Ailəsi Xalq artistini belə təbrik etdi Fotolar
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Xalq artisti Natiq Şirinovun 51 yaşı tamam olur.
Axşam.az xəbər verir ki, bu münasibətlə ailəsi nağara ifaçısını təbrik edib.
N.Şirinovun həyat yoldaşı Sevinc xanım onunla fotosunu paylaşaraq "Mənim həyat ritmim. Ad günün mübarək!" sözlərini yazıb.
Oğlu Ümid Xalq artistini bu sözlərlə təbrik edib:
"Ata, üz-üzə dayanıb nağara çaldığımız o şəkillərə hər dəfə baxanda həmin anların səsini eşidirəm. Səndən öyrəndiyim ritmləri səninlə eyni səhnədə çalmaq mənim üçün böyük qürurdur".
Qızı Səma isə Xalq artisti ilə görüntülərini yayımlayaraq bunları yazıb:
"Ad günün mübarək, ata! Sənin qızın olmaq həyatımın ən böyük xoşbəxtliklərindən biridir. Bu, hər zaman qürurla daşıyacağım, ömrüm boyu dəyərini hiss edəcəyim ən gözəl nemətlərdən biridir. Arzum budur ki, həyat sənə ürəyinin gözəlliyi qədər gözəl günlər bəxş etsin. Həmişə sağlam, xoşbəxt və başımızın üstündə ol. Səni sevmək, sənin qızın olmaq mənim üçün sözlə ifadə olunmayacaq qədər dəyərlidir.
Yaxşı ki, varsan, ata! Yaxşı ki, mənim atamsan!"
Qeyd edək ki, N.Şirinovun üç övladı, iki nəvəsi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 10 Noyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















