Icma.az
close
up
RU
Efir yağlarının müalicəvi xüsusiyyətləri

Efir yağlarının müalicəvi xüsusiyyətləri

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Efir yağları çox təsirli müalicəvi və profilaktik vasitədir. Efir yağları ta qədimdən tibbdə və kosmetologiyada istifadə olunur.

Efir yağları sakitləşdirir, orqanizmə antiseptik, antibakterial və iltihabəleyhinə təsir edir, orqanizmi şlaklar və toksinlərdən təmizləyir, immun sisteminə müsbət təsir edir.

Efir yağları dərinin vəziyyətini yaxşılaşdırır, dərini cavanlaşdırır, onu daha elastik və sağlam edir.

Müxtəlif efir yağlar müxtəlif məqsədlərlə istifadə olunur. Belə ki,

- lavanda, səndəl, zəncəfil, nanə efir yağları sakitləşdirir, depressiya və stresdən azad edir. Nanə və ağ şam efir yağları baş ağrıları, miqrenlə mübarizədə çox yaxşı kömək edir.

Bu yağlarla müalicəvi aromavannaları qəbul etmək olar. Belə vannalar sakitləşdirir, yorğunluğu və gərginliyi aradan qaldırır. Belə vannaları həftədə 1-2 dəfə qəbul etmək olar. Aromavanna qəbul etdikdən əvvəl duş qəbul etmək lazımdır.

6-8 damcı efir yağı əvvəl 1 stəkan süddə qarışdırılır və daha sonra vannaya əlavə olunur (efir yağları bilavasitə suda həll olunmur). Su çox isti olmamalıdır. Vannanı 10-20 dəqiqə ərzində qəbul etmək lazımdır.

Baş ağrıları və miqren tutmaları zamanı pambıq parçaya 3-5 damcı nanə və ya ağ şam ağacı efir yağı damızdırın və parçanı alnınıza kompres şəklində qoyub uzanın.

- evkalipt, adaçayı, çay ağacı efir yağları güclü antiseptik və antibakterial təsirinə malikdir. Qrip, angina, zökəm, bronxit, öskürək zamanı bu yağlar uğurla istifadə oluna bilər.

Müalicə məqsədi ilə 3-4 damcı yağ 1 çay qaşığı dəniz və ya adi xörək duzu ilə qarışdırın və sonra isti suya töküb bu suyun buxarı ilə nəfəs alın. Angina zamanı 2-3 damcı efir yağı əvvəl duzla qarışdırın, sonra isə ilıq suya tökün və qarqara edin.

- mixək və ağ şam ağacı yağları diş ağrısından azad edir. Bunun üçün pambığın üzərinə bir neçə damcı yağ damızdırmaq və ağrıyan dişin üzərinə qoymaq lazımdır.

- portağal, limon, avokado, kakao, qızılgül efir yağları dərini cavanlaşdırır, daha sağlam və elastik edir. Bu yağları müxtəlif maskalara əlavə etmək olar: 1 xörək qaşığı xama, 2 damcı qızılgül efir yağı, 1 çay qaşığı bal qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yumaq lazımdır.

- badam, çobanyastığı efir yağları saçların vəziyyətini yaxşılaşdırır, onları daha canlı və parlaq edir. Badam yağı kipriklər üçün də çox xeyirlidir.

Bu yağları müxtəlif saçlar üçün olan maskalara əlavə etmək olar: 3 xörək qaşığı qatıq, 5 damcı badam efir yağı, 1 çay qaşığı gənəgərçək yağı yaxşı qarışdırılır və saçlara çəkilir. Maskanı 30 dəqiqədən sonra yumaq olar.

- qreypfrut, portağal efir yağı arıqlamağa kömək edir, sellülitlə mübarizə aparır. Bu yağlarla vannalar qəbul etmək və massaj etmək olar.

Nəzərinizə çatdıraq ki, efir yağları kifayət qədər güclü vasitədir və bu səbəbdən onlar çox az miqdarlarda (damcılarla) istifadə olunur. Efir yağların istifadəsi allergik reaksiyalara səbəb ola bilər və bəzi xəstəliklər və pozulmalar zamanı əks-göstərişdir.

Bu səbəbdən efir yağlarından istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri