Icma.az
close
up
RU
Əməkdar rəssamın Ədəbiyyat Muzeyinin fonduna daxil edilən əsərlərinin təqdimatı keçirilib AZƏRTAC

Əməkdar rəssamın Ədəbiyyat Muzeyinin fonduna daxil edilən əsərlərinin təqdimatı keçirilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Əməkdar rəssam İsmayıl Məmmədovun muzeyin fonduna daxil edilən əsərlərinin təqdimatı keçirilib. Tədbirdə muzeyin əməkdaşları, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov 2025-ci ilin muzey üçün xüsusilə əlamətdar olduğunu bildirib. Cari ildə bu mədəniyyət ocağının fəaliyyətə başlamasının 80 ilinin tamam olduğunu vurğulayan alim yubiley çərçivəsində nəzərdə tutulan işlərdən, qarşıda duran prioritet vəzifələrdən danışıb.

Rəhbərlik etdiyi qurumun yaranma tarixi və Azərbaycan mədəniyyətinin inkişafında rolu haqqında məlumat verən akademik Rafael Hüseynov qeyd edib ki, 80 illik dövr muzey üçün heç də hamar olmayıb. Ədəbiyyat Muzeyi yaradıldığı vaxtdan indiyədək keşməkeşli və şanlı tarixi yol keçərək bugünkü səviyyəsinə yüksəlib.

Direktor bildirib ki, ötən illər ərzində bu mədəniyyət ocağının zənginləşdirilməsi, fond materiallarının bərpası istiqamətində ardıcıl, gərəkli işlər görülüb, müxtəlif dövrlərdə Azərbaycanın dəyərli şəxsiyyətləri tərəfindən muzeyə yeni eksponatlar, qiymətli kitablar, rəsm əsərləri, sənədlər, şəxsi əşyalar və s. hədiyyə edilib. O, hədiyyə edilən eskponatların muzeyin fondunun zənginləşdirilməsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Əməkdar rəssam İsmayıl Məmmədovun da Azərbaycan rəngkarlığında və kitab qrafikası sahəsində özünəməxsus yolu və üslubu ilə seçilən rəssamlarımızdan olduğunu söyləyən akademik Rafael Hüseynov Ədəbiyyat Muzeyinin yubileyi ərəfəsində onun əsərlərinin muzeyin fonduna daxil edilməsini uğurlu addım kimi qiymətləndirib. O, Əməkdar rəssam İsmayıl Məmmədovun qədim Azərbaycan dastanı, yazılı xalq ədəbiyyatının ən qədim abidəsi olan “Kitabi-Dədə Qorqud”a əsaslanan rəsmlərdən ibarət hazırladığı 2013-cü ilin təqvimini xüsusi qeyd edib.

Daha sonra İsmayıl Məmmədovun yaxın dostu, Azərbaycan Memarlar və Rəssamlar ittifaqlarının üzvü Şahvələd Məmmədov Xalq rəssamının dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si əsasında çəkdiyi əsərləri muzeyin fonduna təqdim edib. Bildirib ki, rəssamın zamanında çəkdiyi hər lövhə Nizami Gəncəvinin “Xəmsə”sindəki məsnəviləri mövzusundadır.

Akademik Rafael Hüseynov Ədəbiyyat Muzeyinin kolleksiyasının bu cür rəsm nümunələri ilə ilbəil zənginləşməsinin onun nüfuzunun daha da yüksəlməsi, həmçinin azərbaycanlı və xarici tədqiqatçılar üçün önəmli araşdırma mərkəzinə çevrilməsi baxımından xüsusi önəm daşıdığını deyib. Qeyd edib ki, bu rəsm əsərləri həm də ziyarətçilərə Azərbaycan rəssamlıq tarixini, gözəlliyini və dərinliyini tanıdacaq, zəngin mədəni irsimizi daha çox kəşf etməyə və araşdırmağa ruhlandıracaq.

Daha sonra Alban-udi xristian icmasının sədri, Bakı Dövlət Universitetinin elmi işçisi Robert Mobili çıxış edərək bu gün Prezident İham Əliyev tərəfindən “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamın imzalandığını diqqətə çatdırıb. O, ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurulması və mütərəqqi mənəvi-əxlaqi dəyərlərin təbliği sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə imzalanmış bu sənədin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, dövlət başçısına təşəkkürünü bildirib. Qeyd edib ki, ölkəmizdə azsaylı xalqlara göstərilən dövlət qayğısı, multikulturalizm dəyərlərinin qorunub saxlanılması, onların sosial-iqtisadi problemlərinin həlli üçün görülən tədbirlər Prezident İlham Əliyev tərəfindən Azərbaycan vətəndaşlarına - udilərə verilən ən böyük qiymətdir.

İcma rəhbəri vurğulayıb ki, ölkəmizdə bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə bir çox dini-tarixi abidələr bərpa edilib, dini maarifçilik işinə xüsusi diqqət yetirilib.

Qəbələ rayonunun Nic kəndində “Azərbaycan Udi ocağı”nda sonuncu din xadiminin evinin Şahvələd Məmmədov tərəfindən ev-muzeyi kimi bərpa edildiyini diqqətə çatdıran Robert Mobili bunun Azəbaycan xalqının tolerantlığının nümunəsi olduğunu bildirib, mədəni irsin qorunum saxlanılması baxımından önəmini qeyd edib.

Sonda akademik Rafael Hüseynov Şahvələd Məmmədova muzeyin təşəkkürnaməsini təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri