Icma.az
close
up
RU
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı

Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Azərbaycanlı gənc Abutalıb Namazov bütün dünyada qəbul olunması ən çətin və ən nüfuzlu akademik proqramlardan biri sayılan Massachusetts Institute of Technology (MIT) universitetinin doktorantura proqramına başlayıb. Hələ bakalavr dövründən araşdırması bu əfsanəvi universitetin rəsmi saytında təqdim edilən Abutalıb Namazovu ad-soyadı və şəkli ilə artıq universitetin müəllim və araşdırmaçıları arasında görmək qürurvericidir. Xatırladaq ki, bu proqrama qəbul olmuş, Azərbaycanda çox məşhur, eyni zamanda çox sevilən şəxslərdən biri də Səlcuq Bayraktardır.

Hazırda 23 yaşı tamam olacaq Abutalıb Namazov ölkəmizdə hələ 2020-ci ildə dünyanın ən güclü texnologiya universitetlərindən biri sayılan Massachusetts Institute of Technology-yə (MIT) qəbulu ilə daha geniş miqyasda tanınmışdı. Buna qədər yerli və beynəlxalq olimpiadalarda qazandığı uğurlarla tez-tez gündəmə gələn bu məktəblinin nailiyyətləri böyüyən nəslə güclü motivasiya verdi. Nüfuzlu universitetlərə qəbul olmağın mümkünlüyünə inanan məktəblilər daha çox və daha məqsədli çalışmağa başladılar, yüksək nəticələr əldə edərək top ali məktəblərin tələbəsi olmağa can atdılar. Hazırda, doğrudan da, top universitetlərə qəbul olan şagirdlərin sayı kifayət qədər çoxalıb.

Abutalıbın sadə və imkanlı olmayan bir ailədən çıxması, səmimi və aydın nitqi ilə gənclərə təsir edə bilməsi məktəblilər arasında uğura canatma yönündə yeni bir dalğa yaratdı. Həmin dövrdə verdiyi müsahibələrdə azərbaycanlı uşaqların çox istedadlı olduğunu tez-tez vurğulayan Abutalıb Namazov, Bakıdakı universitetlərimizdə də çox sayda perspektivli gəncin təhsil aldığını qeyd edirdi. Abutalıb top universitetdə təhsil almamağa görə onları həvəsdən düşməməyə, təhsilin növbəti pillələrində dünyanın ən güclü universitetlərinə gedə biləcəklərinə inanmağa çağırırdı. Bu yanaşma yerli təhsil mərkəzlərində oxuyan gənclərə də əlavə motivasiya verdi.

Bütün tətillərdə ölkəyə qayıdaraq vaxtını məktəblilərin informatika olimpiadalarına hazırlığına ayıran, xüsusi kamplar təşkil edən və “Məndən daha istedadlı şagirdlərimiz var” sözlərini tez-tez deyən Abutalıb Namazovun təşəbbüsü digər istedadlı olimpiada qaliblərini olimpiada hazırlıqlarına cəlb etdi. Elm və Təhsil Nazirliyinin müvafiq qurumları da bu gənclərlə əməkdaşlıq quraraq nüfuzlu beynəlxalq informatika yarışlarında nəticələrin yaxşılaşmasına böyük təkan verdi. Nazirliyin əməkdaşlarından birinin sosial media paylaşımında qeyd edir ki, Abutalıb uzaqda olsa belə, olimpiadaların keçirilməsində gecələr yatmamaq bahasına belə əməyini əsirgəmir, həm də Olimpiada Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirir.

Təşəbbüskarlıq, çalışqanlıq və səmimi əməkdaşlıq öz nəticəsini verib. Hamımızın, xalqımızın, dövlətimizin və Elm və Təhsil Nazirliyinin qürur duyacağı nəticələr artıq ortadadır. Ötən il 3 məktəbli Beynəlxalq Olimpiadadan medalla qayıdıb.

Abutalıb Namazov bakalavr təhsilini 5 üzərindən 5 ortalaması başa vurub. O, hələ 3-cü kursda magistraturaya qəbul olunmuşdu, doktoranturaya qəbul edildikdən sonra isə xüsusi prezident (rektor) təqaüdünə layiq görülüb. Onun təhsilinin bütün mərhələləri universiti tərəfindən maliyyələşib.barish2

Azərbaycan Təhsil İnstitutunun direktor müavini və istedadlı məktəblilərlə işə rəhbərlik edən Fuad Qarayev öz paylaşımında Abutalıb Namazovu və bu il Oksford Universitetində doktoranturaya qəbul olunan Abbas Məmmədovu “brilyant doktorantlar” kimi təqdim edib.

Abutalıb Namazov son günlərdə daha bir layihəyə də başlayıb. O, azərbaycanlı proqram mühəndislərinin inkişaf və paylaşım edə biləcəyi bir platforma yaradıb. Kodlar.az saytında özü də, digər istedadlı proqramçılarla birlikdə öyrədici materiallar və təcrübələr paylaşır. Bu da gənc proqramçılara və tələbələrə böyük fayda verən platformaya çevrilməkdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Mart 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri