Icma.az
close
up
RU
Ədəbiyyat Muzeyinin 80 illiyinə həsr edilən tədbir keçirilib

Ədəbiyyat Muzeyinin 80 illiyinə həsr edilən tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin açılışının 80 illik yubileyi münasibətilə Xaqani Şirvani adına Aran regional filialında tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbiri filialın müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq muzeyin yaradılması tarixinə nəzər salıb. Qeyd edib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 1945-ci il mayın 14-də açılıb. Muzeyin yaradılması ilə bağlı sərəncam 1939-cu ildə verilsə də, icrası İkinci Dünya müharibəsindən sonra həyata keçirilib. Muzey 1959 və 1967-ci illərdə genişləndirilib və yenidən qurulub, 2004–2009-cu illərdə təmir və bərpa edilib. Muzeydə Azərbaycan ədəbiyyatının ən qədim vaxtlardan müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır, müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. Ədəbiyyat tarixi muzeyi 30 ekspozisiya zalından, 10 əsas şöbə, 2 regional filial, elmi fond və s. ibarətdir.

Filialın ekspozisiyası ilə tanış olan qonaqlara muzeyin əməkdaşları eksponatlar haqqında ətraflı məlumat veriblər.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Sonda tədbir iştirakçıları Azərbaycan ədəbiyyatının inkişafında Ədəbiyyat Muzeyinin müstəsna rolu olduğunu qeyd ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see389

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see151

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri