Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

“Əgər Putinlə görüşsəm...” Heç kim müharibənin nə qədər davam edəcəyini bilmir”

“Əgər Putinlə görüşsəm...” Heç kim müharibənin nə qədər davam edəcəyini bilmir”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mayın 15-də İstanbulda başlayacaq Ukrayna-Rusiya danışıqlarının prezidentlər səviyyəsində olub-olmayacağı məsələsi hələ də açıq qalır. Buna baxmayaraq, artıq Ukrayna Prezidenti Volodimir Zelenski istənilən halda İstanbula gedəcəyini və orada Vladimir Putinlə görüşməyə hazır olduğunu deyir.

“AzPolitika” xəbər verir ki, “Liberation” nəşrinə müsahibə verən Ukrayna Prezidentinin dediyinə görə, Vladimir Putinlə görüşəcəyi təqdirdə, onunla tam atəşkəs və bütün məhbusların mübadiləsi barədə danışacaq.

"Əgər mən onunla görüşsəm, biz siyasi qələbə ilə çıxmalıyıq - atəşkəs, bütün məhbusların bütün məhbuslarla dəyişdirilməsi və ya buna bənzər bir şey", - Zelenski deyib.

Onun sözlərinə görə, “ruslar ukraynalılara, ukraynalılar isə ruslara etibar etməyəcəklər”. Ona görə də Zelenski hesab edir ki, istənilən razılaşmaya əməl olunmasına yalnız kənar vasitəçilər zəmanət verə bilər.

Zelenski hər iki tərəfin hörmət edəcəyi etibarlı, balanslaşdırılmış vasitəçiliyə ehtiyac olduğunu qeyd edib. O, xüsusən də nəzarət mexanizminin mümkün qarantı kimi ABŞ-ni göstərib. 

Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın danışıqlarda iştirakı Putini İstanbula gəlməyə sövq edə bilər: “Putin gəlməsə, bu, onun üçün tam məğlubiyyət kimi görünəcək”.

Zelenski növbəti dəfə ABŞ və Avropa İttifaqını Rusiyaya qarşı yeni sərt sanksiyaların tətbiqinə çağırıb.

Münaqişənin mümkün müddəti ilə bağlı suala isə Zelenski belə cavab verib: "Heç kim bunun nə qədər davam edəcəyini bilmir. Amma on il yox. Ukrayna dözə bilməyəcək... Bu, hamı üçün baha başa gəlir, təkcə dostlar üçün deyil, düşmənlər üçün də".

Bundan əvvəl Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla cümə axşamı Ankarada görüşünün planlaşdırıldığını, lakin Putin İstanbula uçmağa razılaşarsa, Ərdoğanla birlikdə İstanbula gələ biləcəyini deyib. Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak isə bəyan edib ki, əgər Putin Türkiyəyə gəlməkdən imtina edərsə, bu, Rusiyanın müharibəni dayandırmaq istəməməsinin son siqnalı olacaq.

Lakin Kreml tərəfindən hələlik dəqiq və konkret cavab yoxdur. Rusiya tərəfi yalnız mayın 15-də İstanbulda danışıqlara hazırlığı davam etdirdiyini deyib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 May 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri