Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 5 iyun, AZƏRTAC
Mayın 21-də açılan I Ədirnə Biennalesində azərbaycanlı rəssam Aida Mahmudovanın əsərləri sərgilənir.
YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, Türkiyənin mühüm tarixi-mədəni mərkəzlərindən biri olan Ədirnədə reallaşan biennale Qazaxıstan, Böyük Britaniya, Norveç və digər ölkələrdən sənətçiləri bir araya gətirərək müasir incəsənətin fərqli ifadə formalarını təqdim edir. “Körpülər” mövzusu ətrafında formalaşan biennalenin kuratoru Fırat Arapoğludur.
I Ədirnə Biennalesində Aida Mahmudova xüsusi olaraq bu tədbir üçün süni intellekt vasitəsilə yaratdığı “Üfüqün süqutu”, “İşığın sındığı yer” və “Mənzərənin yaddaşından silinməyən” adlı yeni əsərləri ilə iştirak edir. Rəssamın əvvəlki rəsm tablolarına istinadən yaradılmış layihə rəngkarlığın statik səthdən çıxaraq immersiv rəqəmsal mühitə çevrilməsi ideyasını və biennalenin konseptual məramı ilə səsləşərək yaddaş, texnologiya və qavrayış arasındakı qarşılıqlı münasibətləri araşdırır.
Rəssam süni intellektdən yalnız texnoloji alət kimi deyil, təsviri sənətin poetik davamı kimi istifadə edir. Hərəkətli təsvirlər, dəyişən perspektivlər və axıcı keçidlər rəngkarlıq, kino və virtual məkan arasındakı sərhədləri aradan qaldırır. Süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə tablolar üçölçülü rəqəmsal mühitə çevrilərək canlandırılır, vizual reallıq kimi yenidən şərh edilir. Layihə, həmçinin süni intellekt vasitəsilə yaradılmış musiqi kompozisiyası ilə müşayiət olunur və tamaşaçını vahid vizual-səs təcrübəsinə cəlb edir.
Rəsm, instalyasiya və heykəltaraşlıq sahələrində multidissiplinar yaradıcılığı ilə tanınan Aida Mahmudova bu layihə vasitəsilə öz vizual dilini hərəkətli təsvir, səs və süni intellekt elementləri ilə genişləndirərək yeni bədii ifadə istiqamətində inkişaf etdirir.
Qeyd edək ki, I Ədirnə Biennalesi iyunun 28-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 05 İyun 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















