Icma.az
close
up
RU
Əfsanəvi döyüşçünün anası vəfat edib VALEH QOCA YAZIR

Əfsanəvi döyüşçünün anası vəfat edib VALEH QOCA YAZIR

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məzarı Vətən boyda olan əfsanəvi kəşfiyyatçı şəhid Ülfət Kərimovun anası haqqı dünyasına qovuşdu. Oğlun şəhid ola, amma, ziyarət etmək üçün bir ümid yerin olmaya, qəhrəmanlıq göstərə amma, hələ də layiqli adını ala bilməyə. Çətin dərddi. Ülfət Kərimova milli qəhrəman adının verilməsi anası üçün təsəlli olardı. Mən televiziyada şəhid olduğu yerdə oğlunun məzarını axtaran Ülfət Kərimovun anasını görəndə göz yaşlarımı saxlaya bilmədim və bir şeir yazdım. Hər zaman arzum idi ki, gəlib ziyarət edəm, amma, çox təəssüf. Bircə təsəllim odur ki, Ülfət Kərimova yazdığım şeirin də yer aldığı kitabımı anasına çatdıra bildim. Görəsən ana və oğul qovuşa bildimi?
Allah rəhmət eləsin.
Oğlu Akif Kərimov, qızı Xuraman Karimova başda olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm.

Ülfət Kərimovun anası üçün

Vətənim yoxdursa, yoxam deyərdi,
Sanki nəfəs idi torpağa, yurda.
Şəhidlər bir yerdə, bir ünvandadı,
Axtarma oğlunu, axtarma burda.

Enər göy qurşağı göyün üzündən,
Bu yerin əynində bayrağa dönər.
Götür o torpaqdan qoxla bir ovuc,
Torpağı sevənlər torpağa dönər.

Nə varsa qarşında kiçilib indi,
Dünyanın dərdi də tək sən boydadı.
Hamının məzarı bircə daş qədər,
Oğlunun məzarı Vətən boydadı.

Tapmayıb canından əsər, əlamət,
Bilirəm ürəyin dağlandı sənin.
Harda bir qorxaq var can düşmənindi,
Harda igid varsa oğlundu sənin.

Bəlkə qayıdardı, bəlkə dönərdi,
Bilsəydi ana tək qadın gözləyir.
Bəlkə də hamıdan, küsüb, inciyib,
Hələ də qəhrəman adın gözləyir.

Dərdin də dərdlərin ən ağırıdır,
Bir çarə gəzərsən dərdə, tapılmaz.
Axtarma oğlunu, axtarma ana,
Göydə yaşayanlar yerdə tapılmaz.

Valeh Qoca

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Fevral 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri