Çinin ticarət profisiti 1 trilyon dolları keçib
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Çinin ticarət profisiti 2026-cı ilin ilk 10 ayında 1,2 trilyon dollara çataraq rekord səviyyəyə yüksəlib.
Banco.az xəbər verir ki, oktyabr ayında ölkənin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artıb. Bu, 2021-ci ildən bəri qeydə alınan ən böyük artımdır. İxrac isə illik müqayisədə 35 faizdən çox yüksəlib.
Nəticədə oktyabr ayı üzrə ticarət profisiti 105,3 milyard dollar təşkil edib. Bu göstərici may ayından bəri ən aşağı səviyyə olsa da, ilin ilk 10 ayının yekununda ümumi profisit ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 9 faiz artıb.
Çinin Avropa İttifaqı ilə ticarətində də ciddi fərq yaranıb. Belə ki, oktyabrda Çin Aİ-yə idxal etdiyindən 33,4 milyard dollar çox məhsul ixrac edib. İlin əvvəlindən bu fərq 310 milyard dolları ötüb.
Ekspertlər Çinin ixrac sektorunun qlobal ticarətdəki çətinliklərə baxmayaraq rəqabət qabiliyyətini qoruduğunu bildirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 10 Noyabr 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















