacaq. Bu məsuliyyəti üzərinə götürmək, onların hər birini öz layiq olduğu yerə qoymaq, əlbəttə ki, dost sayılan bir redaktorun yox, borcu ədəbi prosesi sərf-nəzər edib də qiymət vermək olan ədəbi tənqidin işidir. Mənə sadəcə onu yada salmaq qalır ki, Eyvaz bunu haqq edir.

Fakt bolluğu və material zənginliyi baxımından "Nadir şah"da indiyədək ədəbi-elmi ictimaiyyətə məlum olmayan saysız-hesabsız məlumat var və bir toplu olaraq hazırda artıq romanın özü bir məxəz rolu oynayır, düşüncəsindəyəm.   "Herata doğru", "Həmədanın alınması", "Nadir İsfahanda", "Türküstan yürüşü" "Xarəzm - Günəş ölkəsi", "Əlvida, Dehli" və s. əhatə və əhəmiyyət baxımından, düşünürəm ki, ayrıca bir roman mövzusudur. Fərman Kərimzadənin "Çaldıran döyüşü"nü ehtiramla xatırlamağımız yetər.  

Eyvaz o faktların böyük əksəriyyətini uzun illər Türkiyə, İran, Rusiya və Orta Asiya ölkələrinin arxivlərindən əldə etdiyi Türkiyə türkcəsi, rus və fars dillərindəki rəsmi sənəd və məlumatlara söykənərək araşdırıb-tutuşdurub qələmə aldığını deyir. Doğrusu, bir roman üçün bu qədər  informasiya bazası yaratmaq, onu vahid süjet xətti ətrafında birləşdirməklə dastan estetikasına xas cilalanmış, rəvan və oxunaqlı dillə təsvirə çəkib də mükəmməl roman şəklinə salmaq, yetmiş beş yaşda da öz işini heç bir iddia güdmədən sakit, səssiz və başıaşağı görən ağsaqqal nasirimizin sağlamlıq imkanları ilə müqayisədə bu saatın özündə də mənə olduqca  təəccüblü görünür. Dolayısı ilə bu, bir tərəfdən yaradıcılıq nəşəsinin ömrün heç ahıl çağında da sönmədiyinə işarədirsə (Varqas Lyosanın Nobel mükafatı alarkən  səksən doqquz yaşda olduğunu yada salaq) digər tərəfdən, yaradıcı insanın ona səbr və hövsələ bəxş edən Tanrıya şükranlarının da  nişanəsidir.  

Romanın istər tarixdə ad qoyub getmiş Səfəvilər dövlətinin tənəzzülü, onun acınacaqlı süqutundan sonra xərabələr üzərində yeni bir dövlətin - Əfşar imperiyasının intişar tapması, öz hərbi uğurlarına İrəvan, Tiflis, Dağıstan və Bağdadın istilası ilə başlayan yarımköçəri avşar tayfalarının möhkəmlənib dövlət halına gəlməklə zamana və tarixə hökm etməsi, istərsə də odövrkü ictimai-siyasi proseslərin əksi baxımından yaxın coğrafiyada baş verən Rusiya-Osmanlı münasibətləri, erməni elçilərin təzyiqi ilə I Pyotrun Şamaxıya ordu göndərmək cəhdləri, Rusiya ilə digər tarixi gəlişmələr, çarın Xəzəryanı bölgələrə yürüşü,  Bakının ruslar tərəfindən ilk məşum istilası (1723), ermənilərin Gilan, Mazandaran, Bakı və Dərbənddə  məskunlaşması barədə çarın 10 noyabr 1724-cü il tarixli bəduğur fərmanı, Nadirin Fars körfəzində donanma yaratmaq cəhdləri, Krıma yol açmaq arzusu və s. haqda uzun-uzadı danışmaq olar. Ancaq məqsədim bu deyil, bu, xronoloji xatırlatmanın sadəcə təkrarı olar. Ona dörə də Azərbaycan oxucusunun tarixi və ictimai düşüncəsində oturuşmuş Nadir şahla bağlı bəzi məqamlara nəzər salmağı bundan daha vacib və məqsədəuyğun hesab edirəm.

Romanın, təbii ki, ozamanlar adı turançılıq və türkçülük olmasa da, mahiyyət etibarı ilə yalnız buna xidmət edən bir siyasi düşüncə sistemi mövqeyindən yazıldığı artıq bu gün fakt olaraq ortadadır. Eyvazın müəllif kimi ən böyük uğurlarından biri də, məncə, budur. Bir dəriçi oğlunun şah səviyyəsinə çatana qədər içində gəzdirdiyi olduqca mübhəm hissi ölümündən bir il qabaq (1746), Osmanlı İmperiyası ilə müqavilə bağlamaq ərəfəsində ikən "Muradım iki türk dövlətinin birliyidi" şəklində ifadə etməsi Çaldıran kimi tarixi döyüşdən sonrakı dönəmdə iki qardaş arasında iki yüz ildən də artıq hökm sürən düşmənçiliyə, nifaq və ədavətə son qoymaq istəyinin təcəssümü anlamına gəlir.  Onun bunu bir döyüşçü və sərkərdə yox, Əfşar dövlətinin başçısı kimi bəyan etməsinin isə, söz yox ki, tamam ayrı mənası var. Əslində Nadirin Azərbaycan türkcəsinin hökmfərma olduğu coğrafiyadan şimal-qərbə, yəni Osmanlı imperiyasının bərqərar olduğu torpaqlara yox, Herat və Kabuldan keçərək indi Orta Asiya kimi tanıdığımız qədim Türküstan ellərinə - Xarəzm, Xivə və Səmərqəndə doğru üz tutub həm o yerləri, həm də uzaq Dehlini öz itaətinə gətirməsi və Çin səddinə qədər irəliləməsi də Nadirin məhz o gizli istəyindən xəbər verirdi. Bu, bir dəliqanlının adını tarixə yazdırmaq istəyindən də çox, qandan və şəcərədən gələn məsələ idi. Onun Türkün böyük oğulları Çingiz xan və Əmir Teymura aşırı sevgisi də əslində burdan, soy-kökə bağlılığından qaynaqlanırdı. 

Şərqin bu iki nəhəng sərkərdəsi dura-dura ona "II İskəndər" (Makedoniyalı) deyilməsinin də qərbyönlü tarixi-siyasi araşdırma və tədqiqatların tək türkün tarixinə deyil, eyni zamanda adına da qısqanclıqla yanaşmasını burda necə xatırlatmayasan?

Nadir həmçinin sünni-şiə məzhəbinin olmadığı bir məmləkətə sahib olmaq arzusunu da gizlətmirdi: "Allah mənə ömür, vaxt versin, bu ixtilafları, ayrı-seçkilikləri aradan qaldıracaq, hamının tabe olacağı bir din yaradacam. Tanrı birdirsə, din, məzhəb də bir olmalıdır. Mən məzhəb ayrıntısının məhvinə çalışıram. O qaldıqca türkün birliyi mümkün deyil".

Türkün birliyi!.. Nəzərə alsaq ki,  Nadir kitab nə olduğunu bilməyən elmsiz bir şah idi və yazıb-oxumağı az-çox 40 yaşdan sonra öyrənmişdi, onda məzhəb ayrılığının fatehlik missiyasından heç də az şərəfli olmadığı barədə ömrünün sonuna yaxın belə bir fikrə gəlməyinin əsl dəyəri ikiqat artmış olar.

Bu məqamda Roma Papasının hələ o dönəmlərdə Avropa liderlərinə gözaydınlığını xatırlamaq bu günün özündə də çox böyük mətləblərə işıq tutur. Nə deyirdi o? "Çaldıran döyüşü Allahın xristianlara lütfüdür". Tarixi bu günə, bu günü isə keçmişə ustalıqla calayan Eyvaz Zeynalovun müəllif traktovkası da o acı gerçəyi "Nadir şah"da bir daha bizlərin yadına salır: "Türk birliyinə  ilk zərbəni Şah İsmayıl, ikinci zərbəni isə Yavuz Səlim vurdu".

Yaxud götürək Nadirin Dehlidə ələ keçirdiyi yüzlərlə, minlərlə qənimətdən daha dəyərli sandığı 60 min əlyazmanın içində rast gəldiyi cünglərdən birinin Azərbaycan türkcəsində olduğunu bildiyi zaman qarşılaşdığımız səhnəni!

"Bayındırlı əlindəki qədim əlyazmanı göstərib sevincindən az qala qışqırdı:

- Şahım, görün nə tapmışam?

- Nə tapmısan? - Nadir şah ona tərəf çöndü.

- Bombeydə tərtib olunub, adı "Ruzi-Revşən"di. Burada azərbaycanlı şairə Zibeydə xanımın şeirləri verilib.

- Şeirlər hansı dildədir? - Nadir şah maraqla soruşdu.

- Türk dilində.

Nadir şah kitabı alıb ordan bir neçə şeir oxudu.

- Yaxşı saxla. Buna görə sənə mükafat düşür".

Əlyazmadan söhbət gedərkən, İzəddin Həsənoğlunun qəzəllərinin də yer aldığı iki dəvə yükü başqa bir məxəz-toplunu Nadir şahın Məşhədə gətirərək öz əlləri ilə İmam Rza məscidindəki kitabxanaya bağışlaması onun ömrün sonuna yaxın tamam-kamal başqa bir insana çevrilməsindən xəbər verir.

Daha bir misal: səmavi kitabların tərcüməsi üçün müsəlman, xristian və yəhudilərdən ibarət nüfuzlu elm və bilim adamlarını bir araya gətirməsi, aylarla çəkən bu iş üçün xəzinədən yüksək məbləğ ayırması, illah da Dehlinin fəthindən sonra dünyada heç nəyin baqi olmadığına, əksinə, onun puç, fani və bihudəliyinə bilmərrə şübhəsinin qalmadığı ömrünün sonlarına yaxın Nadir şahda böyük təbəddülatların yarandığının çox ciddi bəlirtiləri idi.

"İnsan əbədi olmadığı kimi, şahlıq da əbədi deyil" - Nadir şahın sözləridir. İnsanları dinə, itaətə səsləyən qardaşı İbrahimə İmam Mehdinin zühuru ilə bağlı dedikləri də az maraq doğurmur: "Mehdi-zad yoxdur. Olmayıb, olmayacaq da. Yetər bu nağıllara inandın. Peyğəmbər düzəltməyən dünyanı yeddi arxadan dönən şübhəli törəməsi düzəldəcək?"

1736-cı ildə Azərbaycan tarixində (Kürlə Arazın qovuşduğu yerdə, indiki Sabirabad rayonunun Qalaqayın kəndində) bəlkə də, bir ilk yaşandı: Nadir iyirmi mindən çox nümayəndənin iştirakı ilə təntənəli şəkildə, Çingiz xan və Əmir Teymurdan sonrakı nəsillərə yadigar qalan tarixi Qurultay keçirdi, qılıncının qəbzəsindən qan dammasına baxmayaraq, şahlığını seçim yolu ilə qanuni hala gətirməklə həm də yeni bir ənənənin əsasını qoymuş oldu. Bu faktın özü göstərir ki, hələ o dönəmlərdə, daha dəqiqi, on səkkizinci əsrin ilk yarısında Azərbaycanda necə ciddi tarixi proseslər baş verməkdə idi. Ancaq nə edəsən ki, Şərq tiranlarına xas tale tək mübarizə əzminə deyil, həm də fatehlik qabiliyyəti və sərkərdəlik məharətinə görə "Şərqin qılıncı" kimi adla şərəfləndirilən Nadir şahdan da yan keçmədi. Cəhalət və nadanlıq ucbatından hakimiyyətinə ciddi təhdid yarandığını düşünərək oğlu Rzaqulu Mirzənin gözlərinə mil çəkdirməklə  tək özünün və ailəsinin deyil, Əfşar xanədanının da hüznlü sonunu gətirdi. Bu proses ona görə belə sürətlə, necə deyərlər, bir anda baş verdi ki, sərkərdəliyi şahlıqdan çox-çox yaxşı bacaran bu adamın gücü və qüdrəti elm və idarəçilik sistemində yox, yalnız qılıncında idi. O, sarayın və dünyaya meydan oxuyan möhtəşəm bir məmləkətin taleyini nadan və yarıtmazlara tapşırmışdı.

Bu gün Nadiri həm şah, həm də ədəbi obraz kimi yaddaşlara və  ictimai-siyasi düşüncənin üst qatına qaytarmaqla Eyvaz Zeynalov əslində bu əsəri ilə zamanın nəbzini tutmaq baxımından vaxta hesablanmış uğurlu bir işə imza atıb. Əslində Nadir şahı ədəbiyyatın predmetinə çevirən gün kimi aydın səbəb var ortada. Şahın ölümündən sonra Azərbaycanın xəritədə dırnaq boyda qalana qədər kiçildiyinə  tarix məgər az şahidlik edib? Dəmirqapı Dərbənd gedib, Qarayazı - Borçalı gedib, İrəvan, Dərələyəz,  Göyçə, Zəngəzur da onun kimi, Güney Azərbaycanın isə yalnız adı qalıb. Biz öz dədə-baba torpaqları ilə həmsərhəd olan yeganə ölkəyik indi...

Nə qədər də desək ki, XVIII əsrdə Qəndəhardan, Heratdan, tutmuş içi Xivə, Xarəzm, Səmərqənd qarışıq düz Dehliyə qədər qəsb olunan on minlərlə ağac bu gün igid oğullarımızın qanı hesabına geri alınan dədə-baba torpaqlarımızın bir qarışına belə dəyməz, bu, söz olaraq qalardı... Amma 44 günlük savaşı başladıb onu Müəzzəm Qələbə ilə başa çatdıran xalqın Zəfər salnaməsi yazılana qədər! Azərbaycan Ordusu Nadir şahın ölümündən sonra ilk dəfə öz torpaqlarına sahib çıxmaqla tarixin yenidən təkrarlandığını bütün dünyaya sübut etmiş oldu. Xalqımızın yaddaşına qızıl hərflərlə yazılan Qələbənin bir əzəməti də bundadır. Öz janrının ustası Eyvaz isə ədəbiyyatın millətin yaddaşı olduğunu "Nadir şah"la bir daha təzələməyi bacardı. 

Əgər Murakami, Xalid Hüseyni, ya elə Orxan Pamuk öz xalqının qəhrəmanlıq tarixindən, onun keçdiyi keşməkeşli, eyni zamanda şərəfli yoldan bəhs edən belə bir roman ortaya qoymuş olsaydı, Azərbaycan oxucusu olaraq elə biz özümüz onları göylərə qaldırardıq. Nə edəsən ki, Eyvaz bizim yazıçıdır, əcnəbi deyil, özümüzünküdür...

Bu yazıda bir məqsədim də Eyvaz Zeynalovun Azərbaycan ədəbiyyatına təqdirəşayan xidmətlərini yığcam halda sadalamaqla belə bir yazıçımız olduğunu səlahiyyəti olanların yadına salmaqdır. Belə şeylər 75 yaşda da olmayıb, nə vaxt olasıdır?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Aprel 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see447

Amerikalıların Trampın büdcə layihəsinə münasibəti ilə bağlı sorğu keçirilib

27 İyul 2025 08:13see145

Hazırda açıq ərazilərdə 100 dən çox yanğın aktivdir Serbiya DİN

27 İyul 2025 08:17see140

Azərbaycanın əməkdar məşqçisi vəfat edib KONKRET

27 İyul 2025 15:40see138

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı

27 İyul 2025 13:31see123

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see120

Qyökereş “Arsenal”a keçidindən nələr dedi?

27 İyul 2025 13:26see118

Tottinin oğlu futbolçu karyerasını 19 yaşında bitirib

27 İyul 2025 14:55see117

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see116

Eminin xanımının “DreamFest” “look”ları…

27 İyul 2025 15:36see114

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see114

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see114

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see113

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see113

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see113

Naməlum intellektual obyekt Yerə yaxınlaşır Açıq silahlarla gəlir

27 İyul 2025 06:34see113

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see113

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see112

İsrail ordusu Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etdi

27 İyul 2025 07:55see111

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri