Icma.az
close
up
RU
İncəsənət və ədəbiyyat adamı Ağalar İDRİSOĞLU 75

İncəsənət və ədəbiyyat adamı Ağalar İDRİSOĞLU 75

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

(Esse)

Yaxşı yadımdadır, məktəb illərindən adını bilmədiyim bir nəfərlə həmişə küçədə təsadüfən rastlaşar, ona heyrətlə baxar və salamlaşardım. Sonradan onu Sumqayıt Dövlət Musiqili-Dram Tatrında aktyor, rejissor və direktor kimi də görəndə incəsənət adamı olduğunu anladım və şəxsiyyətinə uşaq çılğınlığı ilə yanaşaraq pərəstiş etdim. Böyük istedad sahibi olan bu şəxslə illər sonra yenə də rastlaşıb yaxından tanış olanda onun təkcə incəsənət deyil, həm də ədəbiyyat adamı olduğunu dərk etdim.

Ağalar İdrisoğlu (Mehdiyev) 1976-cı ildən Sumqayıt şəhərilə taleyini bağlayandan uzun və şərəfli yollar qət edibdir... 75 il öncə mart ayının 16-da dünyaya göz açdığı Masallı rayonunun Digah kəndində böyüyən, 15 yaşından bədii yaradıcılıqla və jurnalistika ilə məşğul olan kənd uşağının incəsənətə verə biləcəyi böyük töhfələri yaxınları və dostları ağlına belə gətirmirdi. Məktəb illərində yazdığı məqalələri və kiçik həcmli hekayələri o vaxt Masallıda çap olunan “Çağırış” və “Azərbaycan pioneri” qəzetlərində dərc ediləndə sevinci yerə-göyə sığmayan, Masallı Rayonunun Mədəniyyət Evində Şakir Həsənov və Adil Səfərovun yaratdıqları Miniatür Teatrındakı çıxışlarından ruhlanan Ağalar İdrisoğlu orta təhsilini başa vurub ilk əmək fəaliyyətinə başlayır. Masallı Rayon Texnika Birliyində dispetçer işləyir. Sonra Rusiyanın Kalinin vilayətində hərbi xidmətini bitirir və sonsuz arzularla Bakıya gəlir. İncəsənət aləminə və ədəbiyyata olan vurğunluq onu Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun qapısına qədər gətirir. Böyük həvəslə sənədlərini bu instituta verir və qəbul olunur. 1975-ci ildə dram və kino aktyorluğu fakültəsini bitirərək təyinatla Şəki Dövlət Dram Teatrına göndərilir. 1976-cı ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət alır. 1986-cı ildə isə Moskvada Anatoli Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirir. Gənc yaşlarından istedadı və bacarığı ilə çoxlarını valeh edən Ağalar İdrisoğlu 26 il rəhbər vəzifələrdə işləyir. Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri və direktoru olur. Azərbaycan Teatr Xadimləri İttifaqının baş rejissoru, bədii rəhbəri və direktoru olur. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, İdarə Heyətinin üzvü və Sumqayıt bölgə şöbəsinin sədri vəzifələrində çalışır. Harda çalışmasından asılı olmayaraq istər aktyor kimi, istər rejissor və yaxud ssenarist kimi yeni-yeni uğurlara imza atır. Saya gəlməyən (1500-dən çox) məqalələrin, müsahibələrin, publisist yazıların, esselərin, elegiyaların, pritçaların, oşerklərin, ressenziyaların, elmi, tarixi məqalələrin müəllifidir. On altı pyes, iyirmidən artıq teatrlaşdırılmış tamaşanın ssenarisi, altı romanı, on iki povesti, 150-dən artıq hekayəsi rəğbətlə qarşılanır. 21-dən çox kitabı bu gün də oxucular tərəfindən maraqla oxunur.

Ömrünun altmış ilini bədii yaradıcılığa, jurnalistikaya, əlli ilini peşəkar teatr sənətinə həsr edən Ağalar İdrisoğlu səhnədə yaratdığı 40-dan artıq rolu və quruluş verdiyi 140 tamaşası, dünya xalqlarının on pyesinin dilimizə tərcüməsi və sairə ilə ədəbiyyat, jurnalistika, incəsənət və mədəniyyət xəzinəsinin sərvətini artırır. Ötən ilin sonlarında Qazax Dövlət Dram Teatrında uğurla səhnəyə qoyulan “İnan mənə” pyesi hələ 1985-ci ildə Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsinin qalibi olub. Onun 10-dan artıq topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərləri yer alıb. Quruluş verdiyi Akif Həsənoğlunun “Yanmış evin nağılı” tamaşası Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb.

Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ağalar İdrisoğlunun çəkdiyi əziyyətləri hədər getməyib. Həmişə istedadlı adamlara diqqət və qayğı ilə yanaşan möhtərəm Prezident cənab İlham Əliyev onun əməyinə yüksək qiymət verərək 2013-cü ildə “Əməkdar İncəsənət xadimi” fəxri adı ilə mükafatlandırıb.

Ömrünün 75-ci baharına qədəm qoyan Ağalar İdrisoğlunun müdrikliyi onun keçdiyi məşəqqətli, iztirablı, lakin maraqlı və mənalı ömür yolunun nümunələrini yaradıcılığa yeni başlayanlara ötürə bilməsindədir. Çağdaş ədəbiyyatımızın ön sıralarında olan yazıçı-dramaturq, jurnalist-publisist, aktyor, rejissor, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu ədəbiyyat və incəsənət sahəsində sayılıb-seçilən kamil şəxsiyyətlərdən biridir. Bu gün də usanmaq bilmədən yeniliklərə imza atan incəsənət və ədəbiyyat adamının tükənməz arzu və istəkləri çoxdur. Ən böyük istəyi incəsənətimizə, ədəbiyyatımıza, jurnalistikamıza yeni töhfələr verməkdir. Çap ərəfəsində olan Milli Teatrımıza həsr edilən “Xalqın sevimli teatrı”, “Milli rejissor sənətimiz, onun problemləri, yaddan çıxan rejissorlar, teatr direktorları və aktyorları”, “Sərhədsiz dünyamız”, “Teatr sənətinin aşiqi” adlı kitabları bu yöndə ən layiqli töhfələrdən biri olacaqdır. Eləcə də hekayələrindən və povestlərindən ibarət beş cildlik kitabları, dünya dahilərinin müdrik kəlamlarından ibarət “Sözdən yaranan incilər” toplusu və iki cildlik pyeslər toplusu çap olunsa, böyük oxucu marağı qazanacaq.

Mən dəfələrlə Ağalar İdrisoğlundan Nikolay Qoqolun bu kəlamını eşitmişəm: “Yazıçının yalnız bir müəllimi var - oxucudur“. Əfsus ki, bu gün məmləkətimizdə kitab oxumağa marağın az olduğuna görə hər bir yazıçının doğrudan da, müəllimi olan oxucuya çox böyük ehtiyacı var. Məşhur yazıçı Reyhani Aminin kəlamını isə mən yada salmaq istəyirəm: “Azad yazıçı öz araşdırmalarının və bilgilərinin bəhrəsini təqdim edən əsl alimdir. O, ədəbiyyatın şərəfini və elmin qüdrətini qorumaqla yanaşı, hər işdə xalqına xeyir gətirir. O, sadə xalqın eşitmək istədiklərinə, yaxud hakimiyyətdə olanların şəxsi zövqlərinə və gözləntilərinə daban-dabana zidd olsa belə, öz sözünü deyir. Gələcək üçün yazanlar qiymətini indiki dövrdə alır, indiki dövr üçün yazanlar isə gələcəkdə xatırlanmayacaqlar”.

Bəli! Tarixi hər hökmdar özünə uyğun yazdırdığına görə, hər dövrün əsl tarixini biz ədəbiyyatdan öyrənə bilərik və bilirik. Bax, Ağalar İdrisoğlu da heç kimdən çəkinmədən, məddahlıq etmədən bu günün tarixini özünün bədii əsərləri və quruluş verdiyi tamaşalarla yazıb gələcək nəsillərə çatdıran yazıçı və rejissordur. Mən fəxr edirəm ki, onunla bir dövrdə yaşayıram. Bir də vurğulamaq istəyirəm ki, incəsənət və ədəbiyyat adamlarının keçdiyi şərəfli həyat yolu çoxlarına örnək olan ömrün parlaq səhifələrində əbədi iz salır. Kərpic-kərpic yaradıcılıq divarlarını hörərək onu qorumağa çalışan, mənəviyyatca zəngin olan Ağalar İdrisoğlunun ömür yolları uzandıqca uzanacaq və sonu görünməyən yollarla əvəz olunacaq. Mən buna çox inanıram...


Rəna TƏBƏSSÜM,
AYB-nin və AJB-nin üzvü,
Yazıçı-publisist, jurnalist,
Mahmud Kaşğari mükafatçısı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Mart 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see262

“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? VİDEO

18 İyun 2026 21:52see258

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see244

Arıqlamaq istəyənlər üçün daha bir təbii yol

19 İyun 2026 02:10see231

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see226

Zəngli saatın kənarında: təravətli və stresssiz oyanmağın ən yaxşı yolları

18 İyun 2026 19:54see211

“Bir də birdən oyan, görüşə bilək...” Video

19 İyun 2026 00:25see207

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see196

Nyu Yorkun məşhur meydanında atəş açıldı Anbaan video

19 İyun 2026 02:12see189

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see188

Kanye Uestin qızı ilk konsert turuna çıxır…

18 İyun 2026 21:07see186

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

19 İyun 2026 02:35see186

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see182

19 iyunun qoroskopu Onlar üçün əlamətdar gündür

19 İyun 2026 00:03see175

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur İlahiyyatçı

18 İyun 2026 21:03see175

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see173

Tottenhem 25 yaşlı futbolçunu transfer etdi RƏSMİ

19 İyun 2026 01:07see172

2030 cu il Olimpiya Oyunlarının loqotipi təqdim olunub FOTO

19 İyun 2026 02:11see171

Alleqri “Napoli”yə gedir 3 illik müqavilə imzalanacaq

19 İyun 2026 02:17see171

Nyu Yorkda atışma baş verib, bir nəfər saxlanılıb

19 İyun 2026 03:37see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri