Putin xəbərdarlıq etdi: Əgər hücum olarsa...
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Rusiya prezidenti Vladimir Putin Avropaya hücum etmək planlarının olmadığını bildirib və Rusiyaya, o cümlədən Kalininqrada birbaşa hücum ediləcəyi təqdirdə bütün silahlardan istifadə məsələsinin gündəmə gələcəyini deyib.
Turkustan.az xəbər verir ki, Moskvada keçirilən Beynəlxalq Valday Müzakirə Klubunun illik iclasında çıxış edən Putin Rusiya ilə Avropa ölkələri arasında artan gərginlik və Ukraynadakı müharibə barədə danışıb.
Putin Rusiya Xarici İşlər Nazirliyinin Kalininqradla bağlı açıqlamasını və bəzi ölkələrə göndərdiyi məktublardakı mövqeyi dəstəklədiyini bildirib. O qeyd edib ki, Rusiyaya, o cümlədən Kalininqrada birbaşa hücum olarsa, ölkənin sahib olduğu bütün silahlardan istifadə məsələsi qaçılmaz və dərhal gündəmə gələcək.
Rusiya prezidenti heç bir ölkəni təhdid etmədiklərini vurğulayıb. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin bəyanatı və bəzi ölkələrə göndərilən məktublar “qorxutmaq deyil, Rusiyanı qorxutmaq cəhdlərinə cavabdır”.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 Oktyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















