Edvards Smiltens ikinci dəfə Latviya Seyminin spikeri seçilib
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Latviyanın XV çağırış Seymi ilk iclasını keçirib. İclasda "Birləşmiş siyahı" siyasi birliyinin nümayəndəsi Edvards Smiltens parlamentin sədri seçilib.
Moderator.az Latviya mediasına istinadən xəbər verir ki, onun namizədliyinin lehinə 79, əleyhinə isə 15 deputat səs verib.
Qeyd edək ki, E.Smiltens 2022-ci ilin noyabrından 2023-cü ilin sentyabrınadək spiker vəzifəsini tutub.
Latviya Seymi dörd ilə seçilən 100 deputatdan ibarət birpalatalı parlamentdir. Ölkə Konstitusiyasına əsasən, yeni seçilmiş parlamentin ilk iclası parlament seçkilərindən sonra noyabrın ilk çərşənbə axşamı keçirilməlidir. Spiker deputatlar tərəfindən seçilir və iclaslara sədrlik edir, həmçinin Seymin işinə rəhbərlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 Noyabr 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















