Icma.az
close
up
RU
Əgər sərt tələblər tətbiq olunarsa, həm keyfiyyət artar, həm də sosial ədalət prinsipi qorunar

Əgər sərt tələblər tətbiq olunarsa, həm keyfiyyət artar, həm də sosial ədalət prinsipi qorunar

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Magistratura təhsilinə daha sərt tələblərin tətbiqi məsələsi təhsil sisteminin hazırkı vəziyyəti, tələbə axını və əmək bazarının çağırışları fonunda təhlil edildikdə, bu addımın həm müsbət, həm də mənfi nəticələri ola biləcəyi aydın görünür. Dövlət İmtahan Mərkəzinin son məlumatlarına əsasən, hər il on minlərlə bakalavr magistratura mərhələsinə müraciət edir, lakin qəbul faizinə baxdıqda keyfiyyət baxımından ciddi fərqlər ortaya çıxır".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov magistratura təhsilinə daha sərt tələblər qoyulması ilə bağlı səsləndirilən fikirdən danışarkən bildirdi.

Ekspert qeyd etdi ki, 2025-ci ildə keçirilən imtahanda iştirak edən 26 mindən çox bakalavrdan cəmi 2 mindən bir qədər çoxu 70-dən yuxarı bal toplaya bilib, 80+ bal seqmentində isə cəmi bir neçə yüz nəfər olub:

"Bu isə göstərir ki, kütləvilik yüksək olsa da, qəbul edilənlərin elmi potensialı çox vaxt arzuolunan səviyyədə olmur.

Dünya təcrübəsi göstərir ki, magistratura proqramlarının keyfiyyətini artırmaq üçün təkcə imtahan nəticələri deyil, əlavə meyarlar da tətbiq olunur. Avropa universitetlərində qəbul zamanı dil biliklərinin beynəlxalq sertifikatlarla təsdiqi, elmi məqalələrin təqdim olunması, müsahibələr və motivasiya məktubları geniş şəkildə istifadə edilir. ABŞ və Böyük Britaniyada magistratura pilləsi üçün GRE, GMAT, IELTS və ya TOEFL nəticələri tələb olunur və bu yanaşma qəbul olunanların həm akademik, həm də peşəkar potensialını daha dəqiq ölçməyə imkan verir".

Onun fikrincə, Azərbaycan təcrübəsində isə sərt tələblərin tətbiqi bir tərəfdən qəbul olunanların keyfiyyətini yüksəldə, tədrisin məzmununda dərinliyi təmin edə, müəllimlərin yükünü azalda bilər.

"Digər tərəfdən, əlavə baryerlər müəyyən qrup tələbələrin, xüsusən də regionlardan gələnlərin və sosial baxımdan həssas təbəqələrin imkanlarını məhdudlaşdıra bilər. Bu da ödənişli əsaslarla təhsil alanların sayının azalmasına, nəticədə universitetlərin maliyyə dayanıqlığının zəifləməsinə səbəb ola bilər.

Əgər sərt tələblər mərhələli və sahələrə uyğun şəkildə tətbiq olunarsa, bu zaman həm keyfiyyət artar, həm də sosial ədalət prinsipi qorunar. Məsələn, elmi-tədqiqat yönümlü proqramlarda GPA, dil sertifikatı, tövsiyə məktubları kimi meyarlar önə çəkilə bilər, peşəkar-praktiki ixtisaslarda isə iş təcrübəsi, layihə və müsahibə əsas qəbul şərti kimi tətbiq oluna bilər. Bu yanaşma həm də Azərbaycanın qoşulduğu Bolonya prosesinin əsas prinsiplərinə – çeviklik, ömürboyu təhsil və əmək bazarına uyğunluq – tam şəkildə cavab verər.

Müsbət tərəfi odur ki, sərt tələblərin qoyulması təhsil sistemində keyfiyyət siqnalını gücləndirir, universitetlərə daha hazırlıqlı tələbələr daxil olur, magistr dissertasiyalarının elmi dəyəri yüksəlir. Mənfi tərəfi isə ondan ibarətdir ki, bu tələblər birdən-birə və bütün ixtisaslarda tətbiq olunarsa, qəbul sayı azalacaq, bəzi yerlər boş qalacaq və bu da sosial narazılıq yaradacaq.

Buna görə də dəyişikliklər mərhələli, sahəvi və ölçülə bilən olmalıdır. Əsaslı yenilik kimi qəbul imtahanının məzmununa ixtisas bloklarının əlavə edilməsi, dil tələbinin dəstəkləyici mexanizmlərlə – hazırlıq kursları və ya keçid proqramları ilə – tamamlanması, sosial baxımdan həssas təbəqələr üçün dövlət tərəfindən xüsusi dəstək mexanizmlərinin tətbiqi daha rasional görünür. Elm və Təhsil Nazirliyinin son illərdə apardığı islahatlar, elektron sistemlərin tətbiqi, beynəlxalq standartlara uyğun təhsil proqramlarının genişləndirilməsi göstərir ki, bu qurum islahatları planlı və çevik şəkildə həyata keçirmək gücündədir. Nazirliyin bu sahədə sərt, amma ağıllı və diferensial yanaşmanı mərhələli şəkildə həyata keçirməsi təhsilin keyfiyyətini yüksəldəcək, ölkənin elmi və peşəkar kadr potensialını gücləndirəcək və əmək bazarının tələblərinə daha uyğun nəticələr verəcək. Bu isə şübhəsiz ki, müsbət və təqdirəlayiq addımdır", - deyə Kamran Əsədov yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri