Icma.az
close
up
RU
Efirə çıxan məşhurları buna görə ağladırlar!? Sirlər açıldı

Efirə çıxan məşhurları buna görə ağladırlar!? Sirlər açıldı

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Son vaxtlar efirə çıxan sənət adamları həssaslıqları ilə müzakirələrə səbəb olur. Tamaşaçılar bəzən bu durumdan narazılıqlarını dilə gətirir, bildirirlər ki, əvvəllər məşhurlar insanlara sevinc bəxş edir, ifaları və səhnə bacarıqları ilə yadda qalırdılar. İndi isə gözyaşları və dərdləri ilə...

Bəs cəmiyyətdəki vəziyyətin belə gərgin vaxtında müğənnilər bu cür davranışları nə qədər düzgündür?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı bildirib ki, sənət adamları da bəzən çətinliklərlə üzləşə, ağır günlərdən keçə bilirlər və bunu hər zaman gizlətmək mümkün deyil:

“Bir çox müdriklərin dəfələrlə təkrarladığı fikri hörmət etdiyim kinofilosof Çarli Çaplin vaxtilə dilə gətirib. Deyib ki, başqaların sevinc və gülüş bəxş edən təlxəklər, sənət adamları, aktyorlar, sənətkarlar öz içində ağlayırlar, tənhadırlar və böyük faciələri gizlədirlər. Keçmiş sovet dövründən bu yana bizim tamaşaçılar sanki saxtakarlığa öyrəşdirilib. Sənət adamları, ictimai elm və mədəniyyət xadimləri yalnız uğur hekayələrini danışmaqla, qazandıqları nailiyyətləri sadalamaqla, sevinc hislərini, xoş günlərini dilə gətirməklə tamaşaçıların qəlbini ələ almağa çalışıblar. Sovet dövrünün ideologiyası bundan ibarət idi ki, SSRİ-də kədər, qəm, mənfilik ola bilməz. Lakin illər keçdikcə dünyanın hər yerində sənət adamları mədəniyyət xadimi olmaqla yanaşı, həm də bir insan olaraq çıxış edirlər. Onlar da hamı kimi doğulub öldüklərini, böyük kədər və problemlər yaşadıqlarını dilə gətirirlər".

Onun sözlərinə görə, dünya təcrübəsində də məşhurların ağır günləri barədə publik etirafları son illər geniş yayılıb:

"Bu proses Azərbaycanda son vaxtlar başlayıb. Tanınmışlar artıq sənətdə qazandıqları nailiyyətlərlə yanaşı, həm də həyatlarındakı çətinliklər, problemlər barədə danışırlar. Hətta xarici ölkələrdəki bir çox tanınmış müğənnilər, sənət adamları, aktyorlar və aktrisalar rejissorlar yaxud ata-anaları, yaxın qohum-əqrəbaları tərəfindən zorlandığını, psixoloji və fiziki təzyiqə məruz qaldıqlarını dilə gətirirlər. Onların sayəsində başqalarının başına oxşar hadisələrin gəlməsinin qarşısını alacaq, çox böyük rezonans oyatmış sosial, mənəvi, psixoloji və ictimai, mədəni etirafları görmüş oluruq.

Belə nümunələri ölkəmizdə hələ ki az sayda müşahidə edirik. Çünki biz hər şeyi ört-bastır etməyi sevən, kədərimizi gizlətməyə, xəstələrimizi başqalarının gözündən yayındırmağa çalışan bir cəmiyyətik. Amma bizim toplum da dünyada gedən proseslərdən keçməlidir. Uşaqlıqda bullinqə məruz qalmağımız, qorxudulub, çəkindirilməyimiz, ailədə başımıza qapaz vurularaq “sən uşaqsan, sus, dinmə” deyilərək susdurulmağımız az olmayıb. Biz kənddən şəhərə, şəhərdən xarici ölkəyə getmək istədikdə, ata-analarımız “vay, getmə gözümdən, ölərəm” deyərək bizim bütün arzularımızı, tale və uğurlarımızı puç ediblər. Yəni elə şeylər var ki, həm tanınmışların, həm də sadə insanların başına gəlib. Bəzi tanınmışlar bunu sənət əsərinə çevirib və başqalarının dilində tamaşaçılara çatdırmaq istəyirlər. Elələri də var ki, bunu ömürlərinin sonuna qədər gizlədirlər”.//yenisabah.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Dekabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri