Icma.az
close
up
RU
Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu

Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Kapital Bank-ın könüllü əməkdaşlarının yardımlaşma təşəbbüsü ilə yaradılan, qısa zamanda böyük layihələrlə gündəmə gələn, xalqımızın xeyriyyəçilik ənənələrini yaşadan, ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında xüsusi rolu olan  Qırmızı Ürəklər Fondu 5 yaşını qeyd etdi.

Bakıvaxtı.az xəbər verir ki, Fond bu münasibətlə dostlarını və tərəfdaşlarını artıq ənənə halını almış “Ürəksən” adlı tədbirdə bir araya gətirərək 5 illik hesabatını ictimaiyyətə təqdim edib.

Fondun nümayəndələri, donorlar, tərəfdaşlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi və “The Ritz-Carlton Baku”nun ev sahibliyi ilə baş tutan tədbir maraqlı anlarla yadda qaldı. Gecəni çıxış sözü ilə açan Kapital Bank-ın Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə fondun ən böyük gücünün birlik olduğunu vurğuladı. “Bankir olmaq, menecer olmaq, iş adamı olmaq sadəcə karyera məsələsidir. Amma başqasının qayğısına şərik olmaq, bu, xarakter məsələsidir. Biz “Red Hearts” olaraq sübut etmişik ki, komandamız sadəcə yaxşı işçilərdən deyil, həm də yaxşı insanlardan ibarətdir. Mən bizimlə birlikdə bu yolda addımlayan hər kəsə təşəkkür edirəm.”

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə çıxışında “Cəmiyyət”, “Ətraf mühit” və “Heyvanların müdafiəsi” istiqamətlərində Fondun cari ilə, o cümlədən ötən 5 ilə dair hesabatını təqdim etdi. Hesabatda həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları, sosial tərəfdaşlıq layihələri kimi onlarla layihənin təqdimatı və statistik göstəricilər yer alıb.

Belə ki, 2025-ci il ərzində Fonda 10 900 ianəçi tərəfindən ümumilikdə  476 063 manat məbləğində ianə edilib. Toplanan vəsaitlər sayəsində 462 könüllünün iştirakı ilə  6247 benefisiara dəstək göstərilib.

Fondun 5 illik nəticələri isə hər kəs tərəfindən maraqla qarşılanıb. Yusif Poladov bu nəticələri təqdim edən zaman böyük həyəcan və qürur yaşadığını qeyd edib. “Cəmi 49 nəfər könüllü əməkdaşımızın çıxdığı yolun bizi bu yerlərə gətirə biləcəyini xəyal belə edə bilməzdik. Bu gün isə biz insanların xəyallarını gerçəkləşdirən bir quruma çevrilmişik. Təsəvvür edin ki, ötən 5 il ərzində bizim sıralarımıza 50 804 ianəçi qoşulub. İlk mərhələdə toplanan məbləğ cəmi bir neçə min manat idisə bu gün bu rəqəm 5 003 100 manatdır. İlk mərhələdə biz sadəcə ehtiyacı olan ailələrə yardım edirdiksə bu gün biz artıq 4 istiqamətdə çox böyük layihələrə imza atmışıq. Bir neçə rəqəmi qeyd etsəm deməliyəm ki, bu illər ərzində 9500 kq-dan çox tullantı təbiətdən təmizlənib, 3257 kq batareya toplanaraq təhvil verilib, 30 şəhər və rayonda şəhidlərimizin adına 7298 ağac əkilib. 66 şəhid və qazi ailəsi evlə təmin olunub. 74 tələbəyə ümumilikdə 155 060 manat təhsil təqaüdü verilib. Sosial qruplardan olan minlərlə ailəyə maddi yardım və bayram hədiyyələri təqdim edilib, 300 ailə fondun himayəsinə götürülüb. Bu prosesdə 400-dən çox könüllü, 30 dan çox tərəfdaş bizimlə birlikdə, eyni yolda addımlayıb. Bu göstəricilər sadəcə adi rəqəmlər deyil. Hər bir rəqəmin arxasında dəyər qatılan, toxunulan insan həyatı, insan hekayələri var. Burada bu hekayəni yazmağın qürurunu  birlikdə yaşayırıq. Mən hər birinizi təbrik edirəm”. 

Hesabatla bağlı ətraflı məlumat: https://shorturl.at/nRuxv

Daha sonra fondun xeyirxahlıq missiyasında onlarla birlikdə addımlayan tərəfdaşlara “The Golden Heart Award” (“Qızıl Ürək” mükafatı) təqdim edilib. Mükafatlandırılan tərəfdaşlar sırasında Kapital Bank, PASHA Holding, PashaPay, PMD Group, PASHA Real Estate, PASHA Investments, PASHA Technology, PASHA Life və The Ritz-Carlton Baku yer alıb. Mükafatlandırma mərasiminin ardından gecə bədii hissə ilə davam edib.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az/saytına daxil ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Dekabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see147

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see141

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri