Icma.az
close
up
RU
Yunun müalicəvi xüsusiyyətləri

Yunun müalicəvi xüsusiyyətləri

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yun qədim zamanlardan həm məişətdə, həm də təbabətdə çox geniş istifadə olunur.

Qədimdə ağır xəstələri qoyun və s. heyvanların dərilərinə bürüyüb sağaldırdılar. Yun bədəni isindirir, damarları genişləndirir, qan dövranını yaxşılaşdırır ki, bu da sağalmanı tezləşdirir.

Vaxtından tez doğulmuş, zəif uşaqları da qədimdə heyvanların yununa bürüyüb bəsləyirdilər.

Yunun bir çox faydalı və müalicəvi xüsusiyyətləri var:

- Yun ekoloji təmiz materialdır, insan sağlamlığına yalnız müsbət təsir edir.

- Yun yüksək hiqroskopik xüsusiyyətlərə malikdir. Yun təri asanlıqla hopdurur və bədən quru qalır. Bu səbəbdən yun yorğan-döşəkdə yatan insan tərləmir, onun bədəni "nəfəs alır".

Əksinə isə müasir materiallardan (sintepon və s.) hazırlanmış yorğanlar insanı tərlədir, "parnik effekti" yaradır. Bu xüsusilə uşaqlar üçün ziyanlıdır ki, bu hətta uşaqda qızdırmanın qalxmasına səbəb ola bilər.

Alimlər sübut edib ki, yun orqanizmdən tərlə çıxan toksinləri zərərsizləşdirmək xüsusiyyətə malikdir.

- Yunun öz müsbət energetikası var. Yun bu energetikanı öz yiyəsinə bəxş edir.

- Yun malları müxtəlif xəstəliklər zamanı müalicəvi təsir edir. Haymorit, otit, limfadenit (limfatik düyünlərinin iltihabı) zamanı yün sarıqların istifadəsi çox yaxşı kömək edir. Xəstə nahiyəni yun şərflə sarımaq olar. Belə sarıqları axşam yatmazdan əvvəl edin.

- Təbii yundan hazırlanmış sviterlər, paltarlar və s. insanın sinir sisteminə də müsbət təsir edir, sakitləşdirir.

- Baş ağrıları zamanı başınızı yun şərflə sarıyın. Bu ağrının azalmasına kömək edəcək.

- Revmatizm, radikulit, artrıt, əzələlər, bel və onurğa sütunu ağrıları zamanı yun müalicəvi təsir edir. Yun yerli qan dövranını yaxşılaşdırır ki, bu da ağrısızlaşdıran və iltihabəleyhinə təsir edir. Xəstə oynaqları, bel nahiyəsini yun şərflə sarıyın.

Dəvə yunundan hazırlanmış xüsusi kəmərlər bel ağrısı zamanı çox geniş istifadə olunur.

- Yunun tərkibində olan spesifik maddə lanolin antiseptik və iltihabəleyhinə təsirə malikdir.

- Soyuqdəymə zamanı yatmazdan əvvəl isti ayaq vannasından sonra yun corab geyinin və belə yatın.

- Maraqlıdır ki, it yunu müalicəvi xüsusiyyətlərinə görə çox yüksək qiymətləndirilir. İt yunundan hazırlanmış mallar (sviter, şərf, corablar və s.) müxtəlif xəstəliklər zamanı (oynaqlar, böyrək xəstəlikləri və s.) çox yaxşı müalicəvi kömək edir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 05:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri