Ədliyyə naziri təltif olunmuş və hakim təyin edilmiş əməkdaşlarla görüşüb
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Ədliyyə Nazirliyində keçirilən tədbir çərçivəsində nazir Fərid Əhmədov Prezidentin “Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında” 22 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən medalla təltif olunmuş əməkdaşları qəbul edib.
525.az-a bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Nazirliyin bir qrup əməkdaşına medalları təqdim edilib.
Nazir təltif olunan əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qanunçuluq, obyektivlik və məsuliyyət prinsiplərinə daim sadiq qalmağın vacibliyini vurğulayıb.
Eyni zamanda, ədliyyə naziri bir sıra birinci instansiya məhkəmələrinin hakimləri vəzifəsinə təyin edilmiş ədliyyə işçiləri ilə görüş keçirib.
Nazir qeyd edib ki, əməkdaşların hakim vəzifəsinə seçilməsi onların uzunmüddətli fəaliyyəti, yüksək peşəkarlığı və hüquqi sahədə qazandıqları zəngin təcrübənin nəticəsidir.
Bildirilib ki, bu cür təyinatlar ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə və məhkəmə-hüquq sisteminə ictimai etimadın möhkəmləndirilməsinə xidmət edir.
Əməkdaşlar göstərilən etimada görə təşəkkürlərini bildirərək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 30 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















