Efirdə qalmaqallı mübahisə: Xanım başqa şeydir, arvad başqa VİDEO
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Arvad" sözünün müraciət forması kimi işlədilməsi Baku TV-nin "Aktual Gündəm" verilişində mübahisə yaradıb.
Verilişin qonaqları - filologiya üzrə fəlsəfə doktoru Aqil Cəfərov və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli arasında sözün işlənmə məqamları ilə bağlı fikir ayrılığı yaranıb.
Hacıbəy Heydərli hesab edir ki, "arvad" sözü gündəlik ünsiyyətdə qadına müraciət forması kimi işlədilməməlidir. Onun fikrincə, bu söz artıq köhnəlib və dilimizdən çıxarılmalıdır:
"Gündəlik həyatda bir xanıma, müəllimə, ziyalıya "arvad" deyə müraciət edə bilməzsən. Artıq bu, köhnəlmiş sözdür, dilimizdən çıxarılmalıdır".
Aqil Cəfərov isə sözün özlüyündə kobud olmadığını, əsas məsələnin onun hansı şəraitdə və kimə münasibətdə işlədilməsi olduğunu bildirib:
"Arvad" sözünün kobud ifadə olduğunu düşünürsənsə, işlətmə. Səni kimsə məcbur etmir. Sözün işlənmə məqamı var. Hər sözü hər adama şamil etmirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 Noyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















