Əfqanıstandan ABŞ a gözlənilməz təklif: Sənin olsun
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Əfqanıstan sanksiyaları aradan qaldırmaq və aktivlərin dondurulmasını ləğv etmək məqsədilə ABŞ-a mineral ehtiyatlara çıxış təklif edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqiyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqtonla münasibətlər barədə suala cavab olaraq Müttəqi bildirib ki, Əfqanıstan şübhəsiz ki, Amerikanın mədənçilik, infrastruktur, kənd təsərrüfatı və ticarət kimi sektorlara investisiyalarını alqışlayır. Xarici işlər naziri qeyd edib ki, Əfqanıstan və ABŞ arasındakı münasibətlər son 20 illik müharibə prizmasından deyil, gələcək əməkdaşlığa əsaslanmalıdır.
Onun sözlərinə görə, ölkənin iqtisadi siyasəti açıqdır.
FT-yə görə, geoloji tədqiqatlar göstərir ki, Əfqanıstanda təxminən 1 trilyon dollar dəyərində mineral ehtiyatlar var. Bunlara mis, dəmir filizi, niobium, kobalt, qızıl və litiumun böyük yataqları daxildir.
Nəşrin məlumatına görə, Müttəqi mineral hasilatına investisiya qoyuluşu təklifinin birbaşa Ağ Evə edilib-edilmədiyini dəqiqləşdirməyib./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Avqust 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















