Icma.az
close
up
RU
Əhali “Bank Respublika”dan 33 mln. manatdan çox depoziti geri çəkib Hesabat

Əhali “Bank Respublika”dan 33 mln. manatdan çox depoziti geri çəkib Hesabat

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“Bank Respublika” 2025-ci ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci ilin III rübündə “Bank Respublika”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 43 milyon 167 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bank 39 milyon 273 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 26.1 % artaraq 217 milyon 737 min manat, faiz xərcləri isə 43.8 % artaraq 90 milyon 839 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 30 milyon 208.8 min manata ( illik müqayisədə 7.5% çox), qeyri-faiz xərcləri isə 98 milyon 479.5 min manata ( illik müqayisədə 15.3% çox) bərabər olub.

Cari ilin oktyabr ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 24.9% və ya 541.3 milyon manat artaraq 2 milyard 717.9 milyon manata yüksəlib. Cari ilin ilk 9 ayında “Bank Respublika”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7.2% və ya 105.3 milyon manat artaraq 1 milyard 577.2 milyon manata bərabər olub.

Bu dövrdə “Bank Respublika”nın cəmi öhdəlikləri 2 milyard 487 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 25.7% və ya 509 milyon manat çoxdur.

Əhali tərəfindən doqquz ay ərzində “Bank Respublika”dan 33 milyon manatdan çox depozit geri çəkilib. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 5.3% və ya 33 milyon 768 min manat azalaraq 602 milyon 476 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 28.4% və ya 201 milyon manat artaraq 912 milyon 876.4 min manata yüksəlib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk doqquz ayında 12.4% və ya 167.3 milyon manat manat artaraq 1 milyard 515.4 milyon manata bərabər olub.

2025-ci il oktyabr ayının 1-nə “Bank Respublika”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 16.2% və ya 32.2 milyon manat artaraq 230 milyon 878 min manat təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri