Icma.az
close
up
RU
Efiopiya və Somali Ankara Bəyannaməsini bir daha bəyan etdilər

Efiopiya və Somali Ankara Bəyannaməsini bir daha bəyan etdilər

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Efiopiya və Somalinin kəşfiyyat qurumu başçıları Türkiyənin vasitəçiliyi ilə əldə olunan Ankara Bəyannaməsi ilə bağlı öhdəlikləri bir daha bəyan ediblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Efiopiya Kəşfiyyat İdarəsi direktoru Redvan Hussien sosial media platformasındakı yazısında bildirib: “Görüş zamanı Ankara Bəyannaməsinə sadiqliyimizi bir daha təkrarladıq. Hər iki dövlət bəyannamənin həyata keçməsinə çalışır. Bundan əlavə, tərəqqi naminə razılaşmanı istəməyən bədxah insanları uzaqlaşdırmaq üçün qarşılıqlı razılığa gəldik”.

Ankara Prosesi

1991-ci ildə Somalidən birtərəfli müstəqilliyini elan edən Somalilənd ilə Efiopiya arasında 2024-cü ilin 1 yanvarında imzalanan anlaşma memorandumu regional gərginliyi artırıb.

Efiopiyanın Somaliləndi müstəqil ölkə kimi tanıması və Somalinin Efiopiyaya dənizə çıxışı təmin etməyə hazırlaşması Somali hökumətinin böyük reaksiyasına və böhrana səbəb olub. Ərəb Liqası, Afrika İttifaqı, Keniya və Cibutinin böhrandan çıxmaq cəhdləri uğursuz alınıb.

Ankara Prosesi çərçivəsində Türkiyənin tərəfləri bir araya gətirməsi və dekabrın 11-də prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə paytaxt Ankarada dövlət başçılarının bir araya gəlməsilə problemin həllində gərginlik azalıb. Artıq razılaşmaya əsasən, Somalinin ərazi bütövlüyü təsdiqləndi, Efiopiyanın dənizə çıxış tələbləri hər iki tərəfin xeyrinə olacaq əməkdaşlıq prosesinə çevrildi.

Tərəflər 2025-ci ilin fevral ayının sonuna qədər Türkiyənin yardımı ilə texniki başlanacaq danışıqları 4 ay ərzində yekunlaşdırmaq niyyətindədir.

Xatırladaq ki, 2024-cü il dekabrın 12-də Türkiyənin vasitəçiliyilə imzalanan Ankara Bəyannaməsi Afrika Buynuzu qonşuları arasında son vaxtlar gərginliklə bağlı münasibətlərdə dönüş nöqtəsi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Dekabr 2024 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri