Icma.az
close
up
RU
Əgər Blinkenə həqiqətən insan hüquqları maraqlıdırsa... Deputat

Əgər Blinkenə həqiqətən insan hüquqları maraqlıdırsa... Deputat

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

"Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırış edən bəyanat səsləndirib.  Blinkenin insan hüquqları sahəsində mükafatlandırdığı ölkələr Boliviya, Kolumbiya, Esvatini, Qana, Küveyt, Myanma və Qırğızıstandan olan bir neçə  insan hüquq müdafiəçisidir".

Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. Deputatın sözlərinə görə, onda belə hesab etmək olar ki, ABŞ-da, Fransada, Niderlandda və digər Qərb ölkələrində insan hüquqlarının müdafiəçilərinə ehtiyac yoxdur:

"Yəni, belə çıxır ki, insan hüquqları termini Qərbin sabitliyi pozmaq istədiyi ölkələrə aiddir.   Çünki, özləri insan hüquqlarından uzaq olduğu halda bizdən insan hüquqları və demokratiyanı tələb edirlər. Qeyd etmək istəyirəm ki, həbs olunanlara qarşı qaldırılmış ittihamlar kifayət qədər əsaslıdır və ona görə də saxlanılırlar. İstintaq tədbirləri başa çatandan sonra onların azad olunacağı və ya da həbsdə saxlanılacağı ilə bağlı qərarı məhkəmə verəcək. Hüquqi dövlətlər məhkəminin qərarlarına hörmətlə yanaşır.  Blinkenin ölkəmizin daxili işlərinə qarışıb məhkəmənin işinə təsir etməyə çalışmasın. Əgər Blinkenə həqiqətən insan hüquqları maraqlıdırsa, Ermənistandan deportasiya olunmuş 300 min azərbaycanlının və öz vətənində 30 il məcburi köçkün həyatını yaşamağa məcbur edilərək bütün mədəni irsi dağıdılmış azərbaycanlıların hüquqlarının müdafiəsindən  danışsın.  Amma Blinkenə azərbaycanlıların hüquqları deyil, onların maliyyələşdirərək çirkin planlarını həyata keçirməyə çalışan bir qrupun hüquqları maraqlıdır. Məhz ona görə də onlar mükafatlandırılır və işlədilən cinayətlərə baxmayaraq azad olunmalarını istəyir.

Blinkenin hakimiyyətinə də çox zaman qalmayıb. Bir aydan sonra Tramp administrasiyası formalaşcaq və Blinkenin qərəzli açıqlamaları tarixin arxivinə qovuşacaq. Azərbaycan dövləti Blinkenin diktəsi ilə kimisə həbs edib və ya həbsdən azad etmir. Dövlətimiz məhkəmənin qərarlarına hörmətlə yanaşır və cinayətkar əməlləri sübut olunan hər bir şəxsin əməlləri hüquqi müstəvidə dəyərləndirilir".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Dekabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri