“Əfv təkcə hüquqi addım deyil, milli birlik və həmrəyliyin açıq mesajıdır” ŞƏRH
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ən böyük amnistiyanın icrasına başlandı
Prezident İlham Əliyevin təşəbbüsü minlərlə ailəyə sevinc gətirdi
Prezident İlham Əliyevin Amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya Aktının icrasına başlanılıb. Amnistiya Aktının icrası Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Nazirlik yanında İctimai Şuranın, Ombudsman Səbinə Əliyevanın, Milli Məclisin deputatı Zahid Orucun, media nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Amnistiyaya düşən 300-ə yaxın məhkuma sənədləri təqdim olunub və azadlığa buraxılması həyata keçirilib. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsindən 22 məhkum azadlığa buraxılıb. 22 məhkumdan 2-si azyaşlı övladı ilə birgə azadlığa çıxıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov deyib ki, Amnistiya Aktının təsir dairəsinə 17 min şəxs düşüb: "Bu günə kimi 70 əfv sərəncamı imzalanıb, 12 Amnistiya Aktı qəbul edilib. Bu gün icra edilən 13-cü Amnistiya Aktıdır". O qeyd edib ki, Amnistiya Aktının təsir dairəsinə 17 min şəxs düşüb: “Bu tədbirlər ölkədə hüquq sisteminin gücləndirilməsinə xidmət edir. Hazırkı Amnistiya Aktı Ədliyyə Nazirliyi tərəfindən operativ və sürətli şəkildə icra olunacaq”.
Amnistiya Aktının icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin qarışıq rejimli cəzaçəkmə müəssisəsində də həyata keçirilib. Qeyd edək ki, Naxçıvanda Amnistiya Aktı 128 məhkuma şamil edilib. Ümumi olaraq, 57 nəfər azadlığa buraxılacaq. Dünən Amnistiya Aktı icrasında 15 nəfər azadlığa buraxılıb. Bunların 6 nəfəri əcnəbi vətəndaşdır.
Məhkumlar və ailə üzvləri dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər. Proses Bakı İstintaq Təcridxanasında da həyata keçirilib və 12 nəfər təcridxanadan azadlığa buraxılıb.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə Amnistiya Aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır. Amnistiya Aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.
Siyasi şərhçi Əlisahib Hüseynov Sherg.az-a deyib ki, əfv və amnistiyaların vaxtaşırı həyata keçirilməsi artıq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Ekspert vurğulayıb ki, humanizm prinsiplərinə əsaslanan Prezident İlham Əliyev tərəfindən əfv sərəncamlarının verilməsi və amnistiya təşəbbüslərinin irəli sürülməsi təcrübəsi sosial ədalət və mərhəmət nümunəsi olmaqla yanaşı, həm də milli birlik və həmrəyliyimizin qaynağıdır:

"Bu cür humanist təşəbbüslər milli həmrəyliyi gücləndirir. Müstəqillik dövrünün ən böyük amnistiya təşəbbüsü sayılan bu hüquqi prosesin ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilir. Beləliklə, minlərlə vətəndaşımızın həbsdən azad olunması ədliyyə-penitensiar tariximizin ən mühüm hadisələrindən biri kimi yadda qalacaq. Amnistiya Aktına əsasən mərhələli şəkildə bir çox şəxslərin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması ölkəmizdə cinayətkarlıq hallarının azalmasına da müsbət təsir göstərə bilər. Çünki amnistiyalar hüquqi məsələ olmaqla bərabər, həmçinin böyük tərbiyəvi əhəmiyyət daşıyır. Belə ki, islah olunmuş şəxs kimi yenidən cəmiyyətə qayıdan və yeni həyata başlayan keçmiş məhkumların həyat hekayəsi digər insanların, xüsusən də gənclərin cinayətkarlıqdan çəkinməsində mühüm psixoloji faktor kimi önəmli rol oynayır. Bu mənada əfv və amnistiyalar cinayətkarlığa qarşı mübarizədə əsas alternativ vasitələrdən biri sayılır. Ümid edirik ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya təşəbbüsü ölkəmizdə daha sağlam ictimai münasibətlərin formalaşmasını, cəmiyyətdə həmrəylik mühitinin yaradılmasını və insanlar arasında müsbət sosial davranışları təşviq edəcək".
Baxış sayı:38
Bu xəbər 23 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















