Icma.az
close
up
RU
Əhali 10 ayda daha çox nəyə pul xərcləyib? STATİSTİKA

Əhali 10 ayda daha çox nəyə pul xərcləyib? STATİSTİKA

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 48 milyard 343 milyon manatlıq, o cümlədən 26 milyard 472,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 870,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bildirilib ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,9 faiz artıb. 

Bu ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 14,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,6 faiz, fərdi sahibkarlar üzrə 0,7 faiz, bazar və yarmarkalarda 3,0 faiz artıb. 

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 473,9 manatlıq, o cümlədən 259,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,214,4 manatlıq qeyri-ərzaq malları alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Noyabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see392

Tez tez ah çəkirsiniz? Alimlər bunun səbəbini açıqladı

01 Avqust 2026 15:37see299

SOCAR ın texniki operatorluğundan 5 il ötür

01 Avqust 2026 16:12see268

Sabah İngiltərə klubundan futbolçu transfer etdi

01 Avqust 2026 22:07see266

Goranboyda ata oğlunu bıçaqlayaraq öldürüb

02 Avqust 2026 03:46see251

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

02 Avqust 2026 15:32see250

Keçmiş kənd təsərrüfatı naziri İsveçrədə vəfat edib

01 Avqust 2026 20:58see242

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

02 Avqust 2026 05:23see232

Azərbaycan Prezidentinin sosial media hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib

01 Avqust 2026 22:05see202

Kəpəz in yeni fanklubu olacaq FOTO

02 Avqust 2026 15:23see188

Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir

02 Avqust 2026 00:43see177

Olmayan İslam həmrəyliyimizin lakmus kağızı ...

02 Avqust 2026 01:12see177

Hörmüzlə bağlı razılaşma yoxdur

02 Avqust 2026 16:37see176

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see176

Macarıstan qənaət rejiminə keçir

02 Avqust 2026 00:34see171

Beşiktaş və İtalyano serbiyalı ulduzun yolunu gözləyir

02 Avqust 2026 15:28see168

Peruda turist təyyarəsi qəzaya uğrayıb, 13 nəfər ölüb

02 Avqust 2026 01:53see165

Bu Avropa ölkəsinin vətəndaşlarının 40% dən çoxu milyonçudur... İBRƏTAMİZ

02 Avqust 2026 08:49see164

Tramp İrana genişmiqyaslı zərbə endirməyə yaxındır İsraildən İDDİA

02 Avqust 2026 05:15see162

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri