Icma.az
close
up
RU
“Əgər ailə, məktəb və dövlət qurumları bu məsələdə öz rolunu yerinə yetirməzsə, gələcəkdə daha ciddi problemlərlə üzləşəcəyik” DEPUTAT

“Əgər ailə, məktəb və dövlət qurumları bu məsələdə öz rolunu yerinə yetirməzsə, gələcəkdə daha ciddi problemlərlə üzləşəcəyik” DEPUTAT

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Uşaqların tərbiyəsində bir neçə mühüm institut ciddi rol oynayır və onların başında ailə gəlir. Lakin bu gün ailələrimizin bu rolu nə dərəcədə yerinə yetirdiyi barədə suallar yaranır. Cəmiyyətdə nikaha daxil olanların sayının artmasına baxmayaraq, bu insanların evliliyə və valideynliyə nə dərəcədə hazır olduğu hələ də ciddi müzakirə mövzusudur. Təəssüf ki, psixoloji baxımdan travma almış və zədələnmiş insanların sayı da az deyil”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov deyib:

“Bu gün uşaqların vaxtının böyük hissəsi məktəbdə və repetitor yanında keçir. Nəticədə onların əylənməyə, istirahət etməyə, teatra və tamaşalara getməyə imkanları məhdudlaşır. Əvvəlki dövrlərdə isə hər evdə bir musiqi aləti olurdu, uşaqlar musiqi məktəblərinə, düşərgələrə gedir, vaxtlarını səmərəli keçirirdilər.

Burada başqa bir vacib məsələ də valideynlərin övladlarına ayırdığı vaxtdır. Bu günün problemi sabahın ünsiyyət problemidir. Aqressivliyin və tərbiyə işindəki çatışmazlıqların əsas səbəblərindən biri ailələrin övladlarına kifayət qədər diqqət ayırmamasıdır. Bu gün uşaqların çox vaxtını televiziya və sosial media “ələ keçirir” və ailə institutunun rolu zəifləyir.

Oxşar vəziyyət məktəblərdə də müşahidə olunur. Məktəbdə keyfiyyətli təhsil vacib olduğu kimi, psixoloq institutunun gücləndirilməsi də önəmlidir. Hərçənd ki, bir çox insanlar psixoloqa getməyi yanlış qəbul edir və “mən dəli deyiləm ki gedim psixoloqa” kimi reaksiyalar göstərirlər. Halbuki psixoloji problemi olan insanın sağlam övlad yetişdirə bilməyəcəyi reallığını nəzərə almalıyıq. Bu səbəbdən psixoloji müayinələr mütləq olmalıdır”.

Deputat onu da qeyd edib ki, milli-mənəvi dəyərlərin, ailə institutunun və gənclərin tərbiyəsinin qorunması üçün genişmiqyaslı proqram qəbul edilməli və bu proqram real olaraq icra edilməlidir:

“Təkcə müzakirələr aparmaqla nəticə əldə etmək mümkün deyil.

Azərbaycanda ailələrin təxminən 30%-i dağılır. Dağılan ailədə normal tərbiyə mühiti formalaşa bilərmi? Çox ailələrdə qarşıdurmalar, fikir ayrılıqları hökm sürür və belə şəraitdə uşaqların düzgün tərbiyəsi sual altına düşür. Gənclərlə işləyən biri kimi deyə bilərəm ki, onları narahat edən əsas məsələlərdən biri ailədə və məktəbdə anlaşılmamaqdır.

Aqressiv uşaqların içindəki aqressiyanı düzgün şəkildə yönləndirmək lazımdır. Təəssüf ki, bir çox ailələr bu rolu lazımınca yerinə yetirə bilmir: ya tərbiyəyə önəm vermir, ya vaxt ayırmır, ya da bunun vacibliyini dərk etmir. Belə olduqda məsuliyyət daha çox məktəblərin üzərinə düşür. Məktəb uşaqla empati qurmalı, onunla ünsiyyətdə olmalı, problemlərini bilməli və həll yolları tapmalıdır.

Əgər ailə, məktəb və dövlət qurumları bu məsələdə öz rolunu yerinə yetirməzsə, gələcəkdə daha ciddi problemlərlə üzləşəcəyik. Boşluq içində olan uşaqlara və gənclərə dəstək olmaq vacibdir. Çünki uşaq boşluq yaşadıqda, təəssüf ki, kriminal aləmə yönəlmə riski artır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Dekabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri