Əgər həmin gün hücum olarsa... Rusiyadan xəbərdarlıq
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Ukrayna tərəfi Moskvada Qələbə Gününü pozmağa cəhd edərsə, Rusiya ilk növbədə Kiyevdə Bankova küçəsini hədəf ala bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.
“Əgər təxribatlar olarsa, Kiyevin mərkəzində yerləşən inzibati binalara, təbii ki, artıq çoxdan hədəfə çevrilmiş Bankova küçəsinə zərbələr endirilə bilər. Amma bu yalnız təxribat olacağı halda mümkündür. Silahlı qüvvələrimiz və hava hücumundan müdafiə sistemimiz hücumları dəf etməyə hazırdır”, - o bildirib.
Qeyd edək ki, Vladimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitində 9 May - Qələbə günündə Ukrayna PUA-larının Moskvaya doğru uça biləcəyini bildirmişdi.
Rusiya isə Qələbə gününə görə 8-9 may üçün birtərəfli qaydada atəşkəs elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 05 May 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















