Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizədliyini irəli sürəcək
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cüdo üzrə beşqat Olimpiya çempionu, fransalı Teddy Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, 37 yaşlı idmançı bu barədə “Instagram” hesabında paylaşım edib.
O, siyasətdə təcrübəsinin olmadığını etiraf etsə də, Fransanın dövlət borcunun artdığını, küçələrdə isə asayişin pozulduğunu bildirib.
Riner əsas məqsədlərinin gənclərin gələcəklə bağlı narahatlıqlarını aradan qaldırmaq, cəmiyyətdəki parçalanmanı azaltmaq və irqçiliyə qarşı mübarizə aparmaq olduğunu deyib. O, həmçinin pensiya sistemində islahatlar, vergilərin azaldılması və əməkhaqlarının artırılmasını vəd edib.
İdmançı özünü ifrat sağçı və ya solçu mövqelərdən uzaq, mərkəzçi siyasət tərəfdarı kimi təqdim edib.
Qeyd edək ki, Teddy Riner London (2012), Rio-de-Janeyro (2016), Tokio (2021) və Parisdə (2024) keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin 12 dəfə dünya, 5 dəfə Avropa çempionu olub.
Fransada prezident seçkilərinin birinci turu 18 aprel 2027-ci ildə, ikinci turu isə 2 mayda keçiriləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 09 Noyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















