Icma.az
close
up
RU
Əfqanıstanda qadınlar kütləvi həbs edilir

Əfqanıstanda qadınlar kütləvi həbs edilir

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ-nin 20 illik işğalını sona çatdıraraq idarəni “Taliban” rejiminə təhvil verdiyi Əfqanıstanda ictimai həyatdan silinmək istənilən qadınlar üzərindəki təzyiq hər keçən gün artır.

"Cebheinfo.az" xəbər verir ki, İnsan Haqları İzləmə Təşkilatının (HRW) apardığı son araşdırmaya görə, son həftələrdə onlarla qadın geyindikləri çarşafların “uyğunsuz olması” səbəbindən həbs edilib.

HRW-nin araşdırmasına görə, ötən ilin avqust ayında qəbul edilən “əxlaq qanunu” ilə qadınların mahnı oxumasını, ucadan danışmasını və gülməsini qadağan edən “Taliban”, “pis hicab” bəhanəsi ilə qadın və qız uşaqlarını həbs edərək, qadınların tam itaətini hədəfləyən fiziki və psixoloji zorakılıq tətbiq edir.

BMT-nin 24 iyulda məcburi şəkildə deportasiya edilən qruplarla bağlı dərc etdiyi “Gender həyəcanı” adlı hesabatına görə isə İran və Pakistan 2023-cü ilin sentyabrından etibarən 2,5 milyondan çox insanı deportasiya edib. Hesabatda iki ölkənin eyni anda başladığı kütləvi geri göndərmələrin Əfqanıstanın onsuz da zəif olan humanitar imkanlarını çətinləşdirdiyi qeyd olunub.

Məlumatda Əfqanıstana geri göndərilən tək, dul və subay qadınlar ilə qız uşaqlarının ən böyük risk qrupları arasında olduğu bildirilib. 
Hesabata görə, qalacaq yeri olmayan qadın və qız uşaqlarının çoxu insan alveri, məcburi evlilik kimi bir çox təhlükə ilə üz-üzədir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri