Eden Azar niyə Ronaldu kimi olmaq istəmədiyini deyib
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Real Madrid”in və “Çelsi”nin keçmiş hücumçusu Eden Azar London klubunda oynayarkən baş məşqçi Mauritsio Sarrinin ona Kriştianu Ronaldunun həyat tərzindən ilham almağı təklif etdiyini danışıb.
İdman.Biz xəbər verir ki, Eden Azar üç il əvvəl 32 yaşında karyerasını bitirib.
“Mən ona istəmədiyimi dedim. Heç vaxt içki düşkünü olmamışam, amma həmişə meydanda və meydandan kənarda Hazard olmaq istəmişəm. Dostlarım məni şam yeməyinə dəvət etsəydilər, imtina etməzdim və bir qədəh şərab istəsəydim də eyni şeyi edərdim. Kriştianu Kriştianudur, mən Azaram. Sadəcə özüm olmaq və futbol oynamaq istəyirdim”, - deyə “La Gazzetta dello Sport” Azardan sitat gətirib.
41 yaşlı Kriştianu Ronaldu hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır və orada beş dəfə “Qızıl top” və beş dəfə Çempionlar Liqasını qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Fevral 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















