Icma.az
close
up
RU
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başladı FOTO

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başladı FOTO

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması və vəkillik institutunun inkişaf etdirilməsi ilə bağlı tövsiyələri çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) tərəfindən üzvlüyə qəbul prosesi ardıcıl və sistemli şəkildə davam etdirilir. Bu çərçivədə tam şəffaflıq və obyektivlik prinsipləri əsasında ixtisas imtahanlarının təşkili təmin olunub.

İyunun 11-də isə yazılı və şifahi mərhələlərdə uğur qazanmış 88 vəkilliyə namizəd üçün Ədliyyə Akademiyasında icbari təlimə start verilib.

Təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov vəkilliyə namizədlərə uğurlar arzulayıb, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların mənimsənilməsinin vacibliyini vurğulayıb.

O, VK ilə Ədliyyə Akademiyası arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyətindən danışaraq, bu çərçivədə həyata keçirilən pulsuz hüquqi yardım təşəbbüsünün cəmiyyət üçün xüsusi dəyər daşıdığını bildirib. Prorektor qeyd edib ki, Kollegiya son illərdə müstəqil və nüfuzlu təsisat kimi sürətlə inkişaf edib, vəkil sayı isə üç dəfədən çox artıb.

Elçin Xələfov vurğulayıb ki, Kollegiyanın ədalət mühakiməsində iştirak edən digər qurumlarla qurduğu səmərəli əməkdaşlıq möhkəm hüquqi təmələ söykənir və bu əməkdaşlıq hüquq sisteminin inkişafında mühüm rol oynayır. Təlim proqramının məzmun baxımından zəngin və fərqli olduğunu qeyd edən prorektor bir ay ərzində əsas diqqətin praktik bacarıqların inkişafına yönələcəyini, eyni zamanda bura təlimçi vəkil və hüquqşünasların cəlb olunacağını bildirib.

VK Rəyasət Heyətinin sədri Anar Bağırov təlimin açılışında çıxış edərək vəkilliyə namizədləri təbrik edib, onlara uğurlar arzulayıb.

Sədr bu mərhələ yalnız nəzəri biliklərin artırılması deyil, həm də peşə hazırlığının gücləndirilməsi, praktiki bacarıqların inkişafı və beynəlxalq təcrübənin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Nəzərə çatdırılıb ki, təlim proqramı müasir hüquqi çağırışlara cavab verir və gələcək vəkillərin ədalətə çıxış imkanlarını genişləndirməkdə mühüm rol oynayacaq.

Anar Bağırov deyib ki, vəkilliyə qəbul üzrə test imtahanları VK və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəraitdə həyata keçirilir. Həmçinin sədr əlavə edib ki, ixtisas imtahanlarının şifahi mərhələsində ədalətliliyin təmin olunması üçün videoyazı sistemi tətbiq olunur və bütün namizədlərə eyni məzmunlu suallar təqdim edilir.

İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunduğunu diqqətə çatdıran sədr icbari təlimdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından 85, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından isə 3 vəkilliyə namizədlərin iştirak etdiyini vurğulayıb. Qeyd edilib ki, vəkilliyə namizədlərdən 29 nəfər qadın, 56 nəfər isə kişidir, o cümlədən onlardan 79 faizi 40 yaşadəkdir. Namizədlərin 61 faizi Bakı, 39 faizi isə regionlardandır. Bu göstəricilər regionlarda hüquqi yardımın əlçatanlığının artmasına şərait yaradır. Həmin şəxslərin bəziləri onlayn qaydada iştirak edir.

Həmçinin Anar Bağırov son illərdə Kollegiyada mühüm islahatların həyata keçirildiyini, vəkil sayının artırıldığını, institutun cavanlaşdırıldığını və tədris proqramlarının daha məqsədyönlü və effektiv hala gətirildiyini xüsusi vurğulayıb. Ədliyyə Akademiyası ilə birgə hazırlanan bu proqramlar vəkil namizədlərinin hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini söyləyən sədr təlimlərin yüksək səviyyədə təşkil edilməsinə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə təşəkkür edib.

Eyni zamanda VK-nın nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyünü və yerli dövlət qurumları ilə səmərəli əməkdaşlığını qeyd edən sədr vəkillik institutunun təşəbbüslərinin dövlət tərəfindən tam dəstəkləndiyini vurğulayıb.

Anar Bağırov çıxışının davamında vəkillərin peşə borcunu vicdanla yerinə yetirməli olduqlarını, etik davranış kodeksinə riayət etməli və vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməli olduqlarını xüsusi ilə xatırladıb. Sədr formal fəaliyyət və qeyri-prosessual davranışların institutun nüfuzuna zərər vurduğunu və Kollegiyanın bu cür hallara qarşı barışmaz mövqe tutduğunu diqqətə çatdırıb.

Tədbirdə vəkillik institutunun inkişafı istiqamətində görülən işlər və qarşıya qoyulan mühüm hədəflər barədə ətraflı məlumat verən Anar Bağırov Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini xüsusi qeyd edib. Sədr bu Sərəncamın vəkilliyin inkişaf istiqamətlərini müəyyən etdiyini və ölkədə vəkil sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olduğunu söyləyib. 

Daha sonra Anar Bağırov “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş məruzə ilə çıxış edib. Mühazirə zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyun 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri