Əfsanəvi Romarionun oğlunun yeni klubu bilindi RƏSMİ
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliyalı hücumçu Romarinyonun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 31 yaşlı forvard Ukraynanın Birinci Liqada çıxış edən YUKSA klubuna keçib.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Braziliya A Seriyasında və aşağı divizionlarında oynamaq təcrübəsi olan Romarinyonun son klubu Rio de Janeyro "FC America"-sıdır. YUKSA onun karyerasında ilk Avropa klubudur. Romarinyo Braziliyadan kənarda Kolumbiya və Yaponiya klublarında da çıxış edib.
Romarinyo FİFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilən və 1994-cü ildə dünya çempionatının qalibi olan əfsanəvi braziliyalı hücumçu Romarionun oğludur.
YUKSA hazırda Birinci Liqanın çempionluq qrupunda 7-ci yeri tutur. Kiyev vilayətinin komandasının 14 turdan sonra 22 xalı var. Komandanı çempionatın lideri "Episentr"dən cəmi 7 xal geri qalır.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 04 Aprel 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















