Icma.az
close
up
RU
Efirdə deyilən bu sözlər aranı qarışdırdı: “Space TV” qalmaqalı böyüyür VİDEO

Efirdə deyilən bu sözlər aranı qarışdırdı: “Space TV” qalmaqalı böyüyür VİDEO

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Space TV”-də yayımlanan “Gəl danış” proqramında aparıcı Amil Xəlilin bölgələrdə yaşayan ailələrin övladlarını, xüsusilə qızlarını Bakıdakı universitetlərə göndərməsini tənqid edib. Bu fikirlərdən sonra sözügedən kanalın yayımı 3 saatlıq dayandırılıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa  Amil Xəlilin verilişinin bağlanmasına etiraz edib. Sabiq deputat, təhsil eksperti Etibar Əliyev isə əks fikirlə çıxış edib.

Aparıcının efirdə bu cür fikirlər səsləndirməsi nə dərəcədə doğrudur? Audiovizual Şuranın bununla bağlı qərarı necə dəyərləndirilir?

Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, jurnalistin, media subyektinin işi hər hansı bir sahədə mövcud olan problemləri işıqlandırmaq, ictimailəşdirmək, bu vasitə ilə onun həll edilib aradan qaldırılmasına yardım göstərməkdir:

“Jurnalistin işi ictimaiyyətin, müvafiq səlahiyyətli qurumların diqqətini mövcud problemə cəlb etməkdir. Bu prosesdə əsas məqam öncə problemin mövcud olduğunu əsaslandırmaq, sübut etməkdir. Jurnalist obyektiv araşdırma aparmalı, problemin mövcud olduğunu sübut edən faktları toplamalı, promlemin hansı səbəblərdən qaynaqlandığını göstərməyi bacarmalıdır. Əgər problemin mövcudluğu sübut olunursa, növbəti mərhələdə çıxış yolunu göstərmək lazım gəlir. Bu mərhələdə artıq mütəxəssis rəyi, ekspert sorğusu lazım gəlir. Bizim efir məkanlarında anlaşmazlıq, yetərsizlik, qaydaların pozulması da bu məqamda yaranır.

“Jurnalist”, “aparıcı” dediyimiz şəxslər adətən, mütəxəssisə, ekspertə müraciət etmirlər, hər kəsin əvəzinə özləri danışırlar. Şəxsi mülahizələrini, təsəvvürlərini real çıxış yolu kimi təqdim edirlər. Yaxud problemin müzakirəsi üçün mütəxəssis dəvət edirlər, amma ona danışmağa imkan vermirlər. Çalışırlar ki, özlərinin nəzərdə tutduqları ifadəni, fikri  ekspertin boynuna qoyub onun dilindən səsləndirsinlər. Nəzərə almırlar ki, onların özlərinin  “problemdən çıxış yolu üçün təqdim etdikləri yollar” real olmaya bilər, yanlış istiqamət verə bilər”.

Müşfiq Ələsgərli

Ekspert xatırladıb ki, bu cür anlaşmazlıqların baş verməməsi üçün Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksində qeyd var:

“Orada bildirilir ki, “Jurnalist hazırladığı materialda öz şərhlərini, mülahizələrini elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, real faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın”. Təəssüf ki, bizim efir aparıcıları çox zaman bu prinsipi yaddan çıxarırlar. Özlərinin şəxsi mülahizələrini, şərhlərini “obyektiv xəbər”, “mütəxəsis rəyi”, “problemin mövcud olduğunu sübut edən fakt”  kimi qələmə verirlər.

“Space TV”də yayımlanan “Gəl danış” proqramında efirə gedən və narazılığa səbəb olan fikirlərdə də bu elementləri görürəm. Əslində, aparıcı ciddi diqqət çəkə biləcək bir problemin mövcudluğundan xəbər verir. Amma bu problemin mövcudluğunu isbat edə bilirmi? Digər tərəfdən, əgər qeyd edilən problem onun təsvir etdiyi kimidirsə, çıxış yolları göstərmək üçün hansı mütəxəssisə, ekspertə müraciət edir? Biz burada mütəxəssis rəyi deyil, aparıcının öz şəxsi mülahizəsini eşidirik. Bu mülahizələr isə xeyirli deyil, ziyanlıdır. Hansısa rayonda böyümüş, elm, təhsil  həvəskarı olan bir şəxsin paytaxta gəlməsini necə məhdudlaşdırmaq olar? Bu, ayrı-seçkilik deyilmi? Əgər kimsə şəhər mühitində özünü düzgün idarə edə bilmirsə, bunu paytaxta gələn bütün tələbələrin adına yazmaq olarmı? Bu yöndə suallar çoxdur. Sualların bu qədər çox və narahatedici olmasının səbəbi isə aparıcının öz şəxsi mülahizələrini real fakt kimi qələmə verməsindən, çıxış yolu qismində yanlış istiqamət verməsindən qaynaqlanır”.

Müşfiq Ələsgərli əlavə edib ki, peşəkar media fərqli davranmalıdır:

“Peşəkar media subyektini sosial şəbəkə platformasından ayıran əsas fərq budur ki, o, auditoriyaya şəxsi mülahizəni deyil, obyektiv, real faktı çatdırmalıdır.

Hesab edirəm, Audiovizual Şuranın “Space TV” kanalında yayımlanan “Gəl, danış” proqramı barədə çıxardığı qərara diqqətlə yanaşılmalı, səhvlərdən nəticə çıxarılmalı, onların aradan qaldırılması üçün addımlar atılmalıdır”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Yanvar 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri