Əgər təxribat olarsa, Pakistana hücum etməyə hazırıq Hindistan
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Cayşankar "Politico" siyasi xəbərlər saytına verdiyi açıqlamada, ölkəsi ilə Pakistan arasında keçən ay başlayan qarşıdurmalarla bağlı açıqlamalar verib.
Toqquşmalara səbəb olan şərtlərin dəyişmədiyini bildirən Cayşankar Pakistanı "minlərlə terrorçu yetişdirməkdə" və onları Hindistana "göndərməkdə" günahlandırıb.
Cayşankar bildirib ki, Hindistan "terror hücumları ilə təhrik edilərsə" Pakistandakı "terror təşkilatları və liderlərinə" hücum etməyə hazırdır.
Hücum edəcəkləri hədəflərin harada olduğuna diqqət etməyəcəklərini ifadə edən Cayşankar: "Əgər Pakistanın içində olsalar, Pakistanın içərisinə girəcəyik", - deyə bildirib.
Cayşankar həmçinin keçən ay iki ölkə arasında baş verən qarşıdurmalar zamanı bəzi Hindistan təyyarələrinin məhv edildiyini inkar etməyib.
İki tərəf arasında toqquşmalar mayın 6-da Hindistanın Cammu və Kəşmirin Pahalqam rayonunda aprelin 22-də 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket zərbələri endirməsi ilə başlayıb.
Hindistanın baş naziri Narendra Modi rəhbərlik etdiyi kabinet iclasında hərbi zərbələri “Sindoor əməliyyatı” adlandırıb və əməliyyatı “qürur anı” kimi qiymətləndirib. Hind dili lüğətinə görə, "Sindoor" sözü "evli hindu qadınlarının alınlarına sürtülmüş qırmızı toz" deməkdir.
İki ölkə ABŞ-ın vasitəçiliyi ilə mayın 10-da atəşkəs elan edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 10 İyun 2025 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















